06 Noyabr 2024 13:00
332
CƏMİYYƏT
A- A+
Moskvada COP29-a həsr olunmuş forum keçirilir  

Moskvada COP29-a həsr olunmuş forum keçirilir  

Moskvada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına – COP29 həsr olunmuş forum keçirilir.

AZƏRTAC xəbər verir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində (MDBMİ) keçirilən forumun birinci günündə iqlim dəyişikliyinin qlobal problemləri və iqlim dəyişikliyi şəraitində biomüxtəlifliyin qorunması mövzusu müzakirə olunub, iqlim mövzularına dair çoxtərəfli danışıqlar modeli hazırlanıb.

Tədbirdə çıxış edən MDBMİ-nun Beynəlxalq Ticarət və Dayanıqlı İnkişaf İnstitutunun direktoru Vladimir Salamatov bildirib ki, forumda Bakıda keçiriləcək COP29 konfransı modelləşdirilir: “Biz bu forumda iqlim dəyişikliklərinin qarşısının alınmasından danışacağıq. Bir neçə gün sonra Bakıda işə başlayacaq COP29-da müzakirə olunacaq mövzuları modelləşdirəcək, iqlim dəyişiklikləri, buna yönəlmiş layihələrin davamlı maliyyələşdirilməsi məsələləri müzakirə olunacaq”.

V.Salamatov qeyd edib ki, forumda təkcə MDBMİ-nin deyil, müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri toplaşıblar. Onlar COP29-un gündəliyində duran məsələləri müzakirə edəcək və öz mövqelərini bildirəcəklər.

Salamatov forumdakı müzakirələrin nəticələrinin COP29-un təşkilatçısı və platforması olacaq Azərbaycan tərəfinə və Rusiya Xarici İşlər Nazirliyinə təqdim olunacağını bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Sergey Kononuçenko isə çıxışında COP29-da əsas müzakirə mövzusunun iqlim maliyyələşdirilməsi olacağını deyib.

“Bu məsələdə yekun qərarın necə olacağı ilə bağlı hələ də fikir ayrılıqları mövcuddur. Rusiyanın mövqeyi ondan ibarətdir ki, Paris razılaşmasına uyğun olaraq, maliyyələşdirməni ənənəvi donorlar, inkişaf etmiş ölkələr həyata keçirməlidir. Paris razılaşmasının tərəfləri olan başqa heç bir dövlət bu məsələ ilə bağlı maliyyə öhdəliyi daşımır. Qərb ölkələri, təbii ki, iqlim maliyyələşdirilməsi öhdəliyi daşıyan dövlətlərin dairəsini genişləndirməyə səy göstərirlər. Onlar bu məqsədlə “istixana qazları buraxan nəhənglər” və “iqtisadiyyatı dinamik inkişaf edən ölkələr” terminlərini ortaya atıblar. Əlbəttə ki, Azərbaycan da iqtisadiyyatı dinamik inkişaf edən ölkələrə aiddir. Rusiya Azərbaycanla bu məsələdə həmfikirdir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi Paris razılaşmasına riayət edilməsində təkidlidir: “Çalışacağıq ki, Bakıdakı konfransın yekununda inkişaf etmiş ölkələrin iqlim maliyyələşməsi ilə bağlı öhdəlikləri ikili məna daşımasın, həm də iqlim dəyişikliyi üzrə mübarizənin maliyyələşməsinə ayrılan vəsaitin həcmi artırılsın. Çünki indiyə qədər ayrılan 100 milyard dollar məbləğində vəsait çox azdır”.

Rusiya XİN-in nümayəndəsi COP29-un keçirilməsində Azərbaycana uğurlar arzulayıb.

MDBMİ-nun Enerji Siyasəti və Diplomatiya Beynəlxalq İnstitutunun direktor müavini İqbal Quliyev çıxışında bildirib ki, universitetin azərbaycanlı gənclərinin təşəbbüsü ilə belə miqyaslı tədbirin keçirilməsi, COP29-un modelləşdirilməsinin təşkili çox vacib hadisədir: “MDBMİ-nun bu cür tədbirlərin keçirilməsi ilə bağlı böyük təcrübəsi var. Universitetdə indiyədək BMT, OPEC və digər beynəlxalq təşkilatların konfranslarının modelləşdirilməsi ilə bağlı tədbirlər keçirilib. Qeyd edim ki, forumun yekunları ilə bağlı tövsiyələr hazırlanacaq və Azərbaycanda keçiriləcək COP29-un katibliyinə təqdim ediləcək”.

Forumun ikinci günü iqlim dəyişikliyi ilə mübarizədə biznesin rolu mövzusu müzakirə olunacaq. Noyabrın 7-də isə tövsiyələrin və digər yekun sənədlərin təqdimatı planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Türkiyənin Qazaxıstandakı səfiri: Aktaudakı faciəni böyük kədərlə qarşıladıq

16:51
26 Dekabr

Gürcüstan parlamentinin sədri təyyarə qəzası ilə əlaqədar Azərbaycanın Tbilisidəki səfirliyində olub

16:43
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

16:29
26 Dekabr

Özbəkistanın Baş naziri azərbaycanlı həmkarına başsağlığı məktubu ünvanlayıb  

16:13
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!