12 Avqust 2026 12:00
368
CƏMİYYƏT
A- A+
Naxçıvan regional inkişaf strategiyasının mühüm halqası kimi çıxış edir 

Naxçıvan regional inkişaf strategiyasının mühüm halqası kimi çıxış edir 


Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri muxtar respublikanın sosial-iqtisadi inkişafının yeni mərhələsini nümayiş etdirən mühüm layihə və təşəbbüslərlə yadda qaldı. Səfər çərçivəsində şəhərsalma, sosial rifah, nəqliyyat, sənaye, energetika, turizm, tarixi-mədəni irsin qorunması və təhlükəsizlik istiqamətlərində görülən işlər təqdim olundu. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid konsepsiya əsasında inkişafının vacibliyini, yeni idarəetmə modelinin tətbiqini, Zəngəzur dəhlizinin yaradacağı iqtisadi imkanları və muxtar respublikanın hərtərəfli tərəqqisini vurğuladı. Dövlətimizin başçısı, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğunu və Naxçıvanın hərbi potensialının daha da gücləndiriləcəyini bildirdi. Bu fikirlər göstərir ki, Naxçıvana yanaşma sadəcə daxili inkişaf çərçivəsi ilə məhdudlaşmır, muxtar respublika daha geniş regional inkişaf strategiyasının mühüm halqası kimi çıxış edir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelinin Naxçıvana da gətirilməsi ərazi idarəçiliyində çevikliyin və səmərəliliyin artırılmasına hesablanıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

O bildirib ki, bu strategiyanın şəhərsalma baxımından əsas dayağı Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plandır. Planın qarşıdakı illər üçün şəhərin inkişafını müəyyənləşdirməsi Naxçıvanın təsadüfi və pərakəndə deyil, uzunmüddətli və sistemli şəkildə inkişaf etdiriləcəyini göstərir. Əhalinin artaraq 130 min nəfər proqnozlaşdırılması, yaşayış fondunun genişləndirilməsi, yaşıllıq sahələrinin artırılması və velosiped infrastrukturunun yaradılması şəhərin daha müasir və rahat yaşayış məkanına çevrilməsini hədəfləyir. Baş Planın digər mühüm tərəfi Naxçıvanın tarixi kimliyinin müasir şəhərsalma ilə uzlaşdırılmasıdır. Şəhər mərkəzinin yenilənməsi, Naxçıvançay ətrafında yeni ictimai və rekreasiya məkanlarının yaradılması, yaşıllıqların artırılması şəhərin həm sakinlər, həm də turistlər üçün cəlbediciliyini yüksəldə bilər. Burada əsas məsələ müasir tikinti ilə tarixi şəhər mühitinin balansının qorunmasıdır. 518 mənzillik sosial ev kompleksinin təməlinin qoyulması da mühüm addımdır. Layihənin yalnız yaşayış binalarından ibarət olmaması, burada uşaq bağçası, xidmət obyektləri, yollar, yaşıllıqlar və mühəndis infrastrukturunun nəzərdə tutulması sosial mənzil siyasətinə kompleks yanaşmadan xəbər verir. Bu, yeni yaşayış məhəllələrinin insanların gündəlik ehtiyaclarını nəzərə alan formada qurulmasına imkan verəcək. Naxçıvan Regional DOST Mərkəzinin fəaliyyətə başlaması isə sosial xidmətlərin vətəndaşlara daha əlçatan olması baxımından əhəmiyyətlidir. 164 xidmətin “bir pəncərə” prinsipi ilə təqdim olunması xüsusilə sosial müdafiəyə ehtiyacı olan şəxslər üçün vaxt və resurs itkisinin qarşısını almağa imkan verəcək.

Deputat qeyd edib ki, Naxçıvanın gələcək inkişafında iqtisadi amil də xüsusi yer tutur. 310 hektarlıq Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikanın iqtisadi strukturunda sənayenin rolunun artırılması məqsədi daşıyır. Parkın fəaliyyəti yeni müəssisələrin yaradılmasına, investisiyaların cəlb edilməsinə və yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Bu baxımdan sənaye parkı Naxçıvanın yalnız inzibati və istehlak mərkəzi deyil, həm də istehsal məkanı kimi mövqeyinin gücləndirilməsinə xidmət edəcək.

Bu iqtisadi strategiyanın ən böyük potensiallarından biri isə nəqliyyat imkanlarıdır. Zəngəzur dəhlizinin reallaşması Naxçıvan üçün tamamilə yeni iqtisadi perspektivlər aça bilər. Energetika sahəsində həyata keçirilən “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyaları Naxçıvanın bərpaolunan enerji potensialının reallaşdırılması baxımından diqqət çəkir. Günəş enerjisinin payının artırılması enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, təbii qaz istehlakının və karbon emissiyalarının azalmasına imkan yaradacaq. Naxçıvanın günəşli iqlimi nəzərə alınarsa, bu sahədə gələcəkdə daha böyük layihələrin həyata keçirilməsi üçün də potensial mövcuddur.

“Səfər çərçivəsində təqdim olunan layihələrə ayrı-ayrılıqda deyil, bir-birini tamamlayan proses kimi yanaşmaq lazımdır. Baş Plan şəhərsalma çərçivəsini, sosial layihələr insanların yaşayış şəraitini, sənaye parkı iqtisadi bazanı, dəmir yolu və Zəngəzur dəhlizi logistika imkanlarını, Günəş stansiyaları enerji təminatını, tarixi abidələrin bərpası isə mədəni-turizm potensialını formalaşdırır. Bu mənada Prezidentin Naxçıvana səfərinin əsas mesajı Naxçıvanın yeni inkişaf modelinin kompleks xarakter daşımasıdır. Qarşıdakı illərdə muxtar respublikanın həm daha rahat yaşayış məkanına, həm istehsal və investisiya mərkəzinə, həm də mühüm nəqliyyat və turizm qovşağına çevrilməsi üçün əsaslar yaradılır”, - deyə N.Aslanov nəzərə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

23:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB

23:52
23 Avqust

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

23:49
23 Avqust

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23:49
23 Avqust

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar  

22:52
23 Avqust

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

22:51
23 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

21:47
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

21:39
23 Avqust

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir

21:27
23 Avqust

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli 

21:17
23 Avqust

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur  

21:12
23 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir  

21:07
23 Avqust

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub 

21:03
23 Avqust

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir  

20:57
23 Avqust

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli 

20:51
23 Avqust

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb  

20:50
23 Avqust

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

20:47
23 Avqust

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

20:45
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!