19 Oktyabr 2024 01:47
297
CƏMİYYƏT
A- A+
Narkomaniya ilə mübarizə istiqamətində silsilə tədbirlər keçirilir

Narkomaniya ilə mübarizə istiqamətində silsilə tədbirlər keçirilir


Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, "Azərbaycan Televiziyası və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirilir. 

Tədbirlər Planı çərçivəsində oktyabrın 16-da İmişli, 17-də Bərdə, 18-də isə Qazax rayonlarında tədbirlər olub. 

Tədbirlərdə müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

İmişli rayonunda "Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir" mövzusunda keçirilən tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, İmişli Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini, RİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Mirzə Quliyev,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov, Bərdə rayonunda "Mənəvi və fiziki sağlamlıq gələcəyimizin qarantıdır" mövzusunda keçirilən tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov, Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin məsləhətçisi, RİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Natiq Səfərov, Qazax rayonunda "Milli-mənəvi dəyərlərimiz sərhəd tanımayan təhlükəyə qarşı ən güclü silahdır" mövzusunda keçirilən tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Qazax  rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər. 

Çıxışlarda narkomaniyaya qarşı sistemli mübarizənin vacibliyindən və bu istiqamətdə maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs olunub. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nda maarifləndirmə məsələlərinə xüsusi yer və önəm verildiyi diqqətə çatdırılıb. 

Gənclərin çoxsaylı sualları cavablandırılıb, tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təşviqi məqsədilə əyani vəsaitlər paylanıb.


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media nümayəndələri Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olublar

01:48
19 Oktyabr

Baş prokuror Vyanada işgüzar səfərdədir

01:48
19 Oktyabr

Narkomaniya ilə mübarizə istiqamətində silsilə tədbirlər keçirilir

01:47
19 Oktyabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi AZ-MLSPP-428950-GO-RFB Müqavilə barədə bildiriş

01:44
19 Oktyabr

Ministry of Labor and Social Protection of Population / Employment Support Project AZ-MLSPP-428950-GO-RFB AWARD NOTICE

01:41
19 Oktyabr

Kubanın enerji sistemi sıradan çıxıb

23:52
18 Oktyabr

Azərbaycan Premyer Liqası: "Kəpəz" - "Qarabağ" - 0:5  

23:51
18 Oktyabr

Orta illik inflyasiyanın 2028-ci ildə 3,8 faiz olacağı gözlənilir  

23:18
18 Oktyabr

“AzerGold”da hasilatın pay bölgüsü haqqında Saziş üzrə yeni Rəhbər komitənin ilk iclası keçirilib  

23:17
18 Oktyabr

İstanbulda XİN rəhbərlərinin “3+3” formatında görüşündə birgə Bəyanat qəbul edilib

23:06
18 Oktyabr

Energetika naziri Göygöldə vətəndaşlarla görüşüb

21:57
18 Oktyabr

Ferqus Auld: Azərbaycan son 33 ildə bir dövlət kimi böyük inkişafa nail olub

21:48
18 Oktyabr

Azərbaycan və Ermənistan sülh müqaviləsinin bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər

21:09
18 Oktyabr

Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib  

20:40
18 Oktyabr

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 13 %-ə yaxın artırıb  

20:36
18 Oktyabr

Türkiyə Prezidenti xalqımızı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

20:31
18 Oktyabr

Xaçmazda ekoloji aksiya: İki ay ərzində 30 min ağac əkiləcək

20:31
18 Oktyabr

Lavrov: Rusiya, Türkiyə və İran sülh sazişi üzərində işi başa çatdırmaq üçün İrəvan və Bakıya “3+3” platformasından istifadəni təklif ediblər

20:23
18 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Bərdədə vətəndaşları qəbul edib

20:23
18 Oktyabr

Baydenin biabırçı mirası uzun illər ABŞ-nin üzərində damğa olacaq

20:16
18 Oktyabr

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə edilib YENİLƏNİB

20:16
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!