25 Dekabr 2025 08:30
160
SİYASƏT
A- A+
Korrupsiya yuvası anti-Azərbaycan ritorikasından əl çəkmir

Korrupsiya yuvası anti-Azərbaycan ritorikasından əl çəkmir


Avropa Parlamenti dekabrın 18-də ölkəmizə qarşı qəbul etdiyi reallıqlardan uzaq, birtərəfli və qərəzli qətnaməsi ilə anti-Azərbaycan ritorikasını bir daha nümayiş etdirdi. Ümumiyyətlə, Azərbaycan 44 günlük müharibə sayəsində suverenliyini, konstitusion quruluşunu  təmin  etməsinə, Qarabağda separatizm yuvasını dağıtmasına və Cənubi Qafqazda sülh üçün real şərait formalaşdırmasına  görə Avropa Parlamentinin "qara siyahı"sına düşüb.  

Sözügedən reallıqları hələ də qəbul edə bilməyən qərəzli qurum buna görə sözün əsl mənasında öz fəaliyyət dairəsinə dair vacib işlərlə məşğul olmaq əvəzinə ölkəmizlə bağlı qərəzli qətnamələr çıxarmaq yolunu tutub. Avropada islamofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi və kobud şəkildə pozulması və sair kimi çoxsaylı problemlər hələ də mövcudluğunu qoruyur. Elə ölkəmizlə bağlı sərgilənən bu ikili standartlı davranışın özü də AP-nin islamofob, türkofob siyasətinin aydın təzahürüdür.

Hətta vəziyyət o yerə çatıb ki, İkinci Qarabağ müharibəsindən sonra Aİ-nin korrupsiya yuvasına çevrilmiş bu riyakar qurumu Azərbaycan əleyhinə  böhtan və iftiralarla dolu 10-dan çox qətnamə qəbul edib. 


Qərəzli qətnamələr nəyə xidmət edir?


Regional reallıqların təhrif olunduğu, Azərbaycanı hədəf alan bu bədnam qətnamə nə obyektiv faktlara, nə beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Fəaliyyətində guya humanizm dəyərlərini, insan hüquqlarını əsas götürən Avropa Parlamenti ölkəmizə böhtan atır, heç bir əsası olmayan iittihamlar irəli sürür. Ancaq sözdə insan haqlarından ağızdolusu danışan avroparlamentarilər 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən bir milyona yaxın azərbaycanlının hüquqlarının tapdalanmasına heç zaman reaksiya verməyiblər. Həmin zaman azərbaycanlılar yurdlarından didərgin salındı, etnik təmizləməyə, qətliamlara, soyqırımlarına məruz qalıb, qaçqınlıq, məcburi köçkünlük həyatı yaşayıb. Ermənistanın 30 illik işğalı zamanı ərazilərimizə bir milyondan çox mina basdırması həmin yerlərə qayıdışı ləngidir, bu gün də insanlarımız mina partlayışlarının qurbanlarına çevrilirlər. Qarabağ və Şərqi Zəngəzurda törədilən mədəni terror, tarixi, dini abidələrimizin vandallıq aktlarına məruz qalmaları o yerlərə səyahət edən hər kəsi dəhşətə gətirir. Lakin avroparlamentarilər azərbaycanlıların hüquqlarının tapdalanmasına görə ötən onilliklər ərzində bircə dəfə də olsun toplaşıb hansısa müzakirələr aparmayıblar, işğalçıya qarşı qətnamələr qəbul etməyiblər.

Azərbaycan BMT TŞ-nin qətnamələrini öz gücünə həll edərək həm ərazi bütövlüyünü və suverenliyini təmin edib, həm də bölgədə real sülhə rəvac verib. 

Bu il avqustun 8-də Vaşinqtonda Ağ Ev rəhbəri Donald Trampın iştirakı ilə əldə olunan razılaşmalar, sülh mətninin paraflanması məhz Azərbaycanın təşəbbüslərinin əyani nəticələridir ki, regionda de-fakto sülhə nail olunmasına gətirib çıxarıb. Cənubi Qafqaz hazırda münaqişə deyil, inkişaf, qarşılıqlı əlaqələr, əməkdaşlıq ünvanı kimi çıxış edir. 

Azərbaycanın tranzit yükdaşımalara qoyduğu məhdudiyyətləri aradan qaldırması sayəsində Qazaxıstan və Rusiyadan Ermənistana qatar vasitəsilə artıq bir neçə dəfə taxıl ixrac edilib. Dekabrın 19-da isə Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünə başlanılıb. Bu, 30 ildir özünü regional təcrid vəziyyətinə salan Ermənistanın, ermənilərin qurtuluşu deməkdir və Azərbaycanın humanizm siyasətini nümayiş etdirir. Ancaq  Aİ, eyni zamanda  Avropa Parlamenti Azərbaycanın bu vacib əhəmiyyətə malik və sülhü dəstəkləyən fəaliyyəti barədə sual doğuracaq formada susmağa üstünlük verirlər. 


Avropa parlamentarizminin düşdüyü acınacaqlı vəziyyət


Bütün bu müsbət tendensiyaların fonunda Avropa İttifaqının və Avropa Parlamentinin sərgilədiyi qərəzli yanaşma diqqət çəkir. Aİ-nin Ermənistan üzərindən gətirib sərhədlərimizə yığdığı dırnaqarası "müşahidə missiyası"nın  bölgədə sülhə yox, qarşıdurmaya xidmət edən missiya kimi fəaliyyətini davam etdirməsindən tutmuş dekabrın 2-də  imzalanmış və birbaşa Azərbaycanı hədəf alan "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənədə və AP-nin bu günlərdə qəbul etdiyi bədnam qətnaməyə qədər hər bir addım da bunu aydın göstərir. 

Xatırladaq ki, dekabrın 17-də Milli Məclisin Sədri Sahibə Qafarova Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç ilə görüşündə "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik"də Azərbaycan-Ermənistan sülh prosesi baxımından narahatlıq doğuran məqamlara toxunub.  

Sahibə Qafarova Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamələrinə toxunaraq, bu gün regionda mövcud olan reallıqların, Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş irəliləyişin bu qətnamələrin nə dərəcədə qərəzli olmasını bir daha sübut etdiyini deyib.

Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsi ilə əlaqədar Milli Məclis bəyanat qəbul edib. Bəyanatda bildirilir ki, Milli Məclis Avropa Parlamentinin adıçəkilən qətnaməsini şiddətlə qınayır və bu qərəzli siyasi akta qəti etirazını bildirir: "Yalan məlumatlar və saxta iddialar üzərində qurulan, konkret cinayət əməllərinə siyasi don geyindirən bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə kobud müdaxilə etmək üçün göstərilən növbəti uğursuz cəhddir". 

Sənəddə həmçinin deyilir ki, anti-Azərbaycan ritorikasından əl çəkə bilməyən AP bir daha siyasi riyakarlıq nümayiş etdirərək, insan hüquqları kimi önəmli mövzudan öz gizli gündəliyi və təxribatçı məqsədləri üçün istifadəyə davam edir: "Bu da dəfələrlə sübuta yetirilmişdir ki, Avropa Parlamentində qətnamələrin qəbulu prosesi konkret maraq qrupları tərəfindən məqsədli şəkildə idarə edilir. Müşahidələr göstərir ki, Avropa Parlamenti üzvlərinin  əksəriyyətinin səs verdikləri qətnamə layihələrinin nəinki mahiyyəti, hətta mətni barədə heç bir anlayışı olmur. Bu isə Avropa parlamentarizminin düşdüyü acınacaqlı vəziyyətdən xəbər verir". 

Milli Məclisin bəyanatında deyilir: "İndi isə bəlli olur ki, 2025-ci il 8 avqust tarixli Vaşinqton sammiti, ABŞ Prezidenti Donald Trampın səmimi vasitəçiliyi nəticəsində Azərbaycan-Ermənistan sülh prosesində əldə olunmuş irəliləyiş bir sıra dairələrin maraqlarına cavab vermir. Müvafiq proseslərdə iştirak və müdaxilə imkanlarını itirən həmin dairələr regionumuzda sülh, sabitlik və əməkdaşlığın təşəbbüsçüsü olan Azərbaycana qarşı belə bəsit addımlarla həmin prosesləri dolayı yolla əngəlləməyə cəhd edirlər".

Vətən müharibəsindən sonra Azərbaycan əleyhinə  böhtan və iftiralarla dolu 10-dan çox qətnamə qəbul edən Avropa Parlamenti bu vasitə ilə ölkəmizə hansısa siyasi təzyiq, təsir göstərmək niyyəti güdür. Ancaq Avropanın korrupsiya yuvasına çevrilmiş bu qurumunun qərəzli fəaliyyəti Azərbaycanı beynəlxalq hüquqa dayanan və özündə sülhü və əməkdaşlığı ehtiva edən yolundan döndərə bilməz. 


Y.MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarları ziyarət olunub

10:49
25 Dekabr

“Azİz” – İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilovdan  

10:47
25 Dekabr

Estoniya–Azərbaycan Evinin rəhbəri Zəhra Qəhrəmanlıdan  

10:46
25 Dekabr

Naxçıvanda YAP-ın təşkilatçılığı ilə ilin yekun tədbiri keçirilib  

09:39
25 Dekabr

Kim Çen In Cənubi Koreyanın nüvə sualtı qayığı tikmək planını təhlükə adlandırıb  

09:38
25 Dekabr

Keçmiş məcburi köçkün: Bu gün mənim üçün həyatımın ən mənalı günlərindən biridir  

09:35
25 Dekabr

Məmmədbəyli kəndinə köçən sakin: Bu gün sevincimizin ən uca, ən unudulmaz günüdür  

09:34
25 Dekabr

Keçmiş məcburi köçkün: Geri qayıtmaq böyük qürur və sevinc mənbəyidir    

09:33
25 Dekabr

Xocalı, Xocavənd və Zəngilan rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb  

09:32
25 Dekabr

Prezident İlham Əliyev AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib  

09:29
25 Dekabr

Korrupsiya yuvası anti-Azərbaycan ritorikasından əl çəkmir

08:30
25 Dekabr

Səmada yazılan qəhrəmanlıq dastanı

08:25
25 Dekabr

Hər zaman xalqının yanında

08:20
25 Dekabr

Müasir Azərbaycanın inkişaf və güc strategiyası

08:15
25 Dekabr

İlham Əliyev yalnız ölkəmizdə deyil, bütövlükdə regionda milyonlarla insanın ümid yeridir

08:10
25 Dekabr

Tarixi ədaləti bərpa edən Müzəffər Ali Baş Komandan

08:05
25 Dekabr

İntibah, inkişaf və tərəqqi illərinin müəllifi

08:00
25 Dekabr

Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında

04:45
25 Dekabr

“Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

04:44
25 Dekabr

Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANATI

04:43
25 Dekabr

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında yaşayan uşaqların bayram sevincinə şərik olublar  

23:19
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!