26 Noyabr 2024 08:20
168
SİYASƏT
A- A+
Azərbaycan COP29-da tarixi nəticələr əldə etdi

Azərbaycan COP29-da tarixi nəticələr əldə etdi


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda - paytaxt Bakıda uğurlu sonluqla yekunlaşdı.


80 dövlət və hökumət başçısının iştirak etdiyi, 76 mindən çox iştirakçının qatıldığı COP29-un yüksək səviyyədə təşkil olunması, eləcə də iştirakçıların ölkəmiz, xalqımız, dövlətimiz haqqında yüksək fikir söyləmələri olduqca qürurvericidir. 

Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirən Azərbaycan Prezidenti "COP29-un iqlim diplomatiyasında dönüş nöqtəsi" olduğunu bildirdi. Artıq tarix yazmış COP29-un bütün bəşəriyyət üçün uğurla başa çatdığını qeyd edə bilərik. Bakıda keçirilən COP29-da bir çox vacib, uzun illər boyu həllini gözləyən məsələ ilə bağlı ortaq məxrəcə gəlindi. İnkişaf etməkdə olan ölkələr, kiçik ada dövlətləri, az inkişaf etmiş və Afrika ölkələrinin səbirsizliklə gözlədiyi  İtki və Zərər Fondunun tam işə salınması haqqında tarixi qərar qəbul olundu. Ən önəmlisi isə "Bakı Maliyyə Hədəfi" (Baku Finance Goal) ilə bağlı razılıq əldə olundu. Bu hədəf inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlər üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar səfərbər etməsini nəzərdə tutur. 

Azərbaycanın COP29-a sədrliyi  ilə aparılan intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi.

Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. Buraya əvvəlki 100 milyard dollar həcmində hədəfi üç dəfə üstələyən 300 milyard dollar həcmində yeni əsas maliyyə hədəfi daxildir.

COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev xüsusi olaraq vurğulamışdır: "Bakı Maliyyə Məqsədi bizim əldə edə biləcəyimiz ən yaxşı razılaşmadır. Geosiyasi parçalanmanın müşahidə edildiyi bir ildə bir çox insan Azərbaycanın buna nail ola biləcəyinə şübhə edirdi. Hamının razılaşa biləcəyinə şübhə ilə yanaşırdılar. Onlar hər iki məsələdə yanıldılar". 

COP29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on ilə yaxın davam edən gözləntiyə son qoydu. Müvafiq karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon dollara çata bilər. Onlar həmçinin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard dollar həcmində azaltmaq potensialına malikdirlər. 

COP29 İtki və Zərər Fondunu işə salmağa və fondun 2025-ci ildə maliyyə vəsaitini paylaşdırmağa hazırlanmasına müvəffəq oldu.

Bu irəliləyişlər Azərbaycan sədrliyinin çoxtərəfli iqlim fəaliyyətində ən mürəkkəb və mübahisəli vəzifələri yerinə yetirmək üçün aylarla davam edən intensiv diplomatiyası nəticəsində baş verdi. Qeyd edək ki, bu qərarlar 1,50C  məqsədinə çatmaq üçün vasitələrin təmin edilməsində xüsusi əhəmiyyətə malik addımlardır.

COP29 sədrliyi maliyyə, investisiya və ticarətin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək üçün BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını, çoxtərəfli iqlim fondlarını, özəl sektoru, vətəndaş cəmiyyətini, əsas koalisiyaları və digər maraqlı tərəfləri, həmçinin COP sədrlikləri və tərəfləri bir araya gətirdi. 150 tərəfdaş ölkənin təsdiq etdiyi hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim edildi. 75-dən çox hökumət və rəqəmsal texnologiya sənayesinin 1100-dən çox üzvü emissiyaları azaltmaq və iqlimə dayanıqlılığını gücləndirmək üçün rəqəmsal vasitələrdən istifadə edən bəyanatı təsdiqlədi. 8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edildi. Bu bəyanat çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edildi və  COP sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradıldı. Beş COP sədrliyi (COP26-dan COP30-a qədər) və ÜST baş direktoru iqlim gündəliyinə sağlamlığı daxil edərək və gələcək COP konfranslarında əsas element olaraq sağlamlığı təbliğ etdi. 

Qida və kənd təsərrüfatı sahəsində mövcud iqlim təşəbbüslərinin dağınıq mənzərəsini bir araya gətirən platforma fermerlərə dəstəyi daha əlçatan etmək və maliyyə mənbələrinə çıxışı asanlaşdırmaq məqsədi daşıyır. Şəhər iqlim maliyyələşdirilməsi sahəsində tərəfdaşlıq və əməkdaşlıq üçün BMT agentlikləri və hökumətlərarası təşkilatları, çoxtərəfli inkişaf bankları,  MCF-ləri, xeyriyyə təşkilatları və ikitərəfli donorları, o cümlədən şəhər ərazilərində iqlim fəaliyyəti və planlaması ilə bağlı çoxtərəfli yanaşma hazırlamaq niyyətində olan 40-dan çox tərəf və 160-dan çox ölkəni bir araya gətirir. 

60-dan çox hökumət turizm sektorunda emissiyaların azaldılması və dayanıqlılığın artırılması ilə davamlı turizm təcrübələrini təbliğ etməyə sadiqdir.

50-dən çox ölkə iqlim dəyişikliyinin su hövzələri və su ilə bağlı ekosistemlərə təsirinə qarşı mübarizə üçün inteqrasiya olunmuş yanaşmanı təqdim edən bəyanat imzaladı. 

COP29 sədrliyi şəffaflığın və İkiillik Şəffaflıq Hesabatlarının (BTR) əhəmiyyətinə xüsusi diqqət ayıraraq Bakı Şəffaflıq Platformasına start verib və tərəfləri hesabatları erkən təqdim etməyə çağırıb, nəticədə 31 dekabrdan əvvəl 11 tərəf və Avropa İttifaqı təqdimatlarını göndəriblər. Örnək olaraq sədrlik öz BTR-ni də təqdim edib.

Tərəflər resursları inkişaf etməkdə olan ölkələrə yönəldəcək və milli iqlim planlarının həyata keçirilməsi xərclərini azaldacaq 6-cı maddənin işə salınması istiqamətində irəliləyişə davam ediblər. Onlar etibarlı və şəffaf karbon bazarları üçün 6.4 maddəsi üzrə standartlarda razılığa gəliblər və milli iqlim planlarının həyata keçirilməsi və dayanıqlı inkişafın təşviqi məqsədilə qeyri-bazar yanaşmaları ilə beynəlxalq əməkdaşlığı asanlaşdıran 6.8-ci maddə üzrə danışıqları başa çatdırdılar. 

İtki və Zərər Fondunun 2025-ci ilə qədər maliyyə ayırmağa hazır olmasını təmin edərək, töhfə verən tərəflərin razılaşmalarını və vədlərini əldə edib, həmçinin Filippinlə ev sahibi ölkə müqaviləsinin imzalanması və Dünya Bankı ilə ev sahibi və qəyyumluq müqavilələri imzalanması təmin edilib. COP29 zamanı  ən böyük töhfə Avstraliya və İsveçdən gəlib. Bu günə qədər fonda ümumi töhfə 730 milyon ABŞ dollarını ötüb.

ABŞ, Çin, Aİ, BƏƏ, Böyük Britaniya, Braziliya, Kanada və Nigeriya daxil olmaqla, ölkələr bir araya gələrək və orqanik tullantılardan metanın azaldılmasına yönəlmiş siyasət qəbul etdiklərini açıqladılar.

Konfrans boyunca inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) iştirakı təmin olundu, onlara iqlim maliyyəsinə əlçatanlıq kimi əsas prioritet və narahatlıqlarını bildirmək üçün şərait yaradıldı.

Maliyyə, İnvestisiya və Ticarət Günündə iqlimin maliyyələşdirilməsi layihə və təşəbbüslərinə verilən vədlər 7,3 milyard dollar təşkil edib. Ən böyük dəstək Asiya İnkişaf Bankından (3,5 milyard dollar), Azərbaycanın bank sektorundan (1,2 milyard dollar), İsveç (760 milyon dollar) və Kanadadan (Kanada hökumətindən 1,5 milyard dollar və xeyriyyəçilikdən 290 milyon dollar) olub. Bu vəsaitlər buzlaqların, yaşıl taksonomiyaların və iqlim fəaliyyətinin təsirlərinə qarşı mübarizəyə investisiyalardır.

COP Atəşkəs Çağırışı 132 ölkə və 1,200-dən çox təşkilatın dəstəyini qazandı, habelə Bakı Sülh, Yardım və Bərpa Üçün İqlim Fəaliyyəti Çağırışı qəbul edildi.  

COP29-da İqlim İnvestisiya Fondu daha da artırıldı. Fonda ABŞ (325 milyon dollar), Almaniya (220 milyon dollar) və Böyük Britaniya (211 milyon dollar) tərəfindən əlavə töhfə verildi.

25 ölkə və Avropa İttifaqı öz enerji sistemlərində yeni açıq kömürün istifadəsini tamamilə dayandırmaqla bağlı milli iqlim planlarını təqdim etmə niyyətlərini açıqlayıblar və digərlərini də bu addımı atmağa çağırıblar.

Meksika 2050-ci ilə qədər xalis sıfır tullantılara dair öhdəliklərini elan etdi. Beləliklə, G20-nin bütün üzvləri xalis sıfır hədəfini öhdələrinə götürdülər.  

COP29-da  Yerli İcmalar və Yerli Xalqlar Platformasının Bakı İş Planı yaradıldı.

Böyük Britaniya hökuməti 239 milyon funt sterlinq (299 milyon ABŞ dolları) vəd edib: Böyük Britaniya hökuməti meşəçilik və meşə karbon bazarlarının inkişafına dəstək, dayanıqlı meşə müəssisələri üçün qarışıq maliyyə və UNFCCC-nin ölkələrə meşələri qorumağa kömək etməsi üçün 299 milyon dollar vəd edib.

Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək  

13:04
26 Noyabr

Sumqayıt Kimya Sənaye Parkının rezidenti yeni məhsul istehsalına başlayıb  

13:04
26 Noyabr

BMT: Ötən il dünyada 85 min qadın və qız öldürülüb  

13:02
26 Noyabr

Yaşar Güler: Azərbaycanla Ermənistan arasında sülh sazişi Qafqaz regionunda sabitliyi təmin edəcək  

13:01
26 Noyabr

DVX: Azərbaycanda ekoloji vergilərin yenilənməsi istiqamətində müzakirələr aparılır  

12:59
26 Noyabr

Dünyanın ən dəyərli futbol çempionatları açıqlanıb  

12:58
26 Noyabr

SOCAR ABŞ şirkəti ilə yataqların işlənmə planının optimallaşdırılmasını müzakirə edib  

12:22
26 Noyabr

Alimlər: Marsda milyardlarla il əvvəl isti su olub  

12:20
26 Noyabr

Formula 1-də debüt edəcək yeni komandanın adı rəsmən açıqlanıb  

12:00
26 Noyabr

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış edib  

11:59
26 Noyabr

Alimlər bəşər tarixində ən ölümcül günü müəyyən ediblər  

11:58
26 Noyabr

Xankəndidə oftalmoloji aksiya keçiriləcək  

11:54
26 Noyabr

İsveç əhalisinin əksəriyyəti qaçqınların qəbulunun azaldılması tərəfdarıdır  

11:36
26 Noyabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq  

11:14
26 Noyabr

Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam edir  

11:13
26 Noyabr

Mingəçevirdə zəlzələ olub  

10:47
26 Noyabr

Azərbaycan neftinin qiyməti ucuzlaşıb  

10:47
26 Noyabr

BMT “ASAN xidmət”i təşviq edəcək  

10:45
26 Noyabr

Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib  

10:19
26 Noyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb  

09:53
26 Noyabr

Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

09:50
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!