07 İyul 2026 12:07
1767
Səhiyyə
A- A+
Nazirlik rəsmisi: Tibb vasitələrinin təhlükəsizliyi bazarda olduqları müddətdə də nəzarətdə saxlanılır

Nazirlik rəsmisi: Tibb vasitələrinin təhlükəsizliyi bazarda olduqları müddətdə də nəzarətdə saxlanılır


Tibb vasitələrinin dövlət qeydiyyatı əhalinin sağlamlığının qorunması, bazara çıxarılan məhsulların təhlükəsizliyinin, keyfiyyətinin və effektivliyinin təmin edilməsi məqsədilə həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Tibb vasitələrinin qeydiyyat, ekspertiza və idxalı şöbəsinin müdir müavini Telli Əlizadə deyib.

O bildirib ki, Azərbaycanda tibb vasitələrinin dövlət qeydiyyatı Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Qeydiyyat prosesinin təşkili, müraciətlərin qəbulu, təqdim olunan sənədlərin ekspertizası və dövlət reyestrinin aparılması isə Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə daxildir. “Tibb vasitələrinin dövlət qeydiyyatı Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalara əsasən həyata keçirilir. Dövlət qeydiyyatı üçün istehsalçı, məhsulun təyinatı, texniki xüsusiyyətləri, təhlükəsizlik və effektivlik göstəriciləri, istifadə təlimatı, etiket nümunələri, uyğunluğun qiymətləndirilməsini təsdiq edən sənədlər, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş digər materiallar təqdim edilməlidir. Qaydaların tələblərinə uyğun olaraq təqdim olunan sənədlər ekspertizaya göndərilir. Bu mərhələdə sənədlərin tamlığı, düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğunluğu, həmçinin tibb vasitəsinin təhlükəsizlik, keyfiyyət və effektivlik göstəriciləri qiymətləndirilir. Qeydiyyat prosesinin mühüm mərhələlərindən biri isə riskəsaslı yanaşma əsasında aparılan laborator qiymətləndirmədir. Zəruri hallarda tibb vasitələrinin nümunələri laborator sınaqlara cəlb olunur və onların texniki göstəricilərə, təhlükəsizlik, keyfiyyət, funksionallıq və normativ tələblərə uyğunluğu yoxlanılır. Laborator sınaqların nəticələri sənəd ekspertizasının nəticələri ilə birlikdə qiymətləndirilir. Tibb vasitəsinin müəyyən edilən tələblərə cavab verdiyi təsdiqləndikdə, məhsul dövlət qeydiyyatına alınır, dövlət reyestrinə daxil edilir və Azərbaycanda qanunvericiliyə uyğun dövriyyəsinə və istifadəsinə icazə verilir. Bu mexanizm ölkədə istifadə olunan tibb vasitələrinin təhlükəsizliyinin təmin edilməsinə, pasiyentlərin sağlamlığının qorunmasına, həmçinin səhiyyə sistemində keyfiyyət və etibarlılıq standartlarının yüksəldilməsinə xidmət edir".

Telli Əlizadə vurğulayıb ki, qeydiyyata alınan tibb vasitələrinin təhlükəsizliyi, keyfiyyəti və effektivliyi bazarda olduqları müddət ərzində də nəzarətdə saxlanılır. Bu nəzarətin əsas məqsədi insan sağlamlığının qorunması, potensial risklərin vaxtında müəyyən edilməsi və zəruri tənzimləyici tədbirlərin görülməsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FİDE Rusiya şahmatçılarının Olimpiadada iştirakını qadağan etdi  

14:05
25 Avqust

"İstəklilər koalisiyası"nın Kiyev Sammiti: yeni paketlər, köhnə məsələlər  

14:02
25 Avqust

Laçın bu gün Vətənimizin ən gözəl guşələrindən biridir

13:50
25 Avqust

Krasnodarda PUA qalıqlarının düşməsi nəticəsində iki nəfər ölüb

12:58
25 Avqust

Sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq - PROQNOZ

12:41
25 Avqust

Qardaşlıq və əbədi dostluq nümunəsi: Bakı və Daşkənd arasında yeni ittifaq modeli

11:43
25 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir

11:30
25 Avqust

Vətəndaşlar DSMF-yə ən çox hansı məsələlərlə bağlı müraciət edirlər?

11:27
25 Avqust

Türkiyə XİN: ABŞ-nin Suriyanı terrorizmə dəstək verən ölkələr siyahısından çıxarmasını məmnuniyyətlə qarşılayırıq  

11:23
25 Avqust

Çempionlar Liqası: "Sabah" “Hapoel”lə cavab oyununa çıxır

11:01
25 Avqust

“Brent”in qiyməti 92 dollardan aşağı düşüb  

10:20
25 Avqust

Azərbaycan nefti 95,13 dollara satılır

10:01
25 Avqust

Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətləri yeni zirvələrə yüksəlir

09:20
25 Avqust

Neft bahalaşır

09:00
25 Avqust

Səsi xoşbəxtliyi, peşəsi taleyi idi

08:55
25 Avqust

Poeziyada yeri səhv düşməmişdi

08:50
25 Avqust

Paytaxtda axşam konsertləri davam edir

08:45
25 Avqust

Dünya səviyyəli müasir idman kompleksi - Milli Gimnastika Arenası

08:40
25 Avqust

Azərbaycanın yeni turizm strategiyası

08:35
25 Avqust

Dövlətə və xalqa xidmət amalının təcəssümü

08:30
25 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri Avrasiyanın yeni siyasi və iqtisadi arxitekturasını formalaşdırır 

08:25
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!