04 Aprel 2025 12:35
221
CƏMİYYƏT
A- A+
Kursantlara həvəsləndirmə tədbirləri tətbiq ediləcək

Kursantlara həvəsləndirmə tədbirləri tətbiq ediləcək


Əsgərlər, matroslar və çavuşlar üçün nəzərdə tutulmuş həvəsləndirmə tədbirlərinin bəziləri kursantlara da tətbiq ediləcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanuna dəyişikliklər təklif edilib.

Təklif edilən dəyişikliklərə əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına bir sıra həvəsləndirmə tədbirləri tətbiq ediləcək. Bu tədbirlər arasında kursantlara təşəkkür elan edilməsi, əvvəl verilmiş intizam cəzasının götürülməsi, fərman və qiymətli hədiyyələrlə mükafatlandırma, hərbi hissədə açılmış Döyüş Bayrağı yanında çəkilmiş fotoşəkillərlə mükafatlandırma, hərbi xidmət borcunu nümunəvi şəkildə yerinə yetirmələri və aldıqları mükafatlar haqqında məlumat verilməsi, əlaçı döş nişanı ilə təltif edilməsi və adlarının hissənin Fəxri kitabına yazılması kimi həvəsləndirmələr yer alır.

Hazırda mövcud qanunvericiliyə əsasən, kursantlara bu cür həvəsləndirmə tədbirləri tətbiq edilmir. Yeni təklif edilən dəyişikliklər kursantların intizamını və hərbi xidmətə olan bağlılıqlarını artırmaq məqsədi daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Süni zəka itmiş şəxslərin tapılmasına kömək edəcək

19:06
16 Aprel

Milli Məclisdə Azərbaycanla Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub  

19:05
16 Aprel

DİN: Yola çıxarkən ehtiyatlı olun, yol hərəkəti qaydalarına ciddi riayət edin, piyadalara qarşı diqqətli davranın  

19:05
16 Aprel

Azərbaycan və Sloveniya parlament dostluq qruplarının görüşü keçirilib  

19:03
16 Aprel

Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçirilib  

19:02
16 Aprel

Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib  

18:59
16 Aprel

Hacıqabul Sənaye Parkında 280 milyon manatlıq məhsul istehsal edilib  

18:58
16 Aprel

Fransa ilə Əlcəzair arasında münasibətlər daha da pisləşir

18:57
16 Aprel

Riçard Armitacın ailəsinə

18:55
16 Aprel

Əhməd İsmayılov: Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılıb

18:54
16 Aprel

Türkiyə nümayəndə heyəti DOST Mərkəzi, reabilitasiya və sosial xidmət müəssisələri ilə tanış olub  

18:54
16 Aprel

Türkiyə XİN: Yunanıstanın “Dəniz Məkanlarının Planlaşdırılması”nda göstərdiyi bəzi ərazilər Türkiyənin dəniz yurisdiksiyasını pozur  

18:53
16 Aprel

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında iki məsələ müzakirə edilib  

18:51
16 Aprel

Hulusi Akar: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər səmimiyyətə və qardaşlığa əsaslanır  

18:50
16 Aprel

Dəməşqdə rejim dəyişəndən bəri 175 mindən çox suriyalı Türkiyəni tərk edib

18:49
16 Aprel

Macar ekspert: “Aİ-nin Avropa Sülh Fondu” öz adını tam doğrultmur  

18:49
16 Aprel

Vato Şakarişvili: Prezident Mixail Kavelaşvilinin ilk xarici səfərini Azərbaycana etməsi olduqca mühüm hadisədir  

18:48
16 Aprel

Sel suları Ağsuda avtomobil yolunu yararsız hala salıb

18:46
16 Aprel

Avstraliyanın ilk Azərbaycan musiqi qrupu Sidneydə konsert verib  

18:44
16 Aprel

  Gəncə: leysanın törətdiyi fəsadların aradan qaldırılması üçün tədbirlər görülür

18:43
16 Aprel

Google axtarış sistemi bütün dünyada istifadəçiləri “google.com”a keçirəcək  

18:39
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!