19 Oktyabr 2024 08:50
557
CƏMİYYƏT
A- A+
Mərkəzi Park, "Qüllə"abidəsi, "Orta əsrlərə aid su quyuları" 

Mərkəzi Park, "Qüllə"abidəsi, "Orta əsrlərə aid su quyuları" 


Bu gün qədim Bakının istənilən səmtinə yolu düşənlər yeni göydələnlər, rahat magistral yollar, körpülər, keçidlər, göz oxşayan parklar, fontanlar, istirahət guşələri, qalereyalar və yerli tarixi abidələrlə rastlaşa bilərlər. 

Belə məkanlardan biri də şəhərin köhnədən "Sovetski" deyilən ərazisində salınan Mərkəzi Park və burada qədim Bakıya ilk dəfə içməli su çəkilişi barədə tarixi özündə əks etdirən "Qüllə" abidəsidir. Xatırladaq ki, Prezident İlham Əliyevin birbaşa göstərişinə, habelə Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq bu ərazidə abadlıq və yenidənqurma işlərinə 2013-cü ilin noyabr ayında start verilib və işlər mərhələlərlə icra olunmaqdadır. 


Sakinlərin və turistlərin mədəni istirahətinə yüksək xidmət 


Azərbaycan Prezidentinin "Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı bəzi tədbirlər haqqında" 2016-cı il 4 avqust tarixli sərəncamından sonra bu ərazidə işlər yeni mərhələyə qədəm qoymuşdur. Mərkəzi Park Qış Bulvarının davamı olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından Nəriman Nərimanov prospektinədək, Nizami metrostansiyasının yaxınlığından Balababa Məcidov, Abdulla Şaiq və Süleyman Rəhimov, Vidadi, Murtuza Muxtarov, Mirzağa Əliyev küçələrinin əhatə etdiyi əraziləri özündə birlədirməklə Hüseyn Cavid bağının yaxınlığına doğru böyüməkdədir. 

Ərazi orijinal layihə əsasında yüksək səviyyədə abadlaşdırılıb, müasir tələblərə uyğun yeni istirahət parkı salınıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2019-cu il mayın 22-də  Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak ediblər.

Avstriyanın məşhur memarı Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Parkın ən mühüm xüsusiyyəti Nəriman Nərimanov prospektindən Heydər Əliyev Sarayınadək olan ərazidə piyadalara yol keçmədən maneəsiz hərəkət imkanının yaradılmasıdır. Parkda gəzintidə olanlar, vaxtilə həmin ərazinin yaxınlığında yaşamış, indi isə uzaq ölkələrdən, böyük şəhərlərdən  doğma Bakını ziyarətə gələnlər bu mənzərə ilə rastlaşanda gözlərinə inana bilmirlər. Parkda bütün yaş qruplarından olan insanlar üçün 7 istirahət və oyun meydançası, şahmat, nərd və idman qurğuları, 9 fəvvarə, balacalar üçün yelləncəklər, futbol meydançası və sairə var. Parkda yaşıllıqları suvarmaq üçün 6.5 kilometrdən çox sahədə damcılama üsulu tətbiq edilmiş, drenaj xəttlər çəkilmişdir. Parkın ərazisində əkilmiş ümumilikdə 2.500-dən çox 19 növ ağac, 157 mindən artıq gül və kol bitkiləri göz oxşayır.


Prezident İlham Əliyevin tövsiyəsi ilə ucaldılan ilk su "Qüllə" abidəsi


Günün bütün vaxtlarında Mərkəzi Parkda istirahətə və gəzintiyə gələnlərlə rastlaşmaq mümkündür. Onların arasında turistlər çoxluq təşkil edir. Burada vaxtlarını səmərəli keçirən insanlar, xüsusən də əcnəbi vətəndaşlar Bakıya ilk dəfə içməli su çəkilişi haqqında məlumatı özündə əks etdirən, ictimaiyyət arasında "Su Qülləsi" kimi tanınan  "Qüllə" abidəsi və "Orta əsrlərə aid su quyuları" önündə xatirə şəkli çəkdirməkdən xoşhal olurlar. Xatırladaq ki, 1917-ci il yanvarın 22-də Şollar-Bakı su kəmərinin təntənəli açılışı olmuşdur. Kəməri bu gün "İçərişəhər" metrostansiyası qarşısında heykəli ucalan millət atası Hacı Zeynalabdin Tağıyev özü işə salmışdır. Bu münasibətlə şəhərin məhəllələrində və məscidlərdə qurbanlar kəsilmiş, ehsanlar verilmişdir. "Qüllə" abidəsinin içərisində öz vəsaiti hesabına Sollar suyunun Bakıya çəkilməsində böyük xidmətləri olmuş xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin portretinin görüntüsü tamaşa edənlərdə böyük məmnunluq doğurur.

Bakının qədim tarixini xatırladan  abidədən məlum olur ki, köhnə Bakının atributlarından olan bu cür su qüllələri XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıya Şollar su kəmərinin çəkilişi ilə əlaqədar şəhərin müxtəlif məhəllələrində tikilib və yerli sakinlər arasında "Qüllə" kimi tanınıb. Bunlar uzun illər əhalinin içməli su ilə təminatında mühüm rol oynayıb. "Qüllə"lərdən ötən əsrin 50-ci illərinədək istifadə edilib.

 

Bakı sakinlərinin su təchizatını təmin edən "Orta əsrlərə aid su quyuları" 


"Orta əsrlərə aid su quyuları" isə İçərişəhər ətrafında məhəllələrdə Təzəpir məscidinin və Mərkəzi Parkın yerləşdiyi bu ərazilərdə salınmışdır. XX əsrin əvvəllərində Şollar su kəməri çəkilənədək Bakını su ilə bu cür quyular və vahid kəhriz sistemi təmin etmişdir. Bu quyuların bir neçəsindən indi də yaşıllıqların salınmasında, o cümlədən Mərkəzi Park ərazisində aparılan suvarma işlərində istifadə edilir.      


Gözəlləşən  Bakı


Son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq şəhər sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq zolaqlarının salınması, qədim tarixi memarlıq nümunələrinin bərpası, müasir göydələnlərin tikilib istifadəyə verilməsi paytaxtımızı daha da abadlaşdırıb. Bütün bunlar Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Bunu istər paytaxt sakinləri, istərsə də şəhərimizin qonaqları dəfələrlə vurğulayırlar.

Əminliklə demək olar ki, noyabrda keçiriləcək COP29 beynəlxalq tədbir iştirakçıları və qonaqları tarixiliklə müasirliyi özündə ehtiva edən Bakının simasını daha da gözəlləşdirən, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətinə xidmət ünvanına çevrilən Mərkəzi Parkda gəzintidən zövq alacaqlar. 


 Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!