16 Oktyabr 2026 11:20
260
DÜNYA
A- A+
Pakistanda faciə: məktəbin damının uçması nəticəsində azı 34 şagird və müəllim həlak olub  

Pakistanda faciə: məktəbin damının uçması nəticəsində azı 34 şagird və müəllim həlak olub  


Pakistanın Peşəvər şəhərində məktəbin damı uçub. Nəticədə ən azı 34 nəfər həlak olub. Bu barədə BBC telekanalı xəbər verib.

Yerli "Lady Reading" xəstəxanasının mətbuat katibi Məhəmməd Asim bildirib ki, son rəqəmlər həlak olanlar arasında 32 şagirdin (20 oğlan və 12 qız) və bir müəllimin olduğunu göstərir. Peşəvərdəki Nasirullah Xan Babar Memorial Xəstəxanası isə bir uşağın ölümü barədə məlumat verib.

Məktəbdən 20 şagird təxliyə edilib. Onlardan üçü ağır xəsarət alıb. Ölən və yaralanan bütün uşaqlar 6-12 yaş arasında olub, əksəriyyəti başından yaralanıb.

Xilasedicilər dağıntılar altında uşaqların qaldığını düşünürlər. Peşəvər Polis İdarəsinin rəisi Mian Səidin dediyinə görə, məktəbdə 110 şagird olub.

Son mülumata görə, fəlakət Xayber Paxtunxva əyalətinin paytaxtı olan Peşəvərin şimalındakı Dir Koloniya rayonunda yerləşən özəl məktəb - 'Əl-Xair Təhsil Mərkəzi'ndə  baş verib.

Xilasetmə xidmətinin rəsmisi mətbuata açıqlamasında üçüncü mərtəbənin üstündəki damın çökdüyünü, üçüncü və ikinci mərtəbələr arasındakı döşəməyə çırpıldığını və hər iki mərtəbənin sinif otaqlarındakı şagirdlərin üzərinə düşdüyünü bildirib. Çökmənin səbəbi hələ rəsmi olaraq müəyyən edilməyib, lakin Polis İdarəsinin rəisi M. Səid jurnalistlərə binanın konstruksiyasının zəif  olduğunu düşündüyünü bildirib. O, Reuters agentliyinə deyib: "Bu, çox zəif bir konstruksiyadır. Dam isə çox ağır idi və bu da çökməyə səbəb olub".

Xeybər Paxtunxva qubernatoru Faysal Kərim Kundi əyalətdəki məktəb binalarının yoxlanılmasını əmr edib.

Pakistanın Baş naziri Şahbaz Şərif həlak olanların ailələrinə başsağlığı verib. 


Rizvan CƏFƏROV


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ rəhbərliyi Ukraynaya davamlı dəstək vəd edir  

16:57
16 Oktyabr

Vəkillər Kollegiyasının sədri yeni hakim təyin olunmuş 8 vəkili təltif edib

16:46
16 Oktyabr

Qocalmanı ləngitməyin yolu tapılıb  

16:43
16 Oktyabr

Seul Pxenyanın hipersəs raket sınaqlarının uğuruna dair şübhələrinə cavab verib  

16:41
16 Oktyabr

Doğum və ölüm göstəriciləri

16:40
16 Oktyabr

 Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı: 1970 həb aşkarlanıb  

16:38
16 Oktyabr

Baş nazir Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb  

16:35
16 Oktyabr

Beynəlxalq təsisatların selektiv yanaşması  

16:22
16 Oktyabr

Bakıdan səslənən mühüm çağırışlar   

16:12
16 Oktyabr

Füzuli rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir

16:07
16 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb  

15:59
16 Oktyabr

Beynəlxalq hüquq selektiv deyil, universal olmalıdır  

15:56
16 Oktyabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb  

15:54
16 Oktyabr

“Tesla” uçan “Roadster 2” modelini sınaqdan keçirdi  

15:39
16 Oktyabr

Aralıq dənizində dünyanın ən qədim gəmi qalıqları aşkarlanıb  

15:36
16 Oktyabr

Dəmir yollarından metronun dərinliklərinə  

15:32
16 Oktyabr

Ölkəmizin turizm imkanları Samsunda təqdim edilib

15:30
16 Oktyabr

Azərbaycanda 9 ayda 19,86 milyon ton neft hasil edilib

15:28
16 Oktyabr

Azərbaycanın beynəlxalq nüfuzunun və müstəqil siyasətinin təcəssümü  

15:22
16 Oktyabr

Füzulinin dirçəlişi Azərbaycanın iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır  

15:15
16 Oktyabr

ÜST qurğuşun zəhərlənməsi ilə bağlı çağırış edib  

15:12
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!