03 Dekabr 2025 12:25
3325
Elm və texnika
A- A+
Azərbaycanlı məktəblilərin hazırladığı peyk kosmosa göndərilib  

Azərbaycanlı məktəblilərin hazırladığı peyk kosmosa göndərilib  


Azərbaycanlı məktəblilərin hazırladığı ilk peyk Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr Bazasından “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə uğurla orbitə göndərilib.

AZƏRTAC xəbər verir ki, “AZCON Holdinq”in şirkətlərindən olan “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın “Milli Peyk İnnovasiya” müsabiqəsi çərçivəsində 7–9-cu sinif şagirdləri tərəfindən hazırlanan bu kiçik ölçülü - “PocketQube” tipli peyk artıq kosmosdadır.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov çıxışında bildirib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfərin 5 illiyinə həsr olunan bu peykin adı da “Azərbaycanın Zəfəri”dir: “Bu qürurverici layihə ölkənin təhsil və innovasiya ekosistemində tarixi dönüş nöqtəsi hesab olunur. Azərbaycanın 41 məktəbindən 672 şagirdin iştirak etdiyi proqram regionda məktəblilər arasında həyata keçirilən ən geniş kosmik təşəbbüslərdən biri kimi qeyd olunur”.

Zəfər peyki 297 nömrəli məktəbin şagirdləri tərəfindən hazırlanıb. Layihə gənc nəsildə vətənpərvərlik ruhunu, yaradıcı düşüncəni və texnoloji marağı birləşdirən hadisə kimi dəyərləndirilir.

“Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov bildirib ki, bu nailiyyət ölkənin gələcəyinə edilən mühüm sərmayədir: “Şagirdlərə real kosmik avadanlığı dizayn edib sınaqdan keçirmək və orbitə göndərmək imkanı yaratmaqla biz gələcəyin kosmik mütəxəssislərini yetişdiririk. Bu məktəbli layihəsi ölkəmizdə artıq 15 ildir ki, formalaşmış müasir kosmik ekosistemin bəhrəsidir. Bu gün bizim məktəblilər kosmosa yalnız peyk deyil, öz arzularını da göndərdilər. Bu uğur Azərbaycanın təhsil sahəsinə edilən investisiyanın real texnoloji nəticələrə çevrildiyini göstərir”.

Peyk üzərində çalışan şagirdlər bir neçə ay ərzində kosmik mühəndisliyin əsaslarını öyrənib, elektronika komponentləri ilə işləyib, simulyasiyalar aparıb və kiçik-ölçülü peyki mütəxəssislərin rəhbərliyi ilə yığıblar. Bu layihə ölkənin inkişaf edən STEAM (Science – Elm, Technology – Texnologiya, Engineering – Mühəndislik, Art – İncəsənət, Mathematics – Riyaziyyat) ekosistemi üçün yeni mərhələ açır və Azərbaycanın tarixində ilk dəfə peykin tam şəkildə məktəblilər tərəfindən hazırlanması ilə yadda qalır.

Qeyd edək ki, Milli Peyk Innovasiya Müsabiqəsi KOSMİK Akademiyanın, Braziliya Kosmik Agentliyi və "IDEIA Space" şirkətinin birgə təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilib.

“Azərbaycanın Zəfəri” peykimiz orbitdə baza sınaqlarını həyata keçirəcək, telemetriya məlumatları toplayacaq və şagirdlərə buraxılışdan sonra da peyk əməliyyatları üzərində real təcrübə əldə etmək imkanı verəcək.

Bu buraxılış “Azərkosmos”un yerli istedadların inkişafına, gənclərin innovativ təşəbbüslərinə və dayanıqlı milli kosmik ekosistemin qurulmasına yönəlmiş fəaliyyətinin növbəti mərhələsini təşkil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Prezidenti: Biz İrandakı bütün qüvvələri tamamilə məhv etdik

09:24
10 Mart

NYT: İran ABŞ-nin gözlədiyindən daha çox hərbi əməliyyata hazırdır

09:22
10 Mart

Donald Tramp Rusiya Prezidentinə zəng edib YENİLƏNİB

09:14
10 Mart

Tramp: İranla müharibə demək olar ki, başa çatıb

23:39
09 Mart

Prezident Ərdoğan: İranın qardaş ölkələrimizi hədəf almasını dəstəkləmirik  

22:48
09 Mart

Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"a məğlub olub

22:47
09 Mart

Komitə sədri: Qadın və qızların hüquqları insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir  

22:47
09 Mart

Qətər Silahlı Qüvvələri İranın 17 raket və 6 pilotsuz uçuş aparatını ələ keçirib

22:45
09 Mart

Bahar Muradova: TDT-yə üzv ölkələr əsas insan hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər  

22:36
09 Mart

Putin neftin qiymətləri və Hörmüz boğazındakı risklər barədə danışıb

22:34
09 Mart

BƏƏ-də helikopterin qəzaya uğraması nəticəsində ölənlər var

22:21
09 Mart

Ukrayna-Rusiya-ABŞ üçtərəfli görüşü növbəti dəfə təxirə salınıb

22:19
09 Mart

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikan Apostol Kitabxanası ilə tanış olub

22:16
09 Mart

JIVA-nın “Avroviziya 2026” üçün “Just Go” mahnısı təqdim olunub 

22:01
09 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:53
09 Mart

Dünya bazarında neft 25 faiz bahalaşdı - "Böyük yeddilik" təcili toplanır

21:37
09 Mart

Naxçıvana səfər edən sərnişin: Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı

21:08
09 Mart

Misli Premyer Liqası: "Kəpəz" "Zirə"dən xal alıb

20:59
09 Mart

“JP Morgan”: ABŞ və İsrail Xarq adasını ələ keçirsə, neft böhranı dərinləşəcək

20:56
09 Mart

Bakı-Naxçıvan aviareysinin sərnişini: Prezidentimizə Naxçıvana göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarıq

20:33
09 Mart

Prezident Ərdoğan: Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəyik  

20:25
09 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!