04 Dekabr 2025 16:41
3041
Elm və texnika
A- A+
Süni intellekt insanlara məsləhət verməkdə uğurlu sayıla bilməz

Süni intellekt insanlara məsləhət verməkdə uğurlu sayıla bilməz


Süni intellektdən istifadənin etik çərçivələri bu gün artıq qlobal çağırışdır. Süni intellektdən istifadə etmək cəmiyyət həyatının bütün sahələrində müəyyən praqmatik əhəmiyyətə malikdir. Lakin süni intellektdən istifadə zamanı bəzi məsələlər nəzərə alınmalıdır. Təsadüfi deyil ki, ölkəmizdə süni intellektlə bağlı Strategiya qəbul edilib. Həmin sənəddə qeyd olunur ki, süni intellektdən istifadə və etik çərçivələr gözlənilməlidir. Süni intellektdən istifadə zamanı hüquqi məsuliyyət məsələləri gözlənilməlidir və təhlükəsizlik təhdidləri nəzərə alınmalıdır.

Bunu AZƏRTAC-a açıqlamasında sosial məsələlər üzrə ekspert, sosioloq Üzeyir Şəfiyev deyib. Onun sözlərinə görə, bəzən süni intellektdən istifadə edərək cəmiyyətdə mənəvi, əxlaqi dəyərlərimizi, ailə institutlarımızı aşağılamaq cəhdləri olur: “İstifadəçilər bilməlidirlər ki, bu, hüquqi məsuliyyət yaradır. Amma bütövlükdə süni intellektdən həm təhsil, həm karyera, həm də işgüzar münasibətlərdə istifadə olunur. Şübhəsiz ki, süni intellekt də insanın yaratdığı bir proqram sistemidir və heç bir texnologiya insandan üstün ola bilməz. Süni intellektdə nə qədər funksionallıq olsa belə, insanı əvəz edə bilməz. Süni intellektdə empatiya, duyğu və bir sıra digər məziyyətlər yoxdur. Amma bununla yanaşı, süni intellekt insanlara bu və ya digər sahələrdə kömək edir. Bəzən insanlar süni intellektdən həddindən artıq istifadə etmək istəyir və hətta şəxsi, özəl həyatlarında məsləhətlər alırlar. Bu istiqamətdə onlar səhvə yol verirlər. Çünki süni intellekt alqoritm əsasında fəaliyyət göstərir və ümumi informasiya bankına malikdir və insanlara məsləhət verməkdə uğurlu sayıla bilməz”.

Sosioloq bildirib ki, informasiya, data ilə bağlı məlumatları isə süni intellektdən almaq olar. Ancaq onun da bilgisi informasiya bankına topladığı informasiya deposundan asılıdır: “Güman edirəm ki, süni intellekt daim təkmilləşir. Bu təkmilləşmə, təbii ki, insanların verdiyi informasiyalar sayəsində olur. İnsanlar özlərini qorumalıdırlar ki, onların ötürdüyü informasiya, onlarla bağlı məlumat və şəxsi məlumatlar, bilgilər süni intellekt tərəfindən ələ keçməsin və onlara qarşı təhdidlər yaranmasın”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Prezidenti: Biz İrandakı bütün qüvvələri tamamilə məhv etdik

09:24
10 Mart

NYT: İran ABŞ-nin gözlədiyindən daha çox hərbi əməliyyata hazırdır

09:22
10 Mart

Donald Tramp Rusiya Prezidentinə zəng edib YENİLƏNİB

09:14
10 Mart

Tramp: İranla müharibə demək olar ki, başa çatıb

23:39
09 Mart

Prezident Ərdoğan: İranın qardaş ölkələrimizi hədəf almasını dəstəkləmirik  

22:48
09 Mart

Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"a məğlub olub

22:47
09 Mart

Komitə sədri: Qadın və qızların hüquqları insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir  

22:47
09 Mart

Qətər Silahlı Qüvvələri İranın 17 raket və 6 pilotsuz uçuş aparatını ələ keçirib

22:45
09 Mart

Bahar Muradova: TDT-yə üzv ölkələr əsas insan hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər  

22:36
09 Mart

Putin neftin qiymətləri və Hörmüz boğazındakı risklər barədə danışıb

22:34
09 Mart

BƏƏ-də helikopterin qəzaya uğraması nəticəsində ölənlər var

22:21
09 Mart

Ukrayna-Rusiya-ABŞ üçtərəfli görüşü növbəti dəfə təxirə salınıb

22:19
09 Mart

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikan Apostol Kitabxanası ilə tanış olub

22:16
09 Mart

JIVA-nın “Avroviziya 2026” üçün “Just Go” mahnısı təqdim olunub 

22:01
09 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:53
09 Mart

Dünya bazarında neft 25 faiz bahalaşdı - "Böyük yeddilik" təcili toplanır

21:37
09 Mart

Naxçıvana səfər edən sərnişin: Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı

21:08
09 Mart

Misli Premyer Liqası: "Kəpəz" "Zirə"dən xal alıb

20:59
09 Mart

“JP Morgan”: ABŞ və İsrail Xarq adasını ələ keçirsə, neft böhranı dərinləşəcək

20:56
09 Mart

Bakı-Naxçıvan aviareysinin sərnişini: Prezidentimizə Naxçıvana göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarıq

20:33
09 Mart

Prezident Ərdoğan: Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəyik  

20:25
09 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!