03 Noyabr 2025 14:14
2213
Elm və texnika
A- A+
Naxçıvan Dövlət Universitetində “İnkişaf və innovasiyalar: Süni intellekt və maşın öyrənməsi” adlı I Beynəlxalq elmi-praktik konfrans keçirilib  

Naxçıvan Dövlət Universitetində “İnkişaf və innovasiyalar: Süni intellekt və maşın öyrənməsi” adlı I Beynəlxalq elmi-praktik konfrans keçirilib  


Oktyabrın 30-da Naxçıvan Dövlət Universitetində “İnkişaf və innovasiyalar: Süni intellekt və maşın öyrənməsi” adlı I Beynəlxalq elmi-praktik konfransın açılış tədbiri olub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfrans Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan Texniki Universiteti (AzTU), Mingəçevir Dövlət Universiteti (MDU), Özbəkistanın Daşkənd Dövlət Texniki Universiteti, Malayziyanın Asya Pasifik Üniversitetinin və Pakistanın Milli Elm və Texnologiya Universitetinin birgə təşkilatçılığı, bir sıra xarici və respublika universitetlərinin iştirakı ilə hibrid formada keçirilib.

İki gün davam edəcək konfransın əsas məqsədləri süni intellekt və maşın öyrənməsi sahəsindəki ən son tədqiqat və texnoloji yenilikləri təqdim etmək, müxtəlif sahələrdə real tətbiq nümunələrini nümayiş etdirməkdir. Eləcə də konfrans məlumatın keyfiyyəti, modelin izah edilə bilməsi, miqyaslana bilməsi kimi əsas məsələləri araşdırmaq, süni intellekt dövründə inkişafı dəstəkləmək üçün akademiya, sənaye və hökümət arasında əməkdaşlığı təşviq etməyə hədəflənib.

Açılış nitqi ilə çıxış edən NDU-nun rektoru Elbrus İsayev konfransı aktual və müzakirəsi zəruri olan süni intellekt yönündə tədqiqatçıları, sahə mütəxəssislərini, alimləri bir araya toplayan mühüm beynəlxalq forum adlandırıb. Rektor  rəhbərlik etdiyi ali təhsil ocağının strateji inkişaf planında  kadr potensialının təkmilləşdirilməsində ixtisasları gələcəyin bacarıqları ilə zənginləşdirmək və yeni ixtisaslar açmaq prioritetlərinin olduğunu bildirib.  NDU-da ilin əvvəlində robot moderator qadının təqdimatında “Süni intellekt: nəzəriyyədən praktikaya” II Beynəlxalq elmi konfransı keçirildiyini xatırladıb, eləcə də universitetdə tədris olunan ixtisaslarda süni intellektin seçmə fənn olaraq şaxələndirildiyini qeyd edib. Rektor “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə NDU–da İnnovasiyalar Mərkəzinin açılışına diqqət çəkib və  müxtəlif innovativ layihələrin həyata keçirildiyini vurğulayıb. Dünyanın Texnologiya lideri olan IBM-lə NDU arasında əməkdaşlıq müqaviləsinə əsasən istifadəyə verilən IBM Mərkəzi, hazırda tikintisi davam edən Texnologiyalar Parkı haqqında məlumat verib. Rektor irəlidə IBM İnstitutunun, tələbələrin IBM sertifikatı əsaslı təlimlərdə iştirakının,  Kulturologiya Mərkəzinin də yaradılmasının planlaşdırılan tədbirlər sırasında olduğunu qeyd edib.

AzTU-nun rektoru Vilayət Vəliyev çıxış edərək vurğulayıb ki, konfrans qlobal əhəmiyyətli mövzuya həsr olunub, 13 ölkədən 200-ə yaxın məqalə daxil olub. İlkin mərhələdə 135 məqalə seçilib, bu məqalələr dəyərləndirildikdən sonra müxtəlif beynəlxalq elmi platformalarda çap olunacaq. Vilayət Vəliyev vurğulayıb ki, konfransda geniş coğrafiyadan iştirakçılar var və tədbirin uğurla təşkili də böyük məsuliyyət, həmçinin peşəkarlıq tələb edir. Bu mənada Naxçıvan Dövlət Universitetinin belə mühüm tədbirə ev sahibliyi təqdirəlayiqdir. Çünki, süni intellekt və maşın öyrənməsi yalnız avtomatlaşdırmanı və qərarvermə proseslərini təkmilləşdirmir, eyni zamanda insanların məlumatlarla, sistemlərlə və bir-birləri ilə qarşılıqlı əlaqə qurma tərzini də dəyişdirir. Vilayət Vəliyev:  “Mühüm akademik dəyərləndirmələri bir araya toplayan konfrans süni intellekt yönündə yeni təşəbbüslərin də ortaya çıxmasına imkan verən olduqca önəmli patformadır”- deyə, qeyd edib.

Düzcə Universitetinin rektoru Nedim Sözbir konfransda iştirakdan məmnunluğunu ifadə edib, burada yeni ideyaların paylaşılması, problemlərin müzakirəsi və mühüm yeniliklərin təşviqi yönündə önəmli fikirlər səslənəcəyinə əminliyini bildirib. Səhiyyə, təhsil, nəqliyyat, istehsalat və maliyyə kimi müxtəlif sahələrdə hər gün yeni layihələrlə həyatımıza daxil olan süni intellektə dair ali təhsil ocaqlarında belə tədbirlərin keçirilməsini günün tələbi olduğunu söyləyib.

MDU-nun rektoru Anar Eminov çıxışında Naxçıvan Dövlət Universitetinin süni intellektlə bağlı maarifləndirmə işində ölkədə nümunəvi ali təhsil müəssisələrindən olduğunu vurğulayıb, konfransın tədqiqatçıların bilik və təcrübələrini bölüşməsi, yeni tədqiqat istiqamətlərinin təməlinin qoyulması baxımından olduqca əhəmiyyətli tədbir olduğunu deyib. Təqdim olunan məqalələri tədqiqatlar aparmaq, kadrlar hazırlamaq, süni intellekt ekosisteminin formalaşmasına dəstək olmaq baxımından əsaslı mənbə olacaqlarını bildirib.

 Daha sonra Pakistanın Milli Elm və Texnologiya Universitetinin prorektoru Osman Həsən “Süni intellekt sistemləri vasitəsilə neyromorfik davamlı öyrənmə üçün effektiv təkrar yaddaşa əsaslanan metodologiya”, Budapeşt Korvinus Universitetinin Maliyyə İnstitutunun direktoru Kata Varadi “Mürəkkəb svop opsionlarının qiymətləndirilməsində süni intellektdən istifadə”, Belarusiya Dövlət İnformatika və Radioelektronika Universitetinin kafedra müdiri Boiprav Olga “Materialların mikrodalğadan qorunma effektivliyini proqnozlaşdırmaq üçün fizika-əsaslı neyron şəbəkələrə əsaslanan müasir yanaşma” mövuzlarında çıxış ediblər. Səsləndirilən fikirlərdə natiqlər məlumat mübadiləsindən əlavə olaraq, daha ağıllı, daha səmərəli və daha inklüziv rəqəmsal gələcək qurmağa töhfə verəcək uzunmüddətli tərəfdaşlıqlara və innovativ fikirlərə ilham verməyi əsaslandıran çağırışlara diqqət çəkiblər. 

Sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib, qonaqlar NDU-da İnnovasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, günün ikinci yarısından etibarən bu gün və sabah davam edəcək plenar iclaslar başlanıb.

Kifayət Mahmudova

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!