26 Noyabr 2024 08:05
142
SİYASƏT
A- A+
COP29-a layiqli evsahibliyi absurd ittihamlara ən tutarlı cavab oldu

COP29-a layiqli evsahibliyi absurd ittihamlara ən tutarlı cavab oldu


"Bakıda planetin üzləşdiyi ən ağrılı problemlərdən olan iqlim dəyişikliyinin nəticələri ilə mübarizəyə dair aktual məsələlərin müzakirə edildiyi bir vaxtda Lüksemburq Deputatlar Palatasının noyabrın 20-də Azərbaycanı əsassız ittihamlarla hədəfə alan qətnamə qəbul etməsi bu parlamentin reallıq hissini itirməsidir. Aktual dünya siyasətinin reallığından uzaq düşmüş Lüksemburq parlamentariləri məhz bu qlobal tədbirə evsahibliyi edən ölkəni yenidən şantaj etməklə məşğuldur".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib. Siyasətçi bildirib ki, Prezident İlham Əliyev çıxışında Liderlər Sammitinin açılış mərasimində və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində çıxışlarında səsləndirdiyi haqlı və cəsarətli fikirlərindən sonra qətnamədə dövlət başçısının hədəfə alınması gözlənilən idi. Əksinə, bu, faktlar qarşısında aciz qalanların cılızlığının nümayişidir. Müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqq səsinin Prezident İlham Əliyev tərəfindən belə mötəbər kürsüdən təkzibolunmaz faktlar əsasında səsləndirilməsi, təbii ki, bu işə məsuliyyət daşıyanları çox ciddi narahat edir. "Neomüstəmləkəçi qüvvələrin əlində alətə çevrilərək Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkibinə çevrilmək əvəzinə bu xalqların yanında olmaq Lüksemburq parlamentinə daha çox hörmət gətirərdi. Bu, təkcə ədalətin dəstəklənməsi deyil, həm də beynəlxalq hüquqa hörmətin nümayişi olardı. Ölkəmizə qarşı uzun illərdir qarayaxma kampaniyası aparan müxtəlif dairələrin istifadə etdiyi ayrı-ayrı mövzuların yenidən ittihamlar və tələblər formasında Lüksemburq parlamentinin qətnaməsində yer alması ölkəmizin daxili işlərinə kobud müdaxilə cəhdidir", - deyə deputat əlavə edib.

R.Nəbiyev qeyd edib ki, Azərbaycanda hüquqi dövlətçiliyin inkişafına qarşı yönələn absurd ittihamlara ən tutarlı cavab COP29 nümunəsindən götürülə bilər. Azərbaycanın "COP atəşkəsi" təşəbbüsünə 1200-dən çox təsisatın, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, nüfuzlu şəxsiyyətlərin qoşulması həm də ölkəmizdə vətəndaş cəmiyyətinin uğurlu inkişafının təqdir edilməsidir. Qlobal miqyasda və bütün coğrafi məkanlardan minlərlə təsisatı təmsil edən on minlərlə insanın ölkəmizdə fəaliyyəti bu absurd ittihamlara ən tutarlı cavabdır.

Deputat vurğulayıb ki, Lüksemburq parlamentinin qətnaməsi eyni zamanda Azərbaycanın suverenliyinə hörmətsizliyin nümayişidir: "Azərbaycanın Ermənistanın  30 illik işğalına son qoymasından sonra bölgədə yaranan və beynəlxalq hüquqa əsaslanan yeni reallıqları Lüksemburq parlamenti dərk etməkdə hələ də çətinlik çəkir. Otuz il müddətində Ermənistan tərəfindən pozulan və Lüksemburq tərəfindən heç vaxt gündəmə gətirilməyən beynəlxalq hüququn prinsipləri məhz Azərbaycan Prezidentinin uğurlu hərbi-siyasi və diplomatik kursu nəticəsində bərpa edildi, regionda sabitlik, uzunmüddətli sülhün təmini üçün unikal tarixi şərait yarandı".

Siyasətçi qeyd edib ki, barbar erməni işğalının nəticələrindən biri də Azərbaycanın ərazisinin 12 faizinin 1,5 milyon mina və digər partlamamış hərbi sursatla çirkləndirilməsidir. BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələrində də yer almış, işğal edilmiş ərazilərdən güc tətbiq edilərək qovulan və iztirablar yaşamış yüz minlərlə azərbaycanlı həm də bu səbəbdən həmin torpaqlara bu gün geri qayıda bilmir. Bu insanların haqları isə lüksemburqlu parlamentariləri heç vaxt düşündürməyib. 

R.Nəbiyev Lüksemburq parlamentinin reallıqların təhrif olunduğu birtərəfli qətnaməsini qəti şəkildə rədd edərək, onları obyektiv və ədalətli mövqe nümayiş etdirməyə çağırıb.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada Makronu xəyanətkar adlandırıblar  

13:37
26 Noyabr

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək  

13:04
26 Noyabr

Sumqayıt Kimya Sənaye Parkının rezidenti yeni məhsul istehsalına başlayıb  

13:04
26 Noyabr

BMT: Ötən il dünyada 85 min qadın və qız öldürülüb  

13:02
26 Noyabr

Yaşar Güler: Azərbaycanla Ermənistan arasında sülh sazişi Qafqaz regionunda sabitliyi təmin edəcək  

13:01
26 Noyabr

DVX: Azərbaycanda ekoloji vergilərin yenilənməsi istiqamətində müzakirələr aparılır  

12:59
26 Noyabr

Dünyanın ən dəyərli futbol çempionatları açıqlanıb  

12:58
26 Noyabr

SOCAR ABŞ şirkəti ilə yataqların işlənmə planının optimallaşdırılmasını müzakirə edib  

12:22
26 Noyabr

Alimlər: Marsda milyardlarla il əvvəl isti su olub  

12:20
26 Noyabr

Formula 1-də debüt edəcək yeni komandanın adı rəsmən açıqlanıb  

12:00
26 Noyabr

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış edib  

11:59
26 Noyabr

Alimlər bəşər tarixində ən ölümcül günü müəyyən ediblər  

11:58
26 Noyabr

Xankəndidə oftalmoloji aksiya keçiriləcək  

11:54
26 Noyabr

İsveç əhalisinin əksəriyyəti qaçqınların qəbulunun azaldılması tərəfdarıdır  

11:36
26 Noyabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq  

11:14
26 Noyabr

Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam edir  

11:13
26 Noyabr

Mingəçevirdə zəlzələ olub  

10:47
26 Noyabr

Azərbaycan neftinin qiyməti ucuzlaşıb  

10:47
26 Noyabr

BMT “ASAN xidmət”i təşviq edəcək  

10:45
26 Noyabr

Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib  

10:19
26 Noyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb  

09:53
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!