25 Dekabr 2025 04:45
894
Nazirlər Kabineti
A- A+
Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında

Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında


№ 408


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Yerli icra hakimiyyəti başçısının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Şəhər İcra Hakimiyyəti (Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri istisna olmaqla) başçılarının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri təsdiq edilsin (əlavə olunur).

3. Rayon İcra Hakimiyyəti (Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı rayonları və Naxçıvan Muxtar Respublikasının Şərur, Şahbuz, Culfa, Babək, Ordubad, Kəngərli və Sədərək rayonları istisna olmaqla) başçılarının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri təsdiq edilsin (əlavə olunur).

4. Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri təsdiq edilsin (əlavə olunur).

5. Naxçıvan Muxtar Respublikasının Rayon İcra Hakimiyyəti başçılarının tabeliyində Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri təsdiq edilsin (əlavə olunur).

6. Müəyyən edilsin ki, Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nizamnamə kapitalı yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən qurumların əmlakı hesabına formalaşır.

7. Yerli icra hakimiyyəti (Bakı şəhəri, Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər və Qubadlı rayonları istisna olmaqla) orqanları altı ay müddətində:

7.1. aidiyyəti üzrə tabeliklərində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin əsasında məhdud məsuliyyətli cəmiyyət statusunda vahid Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin (bundan sonra – Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi) yaradılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər;

7.2. Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nizamnaməsinin bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan Nümunəvi Nizamnaməyə uyğun olaraq hazırlanmasını təmin etsinlər və müvafiq qaydada təsdiq edilməsi üçün zəruri tədbirlər görsünlər;

7.3. Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin strukturunu və ştat vahidlərini bu Qərarın 2–5-ci hissələri nəzərə alınmaqla təsdiq edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər;

7.4. aidiyyəti üzrə tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşlarının məbləğini dövlət büdcəsindən maliyyələşdirilən sahələr üçün müəyyən edilən Vahid Tarif Cədvəlinə uyğun müəyyən etsinlər;

7.5. aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) publik hüquqi şəxsin informasiya ehtiyatlarının və sistemlərinin imkanlarından istifadə etməklə respublikanın rayon və şəhər ərazilərində müntəzəm sanitar təmizlik aparılan sahələrin və xidmət göstərilən yaşıllaşdırma sahələrinin həcmini müəyyən edərək müvafiq məlumatların Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.

7.6. bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.

8. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 22 ” “ dekabr ” 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Davosda Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında görüş keçirilib YENİLƏNƏCƏK  

16:24
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

15:33
22 Yanvar

Tramp: İran danışıqlar aparmaq istəyir

15:16
22 Yanvar

Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib  

15:01
22 Yanvar

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

14:53
22 Yanvar

ABŞ Prezidenti: Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub  

14:49
22 Yanvar

ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır  

14:48
22 Yanvar

Donald Tramp: Bu gün dünya daha təhlükəsiz və sabit yerə çevrilib

14:43
22 Yanvar

ABŞ-ın müvəqqəti işlər vəkili: Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan son addımları alqışlayırıq  

14:43
22 Yanvar

Tramp: Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik  

14:42
22 Yanvar

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar  

14:39
22 Yanvar

Donald Tramp: Biz 8 müharibəyə son qoyduq

14:33
22 Yanvar

Azərbaycanla NATO arasında əməkdaşlıq imkanları müzakirə olunub  

14:28
22 Yanvar

Baş katib: TÜRKPA parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü keçiriləcək  

14:21
22 Yanvar

Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların sayı 150-yə çatıb  

14:11
22 Yanvar

Avropada qazın qiymətində rekord bahalaşma qeydə alınıb  

14:03
22 Yanvar

Media: Tramp Qrenlandiyanın hər bir sakininə 1 milyon dollar ödəyə bilər  

13:52
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!