14 Oktyabr 2024 18:58
1219
Elm və texnika
A- A+
Növbəti 50 ildə gözlənilən önəmli astronomik hadisələr

Növbəti 50 ildə gözlənilən önəmli astronomik hadisələr

Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası qarşıdakı 5 onillikdə gözlənilən əsas astronomik hadisələri açıqlayıb. 2027-ci il avqustun 2-də əsrin ikinci ən uzun Günəş tutulması baş verəcək və tam qaranlıq təxminən 6 dəqiqə 24 dörd saniyə davam edəcək. Şimali Afrikadan daha yaxşı müşahidə olunacaq bu tutulma 2114-cü ilə qədər ən uzun tutulma olacaq. Daha sonra 2029-cu il aprelin 13-də “99942 Apofis” asteroidi Yerə yaxınlaşaraq, planetimizdən cəmi 31 min kilometr, Aydan on iki dəfə yaxın məsafəyə çatacaq. Bu asteroid Avropanın, Afrikanın və Asiyanın bir hissəsində təxminən iki milyard insan üçün aydın, qaranlıq səmada adi gözlə görünəcək.

 “Leonid” meteor yağışı Yer kürəsi “Tempel-Tuttle” kometinin qoyub getdiyi qalıqlardan keçdikdə baş verir. “Tempel-Tuttle” indiki 33 illik orbitində Yerə yaxınlaşdıqdan sonra planetimiz 2031-ci il noyabrın 17-18-də kometin təzə izindən keçəcək. “Tempel-Tuttle”nin son izlərində qalan çoxlu miqdarda zibil yüksək sürətlə üstümüzə yağacaq, kosmik cismin parçaları atmosferimizdə yanarkən səmada parlayacaq.

2040-cı il sentyabrın 8-də Merkuri, Venera, Mars, Yupiter, Saturn və Ayın nadir düzülüşünü görəcəyik. Bu beş planet 2 günlük Ay ilə Günəş batdıqdan dərhal sonra qərb tərəfdə, 8 dərəcəlik kiçik səma zolağında görünəcək. Bu hadisədən 12 il sonra, yəni 2052-ci il dekabrın 6-da Ay 356 min 424 kilometr məsafəyə qədər yaxınlaşacaq və nəticədə həmişəkindən 14 faiz daha böyük görünəcək. Buna oxşar hadisələr 1948-ci il yanvarın 26-da, 2016-cı il noyabrın 14-də baş verib. Növbəti hadisə 2034-cü il noyabrın 25-də baş verəcək. Lakin 2052-ci il dekabrın 6-dakı hadisə əsrin ən yaxın Super Ayı olacaq.

Günəş ətrafında fırlanan 76 illik qısa orbital periodu ilə “Halley” kometi 2061-ci il iyulun 29-da növbəti uçuşu zamanı planetimizin qaranlıq yerlərindən asanlıqla görünəcək. O, bizim ən məşhur kosmik ziyarətçilərimizdən biridir. Kometin ilk müşahidəsi 2 min il əvvəl aparılıb. 2065-ci il noyabrın 22-də isə Venera Yupiterin diskini keçərkən və ya tıxayarkən Yerdən görünəcək və bu, Günəş sistemi planetinin 1818-ci ildən bəri ilk görünən tranziti olacaq.


 Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sandu Moldovada keçirilən prezident seçkilərində liderdir

00:27
21 Oktyabr

Misli Premyer Liqası: “Sabah” və “Zirə” heç-heçə edib, “Turan Tovuz” qalib gəlib

22:31
20 Oktyabr

Azərbaycanın boks millisi Avropa çempionatını 4 medalla başa vurub

21:29
20 Oktyabr

Bakı Avropa Liseyinin “Yaşıl dalğa” hərəkatının VI aksiyası COP29-a həsr olunub

21:07
20 Oktyabr

Azərbaycanın daha bir boksçusu Avropa çempionatında gümüş medal qazanıb

20:37
20 Oktyabr

Gürcü ekspert: Qərb dövlətlərində Gürcüstanın daxili işlərinə maraq həddindən artıq çoxdur

20:24
20 Oktyabr

Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazanıb

18:33
20 Oktyabr

“Azərişıq” ASC-dən genişmiqyaslı ağacəkmə aksiyası

17:47
20 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

16:59
20 Oktyabr

Azərbaycanın mədəni irsi Berlində təşkil edilən “Nəsrəddin - ailə festivalı”nda təbliğ olunub

16:43
20 Oktyabr

Gürcüstan azərbaycanlılarının ikinci qrupu Şuşa və Ağdama səfər edib

16:20
20 Oktyabr

Mask Harrisin prezident seçiləcəyi təqdirdə, ABŞ-də sərt senzuranın tətbiq olunacağını iddia edib

16:15
20 Oktyabr

Göygöldə kros qaçışı üzrə ölkə çempionatı keçirilib

16:08
20 Oktyabr

MN: Seyfəli poliqonunda istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək  

15:24
20 Oktyabr

Samuxda zəlzələ olub

15:04
20 Oktyabr

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək

14:33
20 Oktyabr

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

13:04
20 Oktyabr

Şuşada 32 ildən sonra ilk körpə dünyaya gəlib

13:01
20 Oktyabr

Ağalı kəndinə köçürülən sakinlərdən 300-dən çoxunun məşğulluğu təmin edilib

12:59
20 Oktyabr

Kəlbəcərə və Laçına qar yağıb

11:42
20 Oktyabr

Energetiklər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

11:21
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!