03 Dekabr 2024 15:34
198
CƏMİYYƏT
A- A+
“Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyi yaradılıb  

“Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyi yaradılıb  

Özbəkistanda yaşayan Qərbi azərbaycanlılar tərəfindən bu ölkədəki Azərbaycan səfirliyinin dəstəyi ilə tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib. Tədbirdə tarixi faktlarla Qərbi Azərbaycanda ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və deportasiya haqqında, eləcə də XIX-XX əsrdə azərbaycanlıların Qafqazın və Qərbi Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni mühitində oynadıqları mühüm rol barədə məlumat verilib.

Çıxış edənlər Qərbi azərbaycanlıların dünyanın harasında yaşamalarından asılı olmayaraq, öz ata-baba torpaqlarına qayıtmaq amalı ətrafında sıx birləşmələrinin vacibliyini bildiriblər. Həmçinin Azərbaycan dövlətinin və ələlxüsus da Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı yürütmüş olduğu siyasətə tam dəstək olduqlarını vurğulayıblar.

Bildirilib ki, uzun illər boyu erməni terroru nəticəsində öz doğma torpaqlarından uzaq düşmüş Qərbi azərbaycanlıların bu gün öz yurdlarına qayıtmağının vaxtı gəlib çatıb və onlar buna inanırlar. Həmçinin soydaşlarımızın hüquqlarının bərpası istiqamətində addımların atılmasının vacibliyi vurğulanıb.

Çıxış edən əslən Qərbi azərbaycanlı Vidadi Qurbanov dünyanın müxtəlif ölkələrində yaşayan Qərbi azərbaycanlıların daha səmərəli fəaliyyət göstərmələri üçün vahid bir təşkilatda birləşməsinin vacib olduğunu bildirib.

Özbəkistanda müxbir fəaliyyəti ilə məşğul olan əslən Qərbi azərbaycanlı Qulu Kəngərli sözügedən təşəbbüsü dəstəkləyib. O, hazırkı Ermənistan ərazisində olan toponim və tarixi abidələrdən söz açaraq, onların hamısının türk mənşəli olduğunu qeyd edib. Qeyd olunan mövzu ətrafında danışan Q.Kəngərli Qərbi Azərbaycana qayıdışı konsepsiyasının Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olduğunu da bildirib.

Əslən Qərbi Azərbaycandan olan İlham Abdullayev isə Qərbi azərbaycanlıların hüquqlarının bərpası və onların öz ata-baba torpaqlarına qayıtması üçün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətə dəstək olaraq – Özbəkistanda yaşayan soydaşlarımızın vahid cəmiyyət ətrafında birləşməsinin vacib olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Qərbi Azərbaycandan olan Qalib Müslümov uzun illər boyu Vətəndən uzaqda yaşayan soydaşlarımızın vahid bir təşkilatda birləşməsinin, onların əlaqələndirilməsinin, məlumatlandırılmasının və mütəşəkkil hərəkət etməsinin, qərar qəbul etməsinin çox vacib olduğunu söyləyib.

Çıxışlardan sonra ictimai birliyin rəhbər təmsilçisinin və digər vəzifələrə seçiləcək namizədlərin irəli sürülməsi müzakirə edilib. Qərara əsasən, “Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyinin rəhbəri vəzifəsinə əslən Qərbi Azərbaycanın Basarkeçər rayonunun Bala Məzrə kəndindən olan İlham Yusif oğlu Abdullayevin namizədliyi dəstəklənib.

Nəticə etibarilə konfrans iştirakçıları “Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyinin təsis iclasının yekunu olaraq müvafiq təşkilatlara ünvanlanmaq üçün sənədlərin hazırlanmasına dair razılığa gəliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən  

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən  

14:18
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvanda anılıb  

12:22
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!