07 Aprel 2019 00:25
275
DÜNYA
A- A+
Pəncabdan bütün dünyaya...

Pəncabdan bütün dünyaya...


Tarixi mənbələrdə qaraçıların vətənləri Hindistanın Pəncab vilayəti göstərilir. Amma onların Hindistandan nə üçün çıxdıqları haqqında dəqiq məlumat yoxdur və bir neçə versiya irəli sürülür.

Versiyalardan birinə görə, müsəlmanlar hindlilərin bu etnik qrupunu əsir alıb öz ölkələrinə götürüblər. Digərinə görə isə, ən aşağı kasta sayılan qaraçılar pul qarşılığında müsəlmanlara qarşı döyüşmək üçün ölkənin qərb sərhədlərinə göndərilib, məğlubiyyətdən sonra isə köçmək məcburiyyətində qalıblar.

Tayfaların XII əsrdəki köçündə onlar əsasən Ön və Orta Asiyada məskunlaşıblar. İlkin olaraq qaraçılar İran, Türkiyə və Qazaxıstan ərazilərinə daxil olmağa başlayıblar. XV əsrdə isə artıq onlar Avropada-Yunanıstan, Rumıniya, Fransa, İspaniya, Rusiya, Macarıstanda görünməyə başlayıblar. Daha dəqiq desək, qaraçıların Avropaya yayılması 1453-cü ildən başlayır. Ümumiyyətlə Şarl de Koster və Valter Skottun yazılı mənbələrində qaraçı tayfalarının dünyaya yayılmağa başlanması prosesi XV əsrlərə aid edilir. İstanbulun osmanlılar tərəfindən fəth olunması hindəsilli millətin qərbə sarı ayaq açmasına təkan verib. Qaraçıların Rusiyaya gəlmələri XVI əsrdə qeydə alınıb.

Köçmə prosesinin sonrakı mərhələsində qaraçılar Latın Amerikası - Meksika, Braziliya və Amerika Birləşmiş Ştatlarına gediblər. Köçəri xalqın okeanın o tayına əsasən müstəmləkəçi ölkələrin təsiri və zor yolu ilə aparıldığı məlumdur. Portuqaliya, Fransa, İngiltərə, İspaniya qaraçı tayfalarının Amerika qitəsinə aparılmasında xüsusi rol oynayıblar. Məskən saldığı ölkələrdə onları müxtəlif adlarla çağırırlar. İspaniyada qitanos, Türkiyədə çingənə, Rusiyada sıqan, İtaliyada sınqari, İranda lülü kimi adları var.

Təxmini rəqəmlərə əsasən, dünyada 10 milyona yaxın qaraçı yaşayır. Çünki Hind-Avropa mənşəli xalq dünyanın heç bir ölkəsində siyahıya alınmır.

Ən çox ABŞ-da (1 milyon) yaşayırlar. Avropada isə bu millət nümayəndələrinin əksəriyyəti (535 min) Rumıniyada məskunlaşıb. Bolqarıstan və Rusiyada da onların sayı 200 mindən yuxarıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!