20 Mart 2025 09:15
1751
Mədəniyyət
A- A+
Novruz bayramı rənglər dünyasında

Novruz bayramı rənglər dünyasında


Azərbaycan xalqının tarixində zəngin adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi əks etdirən Novruz bayramının özünəməxsus yeri var. Novruz yeni gün, təzə il deməkdir, hamımızın intizarla gözlədiyimiz baharın ilk günüdür. "Novruz" halallıq, təmizlik, müdriklik və kamillik bayramıdır. Novruz gəlişi ilə, atdığı ilk qədəmləri ilə evlərə, ailələrə sevinc, şadlıq gətirir. Novruzun gəlişi ilə təbiət oyanır, torpaq canlanır, ağaclar tumurcuqlanıb çiçəkləyir, dağ-dərələr, meşələr yaşıllığa bürünür. Sözün həqiqi mənasında, həyat yenidən başlayır. İnsanlar çox haqlı olaraq bu fəsli gözəllik və xoş ovqat fəsli adlandırırlar. 

Novruz bayramının adət-ənənələri elmi əsərlərlə yanaşı, ədəbiyyatımızda, filmlərimizdə də bədii surətdə əks olunmuşdur. Bütün bunlar isə tamaşaçılar və oxucular tərəfindən zaman-zaman böyük maraqla qarşılanmışdır. Novruz bayramı mövzusu təsviri sənətdən də yan keçməmişdir. Bu bayramın insanlarda yaratdığı nikbin ovqat rəssamlarımızın yaradıcılığında geniş yer tutmuşdur. Ötən əsrin altmışıncı illərində Novruzun ümumxalq bayramı kimi qeyd olunması rəssamlarımızın bu mövzuya marağını daha da artırmışdır. Bayramın ayrı-ayrı epizodlarını özündə əks etdirən dəyərli əsərlər yaranmışdır. 

Azərbaycanın satirik qrafikasının əsasını qoymuş, adı sənətsevənlərin dilindən düşməyən görkəmli rəssam Əzim Əzimzadə bayramlar mövzusuna müraciət edən ilk sənət adamlarından olmuşdur. O, ötən əsrin 30-cu illərindən başlayaraq "Kos-kosa", "Qurban bayramı" , "Kasıb evində toy", "Varlı evində Ramazan" , "Od çərşənbəsi" , "Kasıb evində Ramazan süfrəsi" və sair rəsm əsərləri çəkmişdir. Rəssamın araya-ərsəyə gətirdiyi bu və ya digər əsərlərində adət-ənənələrimiz, el şənliklərimiz, milli bayramlarımız maraqlı epizodlarla əks olunmuşdur. Ə.Əzimzadə bayram mövzusunda çəkdiyi rəsmlərdə hadisələri nikbin boyalarla təsvir etmiş, adət-ənənələri, milli koloriti, ən əsası isə zəngin olan folkloru qoruyub saxlamağı bacarmışdı. 

Çəkdiyi əsərləri ilə xalqın böyük sevgisini qazanmış istedadlı, bənzərsiz mənzərə ustalarımızdan olan Səttar Bəhlulzadə milli bayramlar, adət-ənənələrimiz  mövzusunda bir-birindən maraqlı və dəyərli əsərlər çəkmişdir. "Bahar nəğməsi", "Xonça" (etüd), "Torpağın arzusu", "Azərbaycan nağılı" və bu kimi əsərlərində təbiətin çoşqun sevincini böyük sənətkarlıqla təsvir etmişdir. 

Görkəmli sənət adamı Elmira Şahtaxtinskaya çəkdiyi "Novruz bayramı ərəfəsində", "Qutablar" adlı əsərlərlərində Azərbaycan xalqının ən qədim adət-ənənələrini böyük məharətlə yaradıb. Rəssamın Novruz bayramına hazırlıq mərhələsində qadınların səmənilərin əhatəsində milli şirniyyat növləri - paxlava, şəkərbura, digər əsərində isə milli ornamentli kilim üzərində əyləşmiş üç qadının Azərbaycan mətbəxinin ləziz nemətlərindən hesab olunan qutab hazırladıqları an  çox böyük ustalıqla təsvir edilib. Adlarını çəkdiyimiz bu əsərlərdə bayram səhnəsi bütün çalarları ilə diqqətləri cəlb edir.

Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Elbəy Rzaquliyev  İçərişəhərdə dünyaya göz açıb, Abşeronda böyüyüb. Rəssam yaddaşına hopmuş nostalji xatirələri, təbiətin füsunkar mənzərələrini, iştirakçısı olduğu hadisələri böyük bacarıqla əsərlərinə köçürüb. Xatirələrini, arzularını rənglərin dili ilə ifadə edib. Görkəmli rəssamın milli bayramımıza həsr etdiyi "Novruz bayramı" kompozisiyasında Xəzər dənizinin fonunda, İçərişəhərdə Novruz bayramı şənlikləri təsvir olunub. Milli geyimdə olan gözəl qızların rəqs etməsi, əllərində çalğı alətləri tutmuş musiqiçilər, kəndirbazın oyunu, tablonun sağ tərəfində yellənən milli ornamentli xalça nümunəsinin təsviri əsərin bədii ifadəliyini daha da artırır, baxanlarda əsl bayram ovqatı yaradır.

Tanınmış rəssamlar Xalidə Səfərova, Ələkbər Rzaquliyev, Nəcəfqulu İsmayılov, Sara Namitokova-Manafova, Arif Ələsgərov və başqaları Novruz bayramı mövzusunda bir-birindən maraqlı əsərlər ərsəyə gətiriblər. Bu əsərlərdə Novruz adət-ənənələri, el şənlikləri, milli bayramlar öz əksini çox parlaq şəkildə tapıb. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şahmar Mövsümov: Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb  

11:02
08 Dekabr

Azərbaycan Prezidentinin köməkçisi: Vicdanlı sahibkarlara hərtərəfli dəstək və xüsusi diqqət göstərilməlidir  

11:01
08 Dekabr

DİN: Son iki gündə 53 cinayətin açılması təmin edilib  

11:00
08 Dekabr

Vətəndaşlar qaz təchizatı ilə bağlı müayinə aktlarına “mygov” platformasında baxa biləcəklər  

10:59
08 Dekabr

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

10:58
08 Dekabr

Tailand Kamboca ilə qarşıdurmaya döyüş təyyarələri cəlb edib  

10:57
08 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

10:56
08 Dekabr

Qərbi Azərbaycan İcması ötən üç ildə hansı hədəflərinə nail olub?  

10:51
08 Dekabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində zərərli vərdişlərlə mübarizəyə həsr olunan tədbir keçirilib  

10:37
08 Dekabr

Maqnit qasırğası gözlənilir

10:15
08 Dekabr

Çin Yaponiyanın təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib  

09:44
08 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək  

09:40
08 Dekabr

Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

09:39
08 Dekabr

ABŞ gələn il Ukraynaya 400 milyon dollar hərbi yardım ayırmağı planlaşdırır

09:31
08 Dekabr

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək  

09:12
08 Dekabr

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!