21 Mart 2025 18:45
1284
CƏMİYYƏT
A- A+
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir  

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir  


Mədəniyyət xəzinəmizin incilərindən olan, böyükdən kiçiyə hər kəsə xoş əhval-ruhiyyə bəxş edən Novruz bayramı ölkəmizdə yüksək səviyyədə qeyd olunur.

Azərbaycan həmkarlar ittifaqları da öz növbəsində respublikamızın bütün şəhər və rayonlarında Novruz bayramı münasibətilə uşaqlar üçün silsilə bayram şənlikləri təşkil edir, azyaşlıları hədiyyələrlə sevindirir. Bayram tədbirləri uşaqların asudə vaxtının səmərəli, mənalı və maraqlı keçirilməsi, eləcə də adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin gənc nəslə aşılanması məqsədi daşıyır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) bayram şənliklərində şəhid övladlarının da iştirakını təmin edib. Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızının maraqlı çıxışları, şən zarafatları, uşaqlarla birlikdə rəqs etmələri uşaqların hədsiz sevincinə səbəb olub. Şənliklərdə uşaqlara AHİK tərəfindən bayram hədiyyələri verilib.

Qeyd edək ki, AHİK uşaq evlərində, internat məktəblərində təlim-tərbiyə alan, kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlar üçün təşkil olunan tədbirlərdə də bayram hədiyyələri paylayıb.


Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!