Aprel zəfəri hərb tariximizin şanlı və qürurlu səhifələrindən biridir
Artıq 9 ildir ki, Aprel döyüşlərinin ildönümünü qürurla, şəhidlərimizin ruhuna dərin minnətdarlıqla yad edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 2016-cı ilin aprelində "dəmir yumruğ"un zərbəsi ilə düşmən üzərində qazandığı parlaq qələbə Şuşa, Xankəndi zəfərlərimizin başlanğıcı oldu.
Azərbaycan xalqına illərdir susadığı qələbə xoşbəxtliyini yaşadan bu zəfər nəticəsində onilliklərdən sonra işğaldan azad edilən torpaqlarımıza ilk dəfə qədəm qoyduq, Cəbrayılın Cocuq Mərcanlı kəndinin timsalında dədə-baba yurdlarımıza ilk qayıdış sevincini daddıq.
Modern ordu quruculuğu və Zəfərin ilk müjdəsi
Aprel döyüşləri Müzəffər Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımların, həyata keçirdiyi islahatların nə qədər düşünülmüş, uğurlu olduğunu təsdiqləyən reallıq oldu. Bir daha bəlli oldu ki, İlham Əliyev əsl sərkərdədir. Aprel döyüşləri həm də onu göstərdi ki, Azərbaycan Ordusu Zəfərə tam hazırdır və artıq düşmənə layiq olduğu cavab verilməlidir.
Çünki hərbi qüdrəti gündən-günə artan Azərbaycan ordusunun arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir və onu gücləndirməkdə davam edirdi. Bütün bunlar isə bir daha göstərirdi ki, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı vəzifəsini layiqincə yerinə yetirməyə hər an hazırdır və ərazi bütövlüyümüzün bərpa ediləcəyi gün uzaqda deyil.
İlham Əliyev də Aprel qələbəsinin birinci ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə vurğuladı ki, bu döyüşlər şanlı qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.
Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.
Ermənistanın məğlubiyyətlər silsiləsinin başlanğıcı
2016-cı ilin yazında növbəti dəfə Ermənistan silahlı qüvvələri təxribata əl ataraq mövqelərimizi, o cümlədən yaşayış məntəqələrimizi atəşə tutdu, ölkəmizə qarşı hücuma keçdi. Ermənilərin bu təxribatı nəticəsində hərbçilərimizlə yanaşı, içərisində azyaşlının da olduğu mülki şəxslərimiz həlak oldular.
Cavab gecikmədi. Həmin ilin aprelində qəhrəman oğullarımız hərb meydanında yağıya divan tutaraq qarşılarında diz çökdürdülər, üçrəngli ay-ulduzlu Azərbaycan bayrağını Lələtəpə yüksəkliyində dalğalandırdılar. Bununla da xalqımıza işğal altında olan digər ərazilərimizin də azad olunacağının xoş müjdəsini çatdırdılar.
Ümumiyyətlə, Aprel döyüşləri böyük qələbənin çox mühüm bir anonsu idi. Aprelin 2-4-də düşmən təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Tərtər-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin olundu. Həmçinin minlərlə hektar ərazi ordumuzun tam nəzarətinə keçdi. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Bu döyüşlər zamanı ermənilərin əvvəllər öz qoşun hissələri və müdafiə mexanizmləri ilə bağlı yaratdıqları mif darmadağın edildi.
Vətən müharibəsindən öncə aparılan əməliyyatlardan ən mühümü məhz Aprel döyüşləri oldu. Aprel hadisələri ermənilərə vurulan ən ciddi zərbələrdən biri idi. Burada da təbii ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti, əsgər və zabitlərimizin və xalqımızın sonsuz Vətən sevgisi əvəzedilməz rol oynadı. Bundan başqa, hərbi əməliyyatlar zamanı müasir texnika və texnologiyalardan istifadə edən qoşun növlərinin və kəşfiyyatçıların proseslərdə koordinasiyalı iştirakı öz yüksək nəticəsini göstərdi.
Beləliklə, Aprel döyüşləri tariximizə mühüm hərbi qələbə kimi yazıldı. Suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasında mühüm rola malik olan bu döyüşlər tarixin yaddaşında hər zaman qalacaq.
Aprel döyüşləri Ermənistan ordusunda özünəinamı sarsıtdı, Azərbaycan Ordusu qarşısında duruş gətirməyin mümkün olmayacağı qorxusunu yaratdı. Lələtəpəyə sancılan bayrağın kölgəsi işğal altında olan bütün torpaqlarımıza düşürdü və Qarabağa gedən yolumuza sanki işıq saçırdı.
Böyük Zəfərə aparan yol
Dördgünlük döyüşlər həm işğalçı Ermənistana, həm də onun havadarlarına Azərbaycanın ən modern silah-sursat və hərbi texnika ilə təchiz olunmuş Silahlı Qüvvələrinin nəyə qadir olduğunu göstərdi. Ordumuzun qüdrəti Ermənistan başda olmaqla onun himayədarlarını da təşvişə saldı. Aprel zəfəri həm də xalqın və ordunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, dünyaya sübut etdi.
Bu qələbənin ruhu insanlarda, xüsusən də hər bir gəncdə böyük qürur və sevinc hissləri doğurdu. Ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq, cəmiyyətin bütün təbəqələri qısa müddətdə Ali Baş Komandanın ətrafında sıx birləşərək indiyə qədər görünməmiş milli birlik, həmrəylik nümayiş etdirdilər. Məlum oldu ki, hərbi əməliyyatların davam edəcəyi müddətdə hər kəs "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarını uca tutaraq torpaqlarımızın düşməndən təmizlənməsi prosesinə əməli töhfəsini verməyə çalışacaq. Həmin günlərdə yeniyetmələrdən tutmuş ahıl insanlaradək hamının əlinə silah alaraq cəbhəyə yollanmağa hazır olduğunu bildirməsi də hərbi-psixoloji üstünlüyün əldə edilməsi baxımından vacib məqamlardan idi.
Bir sözlə, bu döyüşlər Azərbaycan Ordusu, ölkə gəncliyi üçün bir sınaq oldu. Bu sınaqda Azərbaycan əsgəri döyüşə atılmağa, qəhrəmanlıq göstərməyə, torpaqlarımızı azad etməyə hazır olduğunu öz şücaəti ilə bir daha göstərdi. Bu, Azərbaycan gəncinin əqidəsinin, Vətənə olan sevgisinin göstəricisi idi. Aprel döyüşləri zamanı xalqımızın da qəhrəmanlığı hər kəsə bəyan oldu. Şanlı qələbə eyni zamanda Ermənistanın uzun illər ərzində öz ordusu haqqında yaratdığı mifləri darmadağın etdi. Ali Baş Komandanın söylədiyi kimi, Aprel döyüşləri demək olar Ermənistanın ideoloji əsaslarını dağıtdı. Hər kəsə bəlli oldu ki, əgər Azərbaycanla münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur.
Çox keçmədi, cəmi 4 ildən sonra o fikirlər reallığa çevrildi. Azərbaycan Ordusu Aprel döyüşlərində başladığı əməliyyatını sona çatdırmaq üçün Ali Baş Komandandan hücum əmri aldı. 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri İkinci Qarabağ müharibəsinin başlanmasını şərtləndirən qığılcım oldu. Prezident, xalq və ordu birliyi "dəmir yumruq" ətrafında birləşib Qarabağın azadlığı uğrunda Vətən müharibəsinə başladı.
Sentyabrın 27-dən noyabrın 10-dək olan qısa dövr ərzində həm döyüş meydanında, həm arxa cəbhədə, həm də diplomatiya müstəvisində və informasiya məkanında Azərbaycanı qələbəyə aparan mübarizənin şahidi olduq. İlham Əliyevin dünya liderləri ilə danışıqlar zamanı, xarici media nümayəndələrinə verilən müsahibələrdə prinsipial mövqeyi qələbəyə gedən yolda ordumuza stimul verdi. İlham Əliyevin iradəsi Azərbaycan əsgərinin döyüş ruhunu artırdı, qələbə inamını daha da gücləndirdi. Məhz İlham Əliyevin əsl Sərkərdə qətiyyəti ilə işğal altında olan torpaqlarımızı sürətlə düşməndən təmizləyən müzəffər ordumuz Cocuq Mərcanlıdan başlanan Zəfər yolunda inamla irəliləyərək 30 illik işğala son qoydu.
İlham Əliyev Şuşaya qalib Komandan kimi ayaq basdı və dünyaya mesaj verdi ki, beynəlxalq təşkilatların illərlə həll edə bilmədikləri məsələni Azərbaycan öz gücünə cəmi 44 günə bitirdi, işğalçı, terrorçu qruplaşmalar Azərbaycan torpaqlarından qovuldu.
Ali Baş Komandan bu Zəfəri, bu müharibəni XXI əsrin yeni savaşı adlandırdı. Çünki ordumuz dünya hərb tarixində ilk "smart müharibə" aparan silahlı qüvvələr kimi tarixə düşdü. Bu savaşda çox düzgün hesablama və konkret şərait üçün unikal bir strategiya tətbiq edildi. Pilotsuz uçuş aparatları isə yeni müharibə formatının bünövrəsini qoydu. Ordumuzun həyata keçirdiyi müasir döyüş taktikası dünya hərb praktikasında yeni nəsil savaşı kimi dəyərləndirilir.
Ordusuna, xalqına güvənən işğalçı Ermənistan cəmi 44 gün dözə bildi. Erməni silahlı birləşmələri Azərbaycan Ordusu qarşısında aciz vəiyyətə düşdü. Erməni hərbçisi silahını, texnikasını, döyüş bayrağını atıb şərəfsizcəsinə qaçmağa məcbur oldu.
Ərazi bütövlüyünün və suverenliyin tam təminatı
İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra regionda sülhün bərqərar olması üçün heç bir addım atmayan, əvəzində Qarabağdakı separatçı dəstələrə dəstək verən Ermənistana 2023-cü ildə daha bir dərs verildi. Azərbaycan Ordusu Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri keçirərək separatçı qüvvələrin hərbi təyinatlı obyektlərini, uzunmüddətli atəş nöqtələrini məhv etdi.
44 günlük İkinci Qarabağ müharibəsində öz qüdrətini, gücünü göstərən Azərbaycan Ordusu cəmi 23 saata qanunsuz erməni birləşmələrini darmadağın edərək 15-18 minlik hərbi qruplaşmanı ağ bayraq qaldırmağa məcbur etdi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunaraq sentyabrın 20-də saat 13:00-da antiterror tədbirləri dayandırıldı. Bununla 200 illik erməni xülyası məhv edildi və Xankəndidə, Xocalıda, Xocavəndin mərkəzində bayrağımız dalğalandı. Bununla işğal altında olan bütün torpaqlarımız düşmən tapdağından təmizləndi, Qarabağ uğrunda şəhid olan igid oğullarımızın ruhları sevindi. Çünki onların da istəyi Qarabağın azadlığı idi və bu gün həmin torpaqlar azaddır, Şuşada, Xankəndidə, Ağdamda, Xocavənddə, Xocalıda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdərədə dalğalanan Azərbaycan bayrağı düşmənin bağrını yarır, hər bir azərbaycanlının ürəyini dağa döndərir.
Bu gün Azərbaycan xalqı 2016-cı il Aprel qələbəsi ilə başlanğıcı qoyulan və Şuşa, Xankəndi zəfərləri sayəsində məntiqi zirvəsinə ucalan milli hədəfinə çatdığı qürurverici günləri yaşayır. Onilliklər ərzində darmadağın edilən Qarabağ və Şərqi Zəngəzur böyük quruculuq meydanına çevrilib, yurd həsrəti çəkən yüz minlərlə keçmiş məcburi köçkünün öz el-obasına qayıdışına başlanılıb. Azərbaycanın bu qədim yurd yerlərində həyat yenidən qaynayır.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
AAF yolsuzluq avtomobillərinin yürüşünü keçirib
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3500-ə yaxınlaşıb
Den Yoşpe COP30 üzrə BMT-nin yüksəksəviyyəli iqlim lideri təyin edilib
Almaniyada quraşdırılan günəş enerjisi batareyalarının sayı beş milyonu ötüb
Gürcü ekspert: “Yaşıl enerji dəhlizi” haqqında Bakıda imzalanmış memorandumun böyük və xüsusi əhəmiyyəti var
Azərbaycan və Özbəkistan arasında turizm əlaqələri genişləndirilir
Somali ordusu terrorçu qruplaşmanın 20-dən çox üzvünü zərərsizləşdirib
Beynəlxalq Hakimlər Assosiasiyasının Bakıda keçiriləcək 67-ci Baş Assambleyasının rəsmi internet səhifəsi istifadəyə verilib
İrakli Kobaxidze: Təəssüf ki, ayrı-ayrı səfirliklərin və təşkilatların fəaliyyəti dəyərlərə əsaslanmır
Azərbaycanın və Bəhreynin qanunverici orqanları arasında səmərəli əməkdaşlıq qurulub
Keçmiş məcburi köçkün: Suqovuşanda gözəl mənzillə təmin edilmişəm
Milli Məclisin sədri Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin sədri ilə görüşüb
Senat sədri: Pakistan və Azərbaycan həmişə bir-birini dəstəkləyən qardaş ölkələrdir
Müdafiə naziri: Azərbaycan Ordusu Ali Baş Komandanın etimadını hər zaman doğruldub, bundan sonra da doğruldacaq
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Ağdərə sakini: Bundan sonra doğma torpaqlarımızda xoş günlərimiz başlayacaq
Muxtar Babayev: COP29 konfransı çərçivəsində bir çox tarixi addımlar atdıq
AMADA "Ədalətli idman həftəsi" ilə əlaqədar məlumatlandırma işinə başlayır
İlin əvvəlindən 11,6 min şəxsə əlillik təyin olunub
Milli Məclisin sədri Asiya Parlament Assambleyasının Koordinasiya iclasında çıxış edib
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 142-ci kitabı çapdan çıxıb
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!