31 Oktyabr 2024 09:05
1262
Mədəniyyət
A- A+
"Muğam bizə daha doğmadır"

"Muğam bizə daha doğmadır"


Rəvan Qaçayevin ən böyük arzusu Məcnun obrazını canlandırmaqdır


"Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilən Muğam Televiziya Müsabiqəsi zamanı istedadlı gənc xanəndələr kəşf olunur. Bu müsabiqəyə qatılan ifaçılar ustadların qarşısında çıxış edir, özlərini inkişaf etdirmək və tanıtdırmaq şansı  qazanırlar. Sonra da həmin gənclər fəaliyyətlərini muğam sahəsində davam etdirirlər. Bu müsabiqə bizlərə yeni imkanlar yaratdı, həm ölkədə tanındıq, həm də gələcək uğurlarımıza bir vəsilə oldu. Fondun kollektivinə, şəxsən mədəniyyətin, sənətin hamisi, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya, müsabiqənin təşkilində zəhmət çəkənlərə sonsuz təşəkkürümüzü bildiririk!" 

VII Muğam Televiziya Müsabiqəsinin qaliblərindən biri, "Səs Azərbaycan. Doğma nəğmələr" müsabiqəsinin finalçısı, istedadlı xanəndə Rəvan Qaçayev bizimlə söhbətinə yaradıcı gəncləri daim diqqətdə saxlayan dövlətimizin rəhbərliyinə minnətdarlıqla başlayır. İstedadlı sənətçi musiqinin müxtəlif janrlarında - muğam, aşıq mahnıları və estradada sevilən ifalar təqdim edib. Hansına daha çox üstünlük verdiyi və gələcəkdə həmin istiqamətdə püxtələşəcəyi sualına isə cavab verməkdə çətinlik çəkir: "Sözün düzü, bu sualın cavabını hələ tam dəqiqləşdirə bilməmişəm. Hər üç janrda özümü sınamışam və düşünürəm ki, uğurlu alınıb. Seçimdə həmişə  tərəddüd etsəm də, muğam bizlərə daha doğmadır. Muğam bəşərin bütün emosiyalarını ifadə edir. Muğamda bütün duyğular əks olunub. Sakitlik, həyəcan, sevinc və digər hissləri özündə birləşdirən muğamın gözəlliklərini saymaqla bitməz. Mənə görə muğam başdan-başa insanın yaşantılarını əks etdirir".

Rəvan əslən qarabağlıdır, Şamaxıda musiqiçi ailəsində dünyaya göz açıb. Bu sənətə marağı da elə ailədə yaranıb. Atası qarmon ifaçısı olub. Qohumları və yaxınları arasında tanınmış musiqiçilər, aşıqlar var. Onlardan Aşıq Mahmud Ələsgəroğlu, Aşıq Əvəz Hacıyev, Abgül Mirzəliyev, Camal Dadaşov, Aşıq Vüqar Mahmudoğlu və başqalarının adını çəkir. İlk müəllimi də atasıdır: "Bir gün evdə zümzümə edən zaman atam dinlədi və həmin gündən bəri daim mənimlə məşğul oldu. Özümün də musiqiyə həvəsim çox idi. Əvvəlcə kiçikhəcmli muğamları, dərslik üçün başlanğıc sayılan "Bayatı-kürd" muğamını öyrənməyə başladım. Sonra V sinifdə təhsil alanda çox gözəl xanəndə, dəyərli pedaqoq Sabir Abdullayevlə birlikdə hazırlaşdıq. Onun sayəsində artıq üç muğamı tam formada öyrənmişdim. Yaşım bir az artdıqdan sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Əməkdar müəllim Qəzənfər Abbasovun dərslərinə qatıldım. Musiqi həyatım da elə məhz buradan başladı".

R.Qaçayev kiçik yaşlarından bir çox ölkədaxili və beynəlxalq müsabiqələrdə iştirak edib. Müsabiqələrin birində isə çox maraqlı bir hadisə ilə qarşılaşıb: "2010-cu ildə xarici ölkələrdən birinə gedəndə elə oldu ki, tədbirimiz kilsədə keçirildi. "Buta" adlı layihə çərçivəsində tədbirdə mənə yaxınlaşıb azanı bilib-bilmədiyimi soruşdular. Bizdə ailədə hər kəs dinə bağlı olduğu üçün mən də azanı mənimsəmişdim. Xahiş etdilər ki, azan oxuyum. Son dərəcə həvəslə oxudum və hər kəs tərəfindən böyük maraqla qarşılandı. Tədbirdə vurğulandı ki, belə bir hadisə tarixdə ilk dəfə yaşanır. Həmin tədbirdə Xalq artisti Elşən Mansurov, Əməkdar artistlər Ehtiram Hüseynov, Arzu Əliyeva və Növrəsli qardaşları da iştirak edirdilər".

Muğam müsabiqələri zamanı da maraqlı hadisələr çox olub: "Mənim üçün ən yaddaqalan isə müsabiqənin finala keçid həftəsində yaşadığım an idi. Həmin gün çox həyəcanlı idim və səhnəyə çıxıb "Dəşti" muğamını oxudum. Bu, uğurlu ifa oldu. "Dəşti"ni Azərbaycanda dəsgah şəklinə salan ustad Əlibaba Məmmədov bunu yüksək qiymətləndirdi. Tamaşaçıların alqışları, münsiflər heyətinin xoş sözləri hələ də qulaqlarımdadır. Deyə bilərəm ki, həmin gün mənim sənət həyatımda unudulmayacaq tarixi an yaşandı".

Rəvan lap kiçik yaşlarından evdə atasının məsləhəti ilə Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Ağabala Abdullayev, Rübabə Muradova, Hacıbaba Hüseynov, Qədir Rüstəmov, Alim Qasımov, Şövkət Ələkbərova kimi sənətkarların lent yazılarını dinləyib. Bu ölməz sənətkarlarımızın məlahətli səsləri uşaq qəlbində yeni ovqat yaradıb, bir növ ruhunun qidasına çevrilib. Ən böyük arzusu isə Opera və Balet Teatrında hansısa bir rolu oynamaqdır: "Fikrimcə, rolun böyüyü, kiçiyi olmur. Bir obrazı səhnədə peşəkar formada nümayiş etdirmək daha önəmlidir. Təbii ki, arzum səhnədə Məcnun rolunu canlandırmaqdır. Düşünürəm ki, özümü düzgün istiqamətdə formalaşdırmaq üçün daim çalışmalıyam". Gənc və istedadlı xanəndəyə  sənətdə daha böyük zirvələrin fəthini arzulayırıq! 


Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

Bakıda Sudanın müstəqilliyinin 69-cu ildönümü qeyd olunub  

15:43
01 Yanvar

Yeni ilin ilk günü Ukraynaya kütləvi hava hücumu olub, Kiyevdə ölənlər və xəsarət alanlar var  

15:09
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!