17 İyul 2026 08:50
504
SİYASƏT
A- A+
Ortaq tarixdən strateji birliyə: Azərbaycan-Mərkəzi Asiya ölkələri əməkdaşlığının yeni dövrü

Ortaq tarixdən strateji birliyə: Azərbaycan-Mərkəzi Asiya ölkələri əməkdaşlığının yeni dövrü


XXI əsr beynəlxalq münasibətlər sisteminə yeni siyasi və iqtisadi reallıqlar gətirib. Qlobal güc mərkəzlərinin təzədən formalaşdığı, enerji təhlükəsizliyinin, nəqliyyat-kommunikasiya xətlərinin və beynəlxalq ticarət marşrutlarının strateji əhəmiyyət qazandığı bir dövrdə regionlar arasında əməkdaşlığın mahiyyəti də dəyişir. Artıq dövlətlər təkcə coğrafi yaxınlıq prinsipi ilə deyil, ortaq maraqlar, qarşılıqlı etimad və uzunmüddətli inkişaf strategiyaları əsasında yeni inteqrasiya platformaları yaradırlar. 

Məhz bu baxımdan XXI əsrdə Mərkəzi Asiya ortaq iqtisadi maraqların, strateji nəqliyyat-kommunikasiya dəhlizlərinin və türk dünyasının siyasi həmrəyliyinin formalaşdığı yeni geostrateji coğrafiyaya çevrilib. Azərbaycanın bu coğrafiyanın  iştirakçısı kimi qəbul olunması isə son illərin ən mühüm geosiyasi hadisələrindəndir. Çünki ölkəmiz coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, onun Mərkəzi Asiya dövlətləri ilə əlaqələri xəritələrin müəyyən etdiyi sərhədlərdən qat-qat qədimdir. Ortaq etnik köklər, dil və mədəniyyət birliyi, əsrlər boyu formalaşmış mənəvi dəyərlər, tarixi İpək yolunun yaratdığı iqtisadi münasibətlər və qarşılıqlı etimad bu əlaqələrin möhkəm bünövrəsini təşkil edir. 

Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini ikitərəfli əməkdaşlıq çərçivəsi ilə bərabər, bütövlükdə türk dünyasının siyasi, iqtisadi və humanitar inteqrasiyasının mühüm istiqamətlərindən biri kimi inkişaf etdirib. Bu gün ölkəmiz Mərkəzi Asiya dövlətləri üçün etibarlı tərəfdaş, Avropaya açılan əsas nəqliyyat qapısı və Xəzər hövzəsində mühüm logistika mərkəzi kimi qəbul edilir.

Son illər baş verən hadisələr və geosiyasi proseslər göstərir ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri yeni geoiqtisadi məkan formalaşdırırlar. Orta dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının artması, enerji resurslarının şaxələnməsi, rəqəmsal kommunikasiya xətlərinin çəkilməsi və logistika infrastrukturuna qoyulan investisiyalar regionun iqtisadi xəritəsini dəyişdirən əsas amillərə çevrilib. Bu layihələr təkcə yükdaşımaların həcmini artırmır, həm də Mərkəzi Asiya ilə Avropa arasında etibarlı və davamlı əlaqələrin qurulmasına xidmət edir. 

Bu yeni mərhələnin mahiyyəti Prezident İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumundakı çıxışında da aydın ifadəsini tapdı. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qoşulması təsadüfi qərar deyil. Prezidentin qeyd etdiyi kimi, coğrafi baxımdan Cənubi Qafqazda yerləşməyimizə baxmayaraq, ortaq tarix, mədəniyyət, etnik bağlılıq və qarşılıqlı siyasi etimad Mərkəzi Asiya dövlətlərinin ölkəmizi bu ailənin ayrılmaz hissəsi kimi qəbul etməsinə möhkəm zəmin yaradıb. Bu yanaşma həm də onu təsdiqləyir ki, türk dünyasının gələcəyi coğrafi sərhədlərlə deyil, ortaq strateji maraqlarla müəyyənləşir.

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, beynəlxalq yükdaşımaların yeni marşrutlar üzrə istiqamətlənməsi və enerji bazarlarında yaranan yeni reallıqlar Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığın əhəmiyyətini daha da artırır. Məhz buna görə də Xəzər hövzəsini əhatə edən nəqliyyat və logistika layihələri qlobal iqtisadi təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın müasir liman infrastrukturu, dəmir yolları, avtomobil magistralları və tranzit imkanları Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışını sürətləndirən etibarlı bağlantılar yaradır.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasında tamhüquqlu üzv kimi təmsil olunması bu proseslərin institusional əsaslarını daha da möhkəmləndirir. Bu platforma qarşılıqlı qərarların daha operativ razılaşdırılmasına, ortaq layihələrin əlaqələndirilməsinə və region dövlətlərin beynəlxalq təşəbbüslərinin uzlaşdırılmasına yeni imkanlar açır. Başqa sözlə, söhbət yalnız siyasi dialoqdan deyil, vahid strateji baxışın formalaşdırılmasından gedir. Prezident İlham Əliyev forumdakı çıxışında bu yanaşmanı daha da konkretləşdirərək bildirdi ki, ölkəmizin Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul edilməsi qarşılıqlı etimadın və ortaq dəyərlərin məntiqi nəticəsidir. Dövlətimizin başçısının Özbəkistanla münasibətləri nümunə göstərməsi bir daha təsdiqlədi ki, bu gün qardaş ölkələr arasında əməkdaşlıq siyasi bəyanatlardan real iqtisadi layihələrə, qarşılıqlı sərmayələrə və birgə inkişaf proqramlarına transformasiya olunur.

Əlamətdar cəhətlərdən biri də ondan ibarətdir ki, bu yeni əməkdaşlıq modeli heç bir qarşıdurma və ya blok siyasətinə əsaslanmır. Əksinə, onun fəlsəfəsində açıq əməkdaşlıq, qarşılıqlı fayda, bərabərhüquqlu tərəfdaşlıq və regional sabitlik dayanır. Məhz buna görə Azərbaycanın təşəbbüsləri beynəlxalq səviyyədə də maraqla qarşılanır. Çünki ölkəmiz Şərqlə Qərbi, Cənubla Şimalı birləşdirən mühüm nəqliyyat qovşağı olmaqla yanaşı, etibarlı dialoq və əməkdaşlıq məkanı kimi də öz mövqeyini möhkəmləndirib.

Tarix xalqları bir-birinə yaxınlaşdırır, siyasət onları tərəfdaşa çevirir, ortaq maraqlar isə uzunmüddətli strateji birliyi təmin edir. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında bu gün müşahidə olunan inteqrasiya məhz belə möhkəm təməl üzərində yüksəlir. Bu birlik yalnız ortaq keçmişin yox, həm də ortaq gələcəyin nəticəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasət sayəsində ölkəmiz artıq bu böyük geostrateji məkanın ayrılmaz iştirakçısı, etibarlı tərəfdaşı və təşəbbüskar dövlətlərindən biridir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2026-cı ildə Bakı şəhərində keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

02:16
26 Avqust

"Dənizkənarı Bulvar İdarəsi" və "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi" publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında

02:15
26 Avqust

Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında

02:14
26 Avqust

"Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:14
26 Avqust

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

02:00
26 Avqust

“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində! 

23:24
25 Avqust

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

23:12
25 Avqust

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub

21:44
25 Avqust

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

21:23
25 Avqust

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

21:13
25 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib

19:21
25 Avqust

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

19:12
25 Avqust

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

18:48
25 Avqust

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

18:39
25 Avqust

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

18:23
25 Avqust

26 avqust – Laçın şəhəri günü  

18:23
25 Avqust

Xocavənddə açarlar yenidən doğma qapılara uzandı: illər sonra yurda dönüş  

18:21
25 Avqust

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

18:13
25 Avqust

Azərbaycanda makaron istehsalı artıb: süfrələrə gedən məhsulun həcmi böyüyür  

18:12
25 Avqust

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

18:09
25 Avqust

Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

18:03
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!