06 Noyabr 2024 17:52
639
CƏMİYYƏT
A- A+
Mormon kilsəsinin və Stirlinq Fondunun rəsmiləri Dövlət Komitəsində olublar  

Mormon kilsəsinin və Stirlinq Fondunun rəsmiləri Dövlət Komitəsində olublar  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova noyabrın 6-da İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin (Mormon kilsəsi) yüksəkrütbəli nümayəndəsi Cek Gerard və Stirlinq Fondunun prezidenti Mayls Hansenlə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bütün dünya üçün vacib olan Qlobal Sammit çərçivəsində qonaqları ölkəmizdə görməkdən məmnunluğunu bildirən Bahar Muradova dünyamızı təhdid edən bir sıra məsələlərə, o cümlədən iqlim dəyişikliyi ilə mübarizəyə din xadimlərinin verə biləcəyi rolu yüksək qiymətləndirib, xüsusilə yaşıl planet naminə çalışmağı və bu məqsəd üçün dini liderləri bir araya gətirərək dünyaya çağırış etməyi müqəddəs bir iş adlandırıb.

B.Muradova Fondun və onun fəallarının bütün dünyada, eləcə də Azərbaycanda gördüyü işləri təqdir edərək, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə fəalların minatəmizləmə işinə cəlb olunmasını bu ərazilərdə həyatın və ədalətin bərpasına töhfə verən addım kimi qiymətləndirib.

Ölkəmizdə ailə institutunun əhəmiyyətinə diqqət çəkən komitə sədri qayıdış prosesi çərçivəsində işğaldan azad olunan ərazilərə köçürülən əhalinin adaptasiya və məşğulluğunun təmin edilməsi məqsədilə genişmiqyaslı işlərin və layihələrin həyata keçirildiyi barədə məlumat verib.

Mormon kilsəsinin yüksək rütbəli nümayəndəsi Cek Gerard kilsənin uşaq, qadın və ailə məsələləri ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlığına diqqət çəkib, müvafiq sahədə Komitə ilə birgə fəaliyyətə maraqlı olduğunu diqqətə çatdırıb.

C.Gerard kilsənin işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsi prosesində, eləcə də sülh quruculuğu işində yaxından iştirak etdiklərini vurğulayıb.

Sonra çıxış edən Stirlinq Fondunun prezidenti Mayls Hansen Fondun müxtəlif təşkilatlarla əməkdaşlıq çərçivəsində 42 ölkədə fəaliyyət göstərək həyata keçirdiyi işlərdən danışıb, Dövlət Komitəsi ilə müvafiq sahədə əməkdaşlığın inkişaf perspektivlərinə toxunub.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb, mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

Təyyarə qəzası nəticəsində xəsarət almış vətəndaşlar Bakıya gətirilib

19:33
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİB  

19:28
26 Dekabr

Azərbaycanın İtaliyadakı səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb

19:21
26 Dekabr

Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan daha 10 nəfərin şəxsiyyəti müəyyənləşib  

19:20
26 Dekabr

Beynəlxalq axtarışa verilmiş daha iki şəxs Azərbaycana gətirilib  

19:06
26 Dekabr

Təyyarə qəzasında həyatını itirənlərin xatirəsi Londonda da yad edilir 

19:05
26 Dekabr

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovdan

19:02
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!