13 Noyabr 2026 21:53
726
İQTİSADİYYAT
A- A+
Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

Bu gün Maliyyə Nazirliyində keçirilən növbəti kollegiya iclasında dövlət müəssisələri ilə işin təşkili istiqamətində görülmüş işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr, eləcə də cari məsələlər müzakirə olunub.

Qurumdan AZƏRTAC-a verilən məlumata görə, nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, kollegiyanın sədri Sahil Babayev bildirib ki, cari ilin 10 ayı ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş məqsədyönlü siyasət sayəsində ölkəmizin sosial-iqtisadi inkişafında müsbət nəticələrə nail olunub, maliyyə mövqelərimiz daha da möhkəmlənib, dövlət büdcəsinin icrasında müsbət dinamika davam edib.

Nazir dövlət maliyyəsinin idarə olunması sahəsində həyata keçirilən islahatlar çərçivəsində institusional və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, dövlət müəssisələrinin maliyyə fəaliyyətinə nəzarət mexanizmlərinin gücləndirilməsi, şəffaflığın və hesabatlılığın artırılması istiqamətində mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb. Qeyd olunub ki, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, maliyyə dayanıqlığının gücləndirilməsi və fiskal risklərin effektiv idarə olunması bu istiqamətdə həyata keçirilən islahatların əsas prioritetlərindəndir.

S.Babayev bildirib ki, cari ildə dövlət müəssisələrinin maliyyə vəziyyətinin monitorinqi çərçivəsində birinci rüb üzrə 10, ikinci rüb üzrə isə 22 müəssisənin maliyyə göstəricilərini əhatə edən hesabatlar hazırlanıb. Hazırda daha 35 müəssisənin III rüb üzrə maliyyə göstəricilərinin təhlili aparılır.

İclasda dövlət müəssisələri ilə işin təşkili istiqamətində cari ilin yanvar-oktyabr ayları üzrə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilib. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə dövlət müəssisələrinin maliyyə fəaliyyətinin monitorinqi və təhlili üzrə Maliyyə Nazirliyinə həvalə edilmiş səlahiyyətlərin icrası çərçivəsində Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin fəaliyyəti təşkil edilib və zəruri institusional tədbirlər həyata keçirilib. Eyni zamanda, dövlət müəssisələrinin hesabatlarının elektron qaydada təqdim olunması məqsədilə Dövlət Müəssisələrinin Rəqəmsal Monitorinqi informasiya sistemi istifadəyə verilib, məlumat və hesabat formaları təsdiq edilib, müəssisələrin yeni sistemə uyğunlaşması üçün təlimlər keçirilib.

Qeyd olunub ki, görülmüş işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, Beynəlxalq Valyuta Fondunun Fiskal Məsələlər Departamentinin cari ilin may ayında Bakıda keçirdiyi missiyanın nəticələrinə dair hesabatında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin yaradılması və qısa müddət ərzində bu istiqamətdə görülmüş işlər ölkəmizdə dövlət maliyyəsinin səmərəli idarə olunması sahəsində həyata keçirilən mühüm islahatlar kimi dəyərləndirilib. Həmçinin monitorinq çərçivəsinin formalaşdırılması, rəqəmsal həllərin tətbiqi və dövlət müəssisələrinin xalis mənfəətinin ən azı 30 faizinin dövlət büdcəsinə yönəldilməsi mexanizmi müsbət təcrübə kimi qeyd olunub.

Eyni zamanda, dövlət müəssisələrinin müşahidə və himayəçilik şuralarında Maliyyə Nazirliyinin təmsilçiliyinin genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyi bildirilib. Hazırda 40-a yaxın dövlət müəssisəsinin şuralarında nazirliyin nümayəndələri təmsil olunur.

İclasda dövlət müəssisələrinin maliyyə hesabatlılığının beynəlxalq standartlara uyğunlaşdırılması, borcalma siyasətinin təkmilləşdirilməsi və hesabatların təqdim edilməsi mexanizmlərinin optimallaşdırılması məsələləri də müzakirə olunub. Qeyd edilib ki, yeni yanaşmaya əsasən, dövlət müəssisələrinin borcalmaları üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyən edilməsi nəzərdə tutulur.

Kollegiyanın sədri dövlət müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması, maliyyə dayanıqlığının gücləndirilməsi və fiskal risklərin idarə olunması istiqamətində tədbirlərin ardıcıl davam etdirilməsinin vacibliyini vurğulayıb. Bu məqsədlə səhmdar cəmiyyətlərdə korporativ idarəetmə standartlarının tətbiqi, dövlət müəssisələrinin dividend proqnozlarının və büdcə layihələrinin hazırlanması, habelə bu proseslərin dövlət büdcəsinin tərtibi ilə əlaqələndirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazir dövlət müəssisələrinin dividend proqnozu və büdcə layihələri, eləcə də dövlət büdcəsinin tərtibi üzrə müvafiq sənədin və növbəti ildən tətbiq ediləcək büdcə tərtibi, icrası və hesabatlılığı üzrə skorinq metodologiyasının hazırlanması, həmçinin korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Kollegiya iclasında, həmçinin Maliyyə Nazirliyində tapşırıqların icra vəziyyəti və hesabatlarla bağlı məsələlərə dair təqdimat nümayiş etdirilib, müzakirələr aparılıb və qaldırılan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   

21:08
14 Noyabr

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

20:09
14 Noyabr

"Meta" 805 milyon avro məbləğində cərimələnib

19:29
14 Noyabr

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

18:12
14 Noyabr

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

16:44
14 Noyabr

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

15:39
14 Noyabr

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

14:41
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

14:36
14 Noyabr

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

14:31
14 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:26
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

12:47
14 Noyabr

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

12:29
14 Noyabr

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

12:25
14 Noyabr

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

12:01
14 Noyabr

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

11:48
14 Noyabr

Azərbaycan nefti 102 dollara satılır

11:27
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!