21 Dekabr 2024 08:15
194
CƏMİYYƏT
A- A+
Prezident İlham Əliyev "Azərbaycan" qəzetinin əməkdaşlarını mükafatlandırdı

Prezident İlham Əliyev "Azərbaycan" qəzetinin əməkdaşlarını mükafatlandırdı


COP29-un işıqlandırılmasında fərqlənənlər təltif edildilər


Azərbaycan ötən ay dünyada ən mötəbər tədbirlərdən hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla evsahibliyi etdi. Tədbir bütün qabaqcıl təcrübələr nəzərə alınmaqla ən yüksək səviyyədə təşkil olundu.

"Azərbaycan" qəzeti COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı yekdil qərar qəbul edildiyi vaxtdan onun işıqlandırılmasını xüsusi diqqət mərkəzində saxladı. Sessiyaya hazırlıq, tədbirin keçirilməsi ətraflı və ardıcıl olaraq bu mətbu orqanın səhifələrində yer aldı. Sevindirici haldır ki, qəzetin əməkdaşlarının əməyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qiymətləndirildi. 2024-cü il noyabrın 11-22-də Bakı şəhərində keçirilmiş COP29-da fəal iştirakına görə "Azərbaycan" qəzetinin 15 əməkdaşı mükafatlandırıldı. 

Dünən "Azərbaycan" qəzetinin redaksiyasında mükafatlar təqdim olundu. Tədbirdə çıxış edən baş redaktor Bəxtiyar Sadıqov qeyd etdi ki, çoxdandır "Azərbaycan" qəzetində bu qədər sevincli gün, bu qədər mükafatlandırma olmayıb. "Bizim çox sadə əməyimizi belə yüksək dəyərləndirdiyi üçün dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk", - deyə baş redaktor bildirdi.

Bəxtiyar Sadıqov dedi ki, bu tədbirin ölkəmizdə keçirilməsini istəməyənlər də oldu: "Azərbaycanın böyük uğurlarının fonunda boykot çağırışları iflasa uğradı. Digər mühüm məsələ o oldu ki, Azərbaycan rekord bir müddətdə - on bir ayda iki ilin işini gördü. COP29-un təşkili üçün çox möhtəşəm hazırlıq işləri həyata keçirildi. Biz jurnalist olaraq bunun həm iştirakçısı, həm müşahidəçisi, həm də "Azərbaycan" qəzetinin səhifələrində tarixə çevirəni olduq". 

Qeyd olundu ki, COP29-un uğurlarından biri Paris Sazişinin 6-cı maddəsinin razılaşdırılması oldu. Bu məsələ 2015-ci ildən müzakirə edilsə də, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında bununla bağlı razılığa gəlindi. COP29-un digər uğuru isə iqlim mövzularına illik xərclərin məbləğinin razılaşdırılmasıdır. Əvvəlki rəqəm 100 milyard idi. Bakıda bu rəqəmin 300 milyarda çatdırılması barədə razılığa gəlindi.

Baş redaktor diqqətə çatdırdı ki, COP29 çox yükək səviyyədə keçdi, heç bir xoşagəlməz hal qeydə alınmadı: "Müəyyən dövlətlər, müəyyən qüvvələr hansısa pozucu əməllərin olmasını arzulayardı. Lakin bütün işlər dəqiqliklə hazırlanmışdı. Dünyanın gözü Azərbaycanda idi. Ölkəmiz bu sınaqdan da uğurla çıxdı və cənab İlham Əliyev həm də sübut etdi ki, o, çox mahir dövlət başçısı, uzaqgörən dövlət xadimi, məharətli sərkərdə və diplomatdır. Yalnız biz yox, bütün dünya bunun şahidinə çevrildi".

Bəxtiyar Sadıqov bildirdi ki, konfransın keçirildiyi günlərdə "Azərbaycan" qəzeti  COP29-a kökləndi. COP29 günlərində qəzet hər gün 20-24 səhifə həcmində çap olundu: "O qədər materialları hazırlamaq, qəzetin səhifələrində yerləşdirmək üçün redaksiyanın yaradıcı kollektivi ikiqat-üçqat qüvvə ilə çalışdı. Mövzular müəyyənləşdirildi, əməkdaşlar tədbirlərdə iştirak etdilər, müsahibələr aldılar və bunlar redaksiyada operativ məqalələrə, reportajlara, xəbərlərə çevrildi. İkinci mühüm mərhələ materialların qəzet səhifələrinə yerləşdirilməsi, şəkillərin seçilməsi, sərlövhələrin müəyyənləşdirilməsi, qəzetin ümumi dizaynı idi. Bütün bunlar bizdən yüksək səviyyədə və operativ yaradıcılıq tələb edirdi. Əgər yaradıcılığın birinci mərhələsi COP29-un keçirildiyi meydanda - Bakı Olimpiya Stadionunda idisə, ikincisi "Azərbaycan" qəzetinin redaksiyasında oldu. Mən çox şadam ki, qəzetimizdə səhvə, yanlışlığa yol verilmədi. Bütün məsələlər dəqiqliyi ilə işıqlandırıldı. Bu da "Azərbaycan" qəzeti kollektivinin yüksək peşəkarlığından irəli gəlir". 

COP29 dövründə "Azərbaycan" qəzetində 29 rubrikadan istifadə olundu. 

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında 197 ölkə, 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 min iştirakçı var idi. Dünyanın müxtəlif ölkəsindən gəlmiş qonaqların çoxunun şəkillərini qəzetimizin səhifələrində verməklə həm konfransın gedişini əks etdirdik, həm də tarixə çevirdik. "Azərbaycan" qəzeti ən etibarlı arxiv kimi tarixdə qalır. COP29-un davam etdiyi günlərdə 92 mütəşəkkil səhifə şəkil və yazı verilib. 12 gün ərzində 201 səhifə material və 2303 şəkil dərc edilib. Bunun 1858-i xüsusi səhifələrdə, 445 şəkil isə ümumi səhifələrdə verilib. Qəzetin elə nömrəsi olub ki, COP29-la bağlı 239 şəkil dərc edilib. Həmin şəkilləri seçmək, mövzulaşdırmaq, səhifədə yerləşdirmək, şəkilaltı sözləri düzgün vermək zəhmət, diqqət, ən əsası, məsuliyyət idi. Biz bunun öhdəsindən gəldik. Çünki çox böyük sevinclə, fəxarətlə çalışırdıq. Bir daha dövlət başçısı cənab İlham Əliyevə bizim bu əməyimizi qiymətləndirdiyi üçün təşəkkür edirəm", - deyə baş redaktor bildirdi. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mixail Qusman Azərbaycanın qış kurortlarından bəhs edib

23:15
22 Dekabr

Hakkan Fidan: Türkiyə olaraq tarixin doğru tərəfində durmağımızın haqlı qüruru içindəyik  

21:12
22 Dekabr

Donald Tramp prodüseri Böyük Britaniyaya xüsusi elçi təyin edib

20:51
22 Dekabr

Heydər məscidində vəhdət namazı qılınıb

19:35
22 Dekabr

Prezident Kubokunun qalibləri mükafatlandırılıb

19:30
22 Dekabr

Gürcüstan Prezidenti Salome Zurabişvili həbs oluna bilər

19:01
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olublar

18:43
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər

18:17
22 Dekabr

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla qətiyyətli həmrəyliyimizi bir daha vurğulayırıq

18:03
22 Dekabr

Xaçmazlı şəhidlərin döyüş yolundan bəhs edən film təqdim olunub

17:48
22 Dekabr

Türkiyə hakimiyyəti qaçqınların Suriyaya qaytarılması prosedurunu sadələşdirib

15:12
22 Dekabr

Türkiyədə baş verən helikopter qəzasında dörd nəfər həlak olub 

15:10
22 Dekabr

Tələbə Psixoloqların IV Respublika Konfransı keçirilib

15:07
22 Dekabr

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

15:01
22 Dekabr

Çində dünyanın ən böyük buz və qar tematik sərgisi açılıb

14:59
22 Dekabr

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!