19 Iyul 2024 15:01
111
DÜNYA
A- A+

Parisdə erməniəsilli jurnalist həbs edilib

 

İyunun əvvəlində İrəvanın “Zvartnots” hava limanında keçirdiyi 41 gün aclıq aksiyasından sonra Fransaya qayıdan erməniəsilli jurnalist Leo Nikolyan Parisdə həbs edilib.

"Report" xəbər verir ki, bu barədə xarici KİV Avropa Yəhudi Təşkilatına istinadən məlumat yayıb.

Bildirilib ki, avtobusda yaşlı yəhudini təhqir edən Nikolyan avqustun 22-nə təyin edilən məhkəmə prosesinə qədər həbs edilib.

Qeyd edək ki, L.Nikolyan İrəvanın “Zvartnots” hava limanında qeydə aldığı videomüraciətində bildirdiyi kimi Ermənistana buraxılmayıb. Pasport nəzarətindən keçən zaman jurnalistə Ermənistana girişinin qadağan edildiyi bildirilib. Buna etiraz olaraq o, hava limanında qalıb və aclıq aksiyasına başlayıb.

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video