30 Aprel 2026 08:55
159
İQTİSADİYYAT
A- A+
Masallıda əmək yarmarkası: 200 işaxtaran, 104 vakant

Masallıda əmək yarmarkası: 200 işaxtaran, 104 vakant


Masallıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən növbəti əmək yarmarkası keçirilib.

Əmək yarmarkasında müxtəlif fəaliyyət sahələrini təmsil edən 15 işəgötürən iştirak edib və ümumilikdə 104 vakant iş yeri təqdim olunub. Təklif edilən vakansiyalar xidmət, ticarət, istehsalat, tikinti və digər sahələri əhatə edib.

Yarmarkaya 200-ə yaxın işsiz və işaxtaran vətəndaş qatılıb. İştirakçılar arasında Vətən müharibəsi iştirakçıları, qazilər, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər, eləcə də ali və orta ixtisas təhsilli gənc məzunlar olub. Bu kateqoriyalardan olan şəxslərin məşğulluğunun təmin edilməsi tədbirin əsas prioritet istiqamətlərindən biri olub.

Tədbir çərçivəsində işəgötürənlər tərəfindən vakansiyalar barədə ətraflı məlumat verilib, işaxtaranlarla ilkin müsahibələr aparılıb. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək qeydiyyata alınıb, ixtisas və bacarıqlarına uyğun gələn namizədlər növbəti seçim mərhələsinə dəvət olunublar. Bununla yanaşı, iştirakçılara məşğulluq imkanları, aktiv məşğulluq tədbirləri, peşə hazırlığı kursları və özünüməşğulluq proqramları barədə də məlumatlar təqdim edilib, onlara karyera istiqamətinin müəyyənləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Bu cür əmək yarmarkalarının keçirilməsi regionda əmək bazarının inkişafına, işsizliyin azaldılmasına və işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqələrin qurulmasına kömək edir. 


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Niyə istifadə etmədiyimiz bəzi əşyaları ata bilmirik

09:25
30 Aprel

Sərhəd tanımayan musiqi janrı

09:20
30 Aprel

Sənətin möcüzəsi 

09:15
30 Aprel

Yağmurlu hava Tovuzda kartof əkininə mane olmur

09:10
30 Aprel

Masallının Xırmandalı kəndində Yaradıcılıq Evi fəaliyyət göstərir

09:07
30 Aprel

Təcrübə sözünü deyir

09:05
30 Aprel

Sumqayıtda qaz infrastrukturu müasir standartlara uyğunlaşdırılır

09:03
30 Aprel

Bu mövsüm pambıqçılar su sarıdan korluq çəkməyəcəklər

09:00
30 Aprel

Masallıda əmək yarmarkası: 200 işaxtaran, 104 vakant

08:55
30 Aprel

Astarada növbəti tibbi aksiyadan 200 nəfər yararlanıb

08:50
30 Aprel

Şəmkirdə elektrik təsərrüfatı yenilənir

08:45
30 Aprel

Bakı WUF13 ərəfəsində

08:40
30 Aprel

Milli məfkurə və vətənsevərlik ruhunda yazılan "XX əsr Azərbaycan ədəbiyyatı tarixi"

08:35
30 Aprel

Polad iradəli qəhrəmanlar

08:30
30 Aprel

Aprel: neysandan leysana, bərəkətdən fəlakətə

08:25
30 Aprel

Maliyyə icarəsi fəaliyyətinin təkmil hüquqi əsasları yaradılır

08:20
30 Aprel

Beynəlxalq birliyin Azərbaycana yeni baxışı

08:15
30 Aprel

Azərbaycan-Çexiya əlaqələri çoxvektorlu səciyyə daşıyır

08:10
30 Aprel

Qəbələ bu dəfə yüksəksəviyyəli görüşlərin ünvanı kimi dünya gündəmində oldu

08:05
30 Aprel

Bakı qlobal geosiyasətin ehtiramla qəbul olunan aktorudur 

08:00
30 Aprel

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:28
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!