05 Aprel 2025 08:20
350
SİYASƏT
A- A+
Öz gözündə tiri görmür...

Öz gözündə tiri görmür...


Fransanın Cənubi Qafqaza "diqqət"i öz daxili problemlərini unutdurub 


Fransa Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Rəsmi Paris hətta Cənubi Qafqazda sabitliyin pozulması üçün yalanlara, qarayaxmalara əl atır. Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi görməzdən gələn Fransa riyakarlığı, bəd əməlləri ilə Ermənistanı qızışdırmaq, regionumuzda yenidən fəlakətlərin baş verməsini istəyir.

Şübhəsiz ki, əgər Ermənistan hökuməti bu cür təhriklərə uyaraq Cənubi Qafqazı bir daha müharibə ocağına çevirərsə, onun alovlarında ən çox yanan özü olacaq. Rəsmi İrəvan bununla ölkəsini özü aparıb çıxarmış olduğu uçurumdan atacaq. Nikol Paşinyan hökuməti nə qədər gec deyil, bunu da dərk etməli və anlamalıdır ki, Ermənistanın məhvə sürüklənməsi rəsmi Paris üçün, əslində, böyük maraq kəsb etmir. Yüz illərdir ki, Əlcəzairdə, Afrikada, Fransa Polineziyasında, Mayotda, Korsikada, Yeni Kaledoniyada və başqa ölkələrdə xalqların göz yaşlarını görməyən, ürək yanğıları ilə çəkdikləri ah-nalələri, fəryadları eşitməyən Fransa hökuməti ermənilərin də özlərini bəlaya salmalarından rahatsız olmayacaq, Ermənistanın məhvinə yas tutmayacaq.

 Bu gün görünən, daha doğrusu, Emmanuel Makron hökumətinin nümayiş etdirdiyi odur ki, Fransa dövləti Ermənistanın "maraq"larına xidmət edən addımlar atır, Azərbaycana qarşı qərəzli davranaraq ölkəmiz haqqında böhtan kampaniyası aparır. Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro Milli Assambleyanın Xarici İşlər Komissiyasında çıxışı zamanı ölkəmizlə bağlı yalan, böhtan və qərəz dolu iddialar irəli sürməklə bunu bir daha təsdiqlədi. Amma tərəfimizdən cavab da gecikmədi. 

"Aprelin 2-də Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Milli Assambleyanın Xarici İşlər Komissiyasında çıxışı zamanı Azərbaycan-Ermənistan sülh prosesi və erməniəsilli şəxslərin məhkəmə işi ilə bağlı səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik", - Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Jan Noel Baronun Fransa Milli Assambleyasında Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialara dair şərhində bildirdi. Azərbaycan ərazilərinə qarşı iddiaların mövcud olduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi kimi son 2 ildən artıq müddətdə müzakirə edilən legitim tələbin sual altına alınmasının və bunun yeni şərt kimi təqdim olunmasının  qəbuledilməz olduğunu diqqətə çatdıran Xarici İşlər Nazirliyinin mətbuat katibi qeyd etdi ki, əgər Fransa, iddia etdiyi kimi həqiqətən sülh sazişinin tezliklə imzalanmasını dəstəkləyirsə, o zaman Ermənistan tərəfindən müvafiq addımların atılmasını təşviq etməlidir.

Müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərin azadlığa buraxılması çağırışlarına gəldikdə, Ayxan Hacızadə vurğuladı ki, bu cinayətləri araşdırmaq, mühakimə etmək Azərbaycanın haqqıdır. BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi qrupunun martın 13-də dərc olunmuş rəyi də bunu bir daha təsdiqləyib, məhkəmə prosesinə qarşı aparılan qarayaxma kampaniyasının əsassız olduğunu sübuta yetirib.

XİN rəsmisi diqqətə çatdırdı ki, digər ölkələrdə məhkəmə prosesinə müdaxiləyə cəhd edən rəsmi Parisin, ilk növbədə, Fransada siyasi təqibləri və müxtəlif aksiyalarda etirazçıların öldürülməsi, ölkəsinin neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələri, parlamentində rüşvətxorluq və korrupsiya hallarının yayılması kimi faktları araşdırması daha uyğun olardı: "Misal üçün, eyni iclasda bir deputatın Fransada məhkəmə sistemindən siyasi rəqiblərə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyi halda qanunun aliliyi ilə bağlı digər dövlətlərə müdaxilənin qəbuledilməzliyi ilə bağlı sualına cavabda Fransa nazirinin Fransa məhkəməsinin qərarını şərh edə bilməyəcəyi cavabı da Fransa tərəfinin ikili standartlarının bir göstəricisidir.  Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik".

Bir daha xatırladaq ki, bu gün məhkəmə qarşısında cavab verən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərləri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilirlər. Onların cinayətkar olduqları məhkəmə prosesində özləri tərəfindən də etiraf olunur, şahidlərin ifadələri tərəfindən də təsdiqlənir. Belə ağır cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunmaları, qanun qarşısında cavab vermələri beynəlxalq hüquq çərçivəsindədir.

Bu gün Emmanuel Makronun yarıtmaz siyasəti nəticəsində Fransada sosial gərginlik, iqtisadı böhran artıb. Fransa hökumətinin diqqət yetirməsi vacib olan məsələlərdən biri də ordusunda yaranmış vəziyyətlə bağlıdır. Fransa Milli Assambleyasının hesabatı göstərdi ki, 2022-ci ildən bəri orduda fərarilik halları kəskin artıb. Təkcə bu il 1485 hadisə qeydə alınıb. 

 Yaranmış vəziyyət deməyə əsas verir ki, beynəlxalq hüquqa zidd qərarlar verməkdə, ədaləti görməzdən gəlməkdə israrlı olan rəsmi Parisin sərhədlərindən kənarda mövcud olmayan nöqsanları axtarmaqdansa,  öz daxili problemlərini həll etməyə çalışması daha doğru və ölkəsinin xeyrinə olar. Cənubi Qafqaza artan "diqqəti" Fransaya daxili problemlərini unutdurmamalıdır.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə 

01:08
09 Aprel

M.C.Əliyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

01:07
09 Aprel

“Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 sentyabr tarixli 341 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:06
09 Aprel

“Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı Qaydası”nın təsdiq edilməsi haqqında

01:05
09 Aprel

Zərərçəkən: Tibb məntəqəmiz, sanitar maşınlarımız, həkimlərimiz artilleriya zərbələrinə məruz qalmışdı – VARDANYANIN MƏHKƏMƏSİ  

23:02
08 Aprel

Bakıda Pakistanın Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib  

23:00
08 Aprel

UNESCO İcraiyyə Şurasının sessiyasında Azərbaycanın Milli bəyanatı səsləndirilib

19:53
08 Aprel

Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən yeni nəşrlərin təqdimatı olub

19:51
08 Aprel

Azərbaycan və Çin liderlərinin sıx münasibətləri ölkələrimizin əməkdaşlığına töhfə verir  

19:50
08 Aprel

Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlim keçirilib

19:49
08 Aprel

Səfir: Ermənistan işğal dövründə Azərbaycan torpaqlarında 1,5 milyondan çox mina basdırıb  

19:47
08 Aprel

Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar tədbir keçirilib  

19:46
08 Aprel

Nazirlər Kabinetində İran nümayəndə heyəti ilə görüş keçirilib  

19:45
08 Aprel

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur  

19:43
08 Aprel

FHN gözlənilən hava şəraiti ilə əlaqədar təhlükəsizlik qaydalarına riayət etməyə çağırır  

19:43
08 Aprel

Tbilisidə 31 Mart soyqırımı, Qərbi Azərbaycana Qayıdış və mina problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib  

19:38
08 Aprel

Teymur Musayev: TDT üzv ölkələrinin 200 milyona yaxın əhalisi səhiyyə investisiyaları üçün böyük maraq yaradır  

19:34
08 Aprel

Səhiyyə naziri Astanada bir sıra görüşlər keçirib

19:31
08 Aprel

Azərbaycanda ilk dəfə smart televizorlar istehsal ediləcək  

19:22
08 Aprel

Müstəqilliyimiz əbədidir: İslam dininin, “Qurani-Kərim”in Azərbaycan xalqı üçün açdığı yol davam edəcək  

19:13
08 Aprel

Yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 15 faizə qədər artıb  

19:01
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!