16 Oktyabr 2026 16:07
183
SİYASƏT
A- A+
Füzuli rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir

Füzuli rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir


“Oktyabrın 17-də Füzuli şəhərinin erməni işğalından azad edilməsinin 6 ili tamam olur. Artıq Füzulinin də işğal tarixini deyil, işğaldan azad edilməsi tarixini qürurla qeyd edirik. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən  17 oktyabr Füzuli Şəhəri Günü kimi müəyyən olunub. Bütün xalqımız, o cümlədən Füzuli sakinləri  bu günü böyük qürurla qeyd edir”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.Deputat bildirib ki, Füzuli rayonun işğal olunması 1993-cü ildə ölkəmizdə daxili qeyri-sabitliyin hökm sürdüyü şəraitdə baş vermişdi. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olub. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. 1993-cü ildə işğalçı Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb.

Amma həmin il Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olundu. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun digər  yaşayış məntəqələri işğaldan azad edildi. Erməni vandallığının bariz nümunələrindən biri Füzuli şəhərinin tamamilə dağıdılmasıdır. Bu şəhər işğaldan azad olunan gün üçrəngli bayrağımızın ucaldılması üçün salamat bina yox idi. Bu böyük yaşayış məntəqəsi yer üzündən silinmişdi. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən oldu. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verirdi. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Lakin güclü ordumuz bu missiyanı qısa müddətdə yerinə yetirdi. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.

Millət vəkilinin sözlərinə görə, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni vandalizmi, işğal dövründə xalqımızın çəkdiyi ağrı-acılar heç vaxt unudula bilməz. Bütün bunlar qan yaddaşı olaraq daim xatırlanacaq. Bu hadisələrin unudulmaması, gələcək nəsillərə çatdırılması üçün davamlı işlər görülür.

Samir Vəliyev  qeyd edib ki, hazırda Füzuli rayonunda böyük quruculuq işləri həyata keçirilir. Bu işlər cənab Prezidentin şəxsi nəzarətindədir. Artıq xeyli insan Füzuli şəhərində yaşayır. 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb və bu proses artan templə davam edir.  İlkin mərhələdə 144 ailə köçürülüb. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.  2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb.

Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin və Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilib istifadəyə verilməsi isə əsl qardaşlıq nümunəsidir. Türkmənistan isə Füzuli şəhərində məscid inşa edir.

“Hazırda Füzuli rayonun bir sıra kəndlərinin bərpası işləri sürətlə həyata keçirilir. Beləliklə, işğaldan azad olunmuş ərazilərimizi və onların əhalisini qarşıda gözəl və firəvan günlər gözləyir” – deyə, deputat vurğulayıb.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ rəhbərliyi Ukraynaya davamlı dəstək vəd edir  

16:57
16 Oktyabr

Vəkillər Kollegiyasının sədri yeni hakim təyin olunmuş 8 vəkili təltif edib

16:46
16 Oktyabr

Qocalmanı ləngitməyin yolu tapılıb  

16:43
16 Oktyabr

Seul Pxenyanın hipersəs raket sınaqlarının uğuruna dair şübhələrinə cavab verib  

16:41
16 Oktyabr

Doğum və ölüm göstəriciləri

16:40
16 Oktyabr

 Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı: 1970 həb aşkarlanıb  

16:38
16 Oktyabr

Baş nazir Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb  

16:35
16 Oktyabr

Beynəlxalq təsisatların selektiv yanaşması  

16:22
16 Oktyabr

Bakıdan səslənən mühüm çağırışlar   

16:12
16 Oktyabr

Füzuli rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir

16:07
16 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb  

15:59
16 Oktyabr

Beynəlxalq hüquq selektiv deyil, universal olmalıdır  

15:56
16 Oktyabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb  

15:54
16 Oktyabr

“Tesla” uçan “Roadster 2” modelini sınaqdan keçirdi  

15:39
16 Oktyabr

Aralıq dənizində dünyanın ən qədim gəmi qalıqları aşkarlanıb  

15:36
16 Oktyabr

Dəmir yollarından metronun dərinliklərinə  

15:32
16 Oktyabr

Ölkəmizin turizm imkanları Samsunda təqdim edilib

15:30
16 Oktyabr

Azərbaycanda 9 ayda 19,86 milyon ton neft hasil edilib

15:28
16 Oktyabr

Azərbaycanın beynəlxalq nüfuzunun və müstəqil siyasətinin təcəssümü  

15:22
16 Oktyabr

Füzulinin dirçəlişi Azərbaycanın iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır  

15:15
16 Oktyabr

ÜST qurğuşun zəhərlənməsi ilə bağlı çağırış edib  

15:12
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!