Lənbəran qədim və şərəfli tarixə malik kənddir. Kəndimizin özünəməxsus adət-ənənələri var. Hazırda burada 6000 nəfərdən çox əhali yaşayır. Kənddə doğulub boya-başa çatan hər kəs lənbəranlı olmağı ilə qürur duyur.
Lənbəran Azərbaycan dövlətçiliyinə, mədəniyyətinə, təhsilinə, incəsənətinə zaman-zaman sanballı şəxsiyyətlər verib. Kəndimizin yetirmələri Azərbaycanın sosial-iqtisadi yüksəlişində həmişə fəal iştirak ediblər. Qarabağ savaşının zəfərlə başa çatmasında vətənpərvər lənbəranlı gənclər qəhrəmanlıq nümunəsi göstəriblər. Lənbəran qələbəmizin gerçəkləşməsi uğrunda şəhidlər verib. Kəndimizin tam orta məktəbi də şəhid Abdulla İsmayılovun adını daşıyır.
Vətən üçün yüksək intellektual səviyyəyə malik, vətənpərvər, xalq üçün canından keçməyə hər zaman hazır olan yeni nəsillərin yetişməsində məktəbin rolu minnətdarlıqla qeyd olunmalıdır. Yaşı 150-dən çox olan bu təhsil ocağı şərəfli bir yol keçib. Təəssüf ki, son illər məktəb qayğı və diqqətdən kənarda qalıb. Ötən əsrin 70-ci illərində inşa edilmiş üçmərtəbəli, 1174 şagirdlik məktəb binası bu gün qəzalı vəziyyətdədir.
Dövlətimizin geniş imkanlara, güclü iqtisadiyyata malik olduğu millətin gələcəyi olan təhsilə böyük qayğı və diqqət göstərdiyi inkaredilməz reallıqdır. Dövlətin, eyni zamanda Heydər Əliyev Fondunun yeni təhsil ocaqlarının tikintisinə, köhnə məktəb binalarının əsaslı təmirinə və bərpasına böyük önəm verdiyi hər kəsə məlumdur. Bərdə rayon təhsilinə rəhbərlik edənlərin biganəliyinin, laqeydliyinin nəticəsidir ki, məktəbin qəzalı vəziyyəti ilə bağlı Elm və Təhsil Nazirliyi qarşısında məsələ qaldırmayıblar, dövlətin əlaqədar qurumlarını məlumatlandırmayıblar. Bir zamanlar mən bu məktəbdə tarix müəllimi işləmişəm. Artıq təqaüdə çıxmışam.
Hazırda məktəb binası çox təhlükəli durumdadır. Hər an uça, dağıla bilər. Nəyi gözləyirlər? Gözləyirlər ki, faciə baş versin, ölüm-itim olsun?! Artıq üçüncü mərtəbədə bəzi otaqların beton tavanları çöküb. İki korpusdan ibarət olan məktəb binasının bir korpusu tam yararsız vəziyyətdədir. Qazanxana uçub dağıldığı üçün siniflər odun sobası ilə qızdırılır.
Hörmətli redaksiya, xahiş edirik ki, hazırda 40 müəllimin çalışdığı və 470 şagirdin təhsil aldığı Lənbəran kənd orta məktəbinin həyəcan doğuran durumu barədə Elm və Təhsil Nazirliyini məlumatlandırasınız. Təxirə salmadan zəruri tədbirlər görmək çox vacibdir.
Şükür ƏLİYEV,
Bərdə rayon Lənbəran kəndinin sakini
Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası keçirilib
AFFA İntizam Komitəsi 4 klubu cərimələyib
Bu ilin birinci rübündə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 1,9 faiz artıb
Azərbaycan Prezidenti İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri ilə görüşüb YENİLƏNƏCƏK
Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasından iki il ötür
İKTA abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti hesabatını dərc edib
Bəzi bölgələrdə 30 dərəcə isti olacaq, yüksək dağlıq ərazilərdə isə qar yağacaq
2025-ci ilin birinci rübündə aqrar sektorda artım tempi 1,9 faiz olub
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Prezident İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib YENİLƏNƏCƏK
Xəbərdarlıq: Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
Azərbaycan Prezidenti İlham Əliyev Çin Dövlət Şurasının Baş naziri ilə görüşüb YENİLƏNƏCƏK
Azərbaycanda təşkil olunacaq III MDB Oyunları ilə bağlı ilk mətbuat konfransı keçirilib VİDEO
Azərbaycan Mərkəzi Bankının sədri neftin builki qiyməti ilə bağlı proqnozunu açıqlayıb
Çinin Sədri Si Cinpinin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
Parlamentin komitə sədri: Kənd təsərrüfatına göstərilən diqqət və dəstək dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB
Türkiyə ekspertləri: Cənubi Qafqazda kommunikasiyaların açılmasının əsas şərtlərindən biri regiondankənar aktorların müdaxilədən imtinasıdır
ABŞ-ın Ukrayna ilə bağlı sülh planının təfərrüatları açıqlanıb
“Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilir
XTNS-də şair-həkimlərin iştirakı ilə musiqili poeziya axşamı təşkil edilib
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!