17 Yanvar 2026 01:56
637
Nazirlər Kabineti
A- A+
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 aprel tarixli 358 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 aprel tarixli 358 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə


№ 14


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 aprel tarixli 358 nömrəli Fərmanının 2-ci hissəsinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 28 dekabr tarixli 700 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 434 (Cild I); 2024, № 1, maddə 79; 2025, № 2, maddə 187) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində fövqəladə hallarda əhalini mühafizənin Əsas Prinsipləri”nin 4.5-ci bəndinin üçüncü abzasına “onlar” sözündən sonra “hərbi qeydiyyatda olduğu” sözləri, “Xidmətinin” sözündən sonra “, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və ya Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 6 avqust tarixli 438 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinin ikinci cümləsinə “onlar” sözündən sonra “hərbi qeydiyyatda olduğu” sözləri, “bölmələrinə” sözündən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 209 (Cild I); 2024, № 9, maddə 1061, № 12 (II kitab), maddə 1463; 2025, № 2, maddə 181; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 dekabr tarixli 367 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 11-ci hissəsinə “bölməsinə” sözündən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 645 (Cild I); 2024, № 3, maddə 315, № 9, maddə 1090; 2025, № 5, maddə 507) ilə təsdiq edilmiş “Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası”nın 25-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. birinci abzasa (birinci halda) “bölməsinə” sözündən sonra “, təhlükəsizlik orqanının və ya Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qeydiyyatında olan hərbi vəzifəliyə münasibətdə isə həmin orqana” sözləri əlavə edilsin;

4.2. ikinci abzasın ikinci cümləsinə “bölməsindən” sözündən sonra “, təhlükəsizlik orqanının və ya Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qeydiyyatında olan hərbi vəzifəliyə münasibətdə isə həmin orqandan” sözləri əlavə edilsin;

4.3. üçüncü abzasa “bölməsinə” sözündən sonra “, təhlükəsizlik orqanının və ya Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qeydiyyatında olan hərbi vəzifəlilərə münasibətdə isə həmin orqanlara” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 627 (Cild I); 2024, № 1, maddələr 110, 124, № 9, maddələr 1061, 1067, № 12 II kitab, maddələr 1439, 1463; 2025, № 1, maddə 86, № 2, maddələr 181, 187; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 dekabr tarixli 367 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.17-ci bəndinə və 8.13-cü bəndinin birinci cümləsinə “bölməsinə” sözündən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilsin.

6. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 5 yanvar tarixli 1 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 35 (Cild I); 2024, № 10, maddə 1167; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 dekabr tarixli 367 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

6.1. həmin Qərarla təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövründə bron edilməsi işinin təşkil olunması Qaydaları” üzrə:

6.1.1. 2.2-ci bəndə “bölmələrindən” sözündən sonra “, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qeydiyyatında olan hərbi vəzifəlilərə münasibətdə isə həmin orqanlardan” sözləri əlavə edilsin;

6.1.2. 2.3-cü bəndin ikinci cümləsinə “bölməsinə” sözündən sonra “, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qeydiyyatında olan hərbi vəzifəlilərə münasibətdə isə həmin orqanlara” sözləri əlavə edilsin;

6.1.3. 2.4-cü bənd üzrə:

6.1.3.1. ikinci–beşinci cümlələr müvafiq olaraq üçüncü–altıncı cümlələr hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və (və ya) Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən çağırışdan möhlət hüququ verilmiş hərbi vəzifəlilər həmin orqanlarda xüsusi hərbi uçota götürülürlər.”;

6.1.3.2. altıncı cümləyə “yerli” sözündən sonra “baş idarə” sözləri, “bölmələrinin” sözündən sonra “, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və (və ya) Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin” sözləri, “əsasən” sözündən sonra “xüsusi hərbi uçotunda olan” sözləri əlavə edilsin;

6.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsinə aid hesabatın təqdim edilməsi Qaydası”nın 2.1-ci bəndinə və 2.3.1-ci yarımbəndinə “bölmələrinə” sözündən sonra “, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qeydiyyatında olan hərbi vəzifəlilərə münasibətdə isə həmin orqanlara” sözləri əlavə edilsin;

6.3. həmin Qərarla təsdiq edilmiş “Müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmətkeçmə məqsədilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, habelə Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi Qaydası” üzrə:

6.3.1. 1.1-ci bənddə “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” sözləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” sözləri ilə əvəz edilsin;

6.3.2. 1.3-cü bənddə “Vətəndaşların” sözü “Bu Qaydanın 1.4-cü bəndi nəzərə alınmaqla, vətəndaşların” sözləri ilə əvəz edilsin;

6.3.3. aşağıdakı məzmunda 1.4-cü bənd əlavə edilsin:

“1.4. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qeydiyyatında olan hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırışı və mülki heyət vəzifələrində işləmək üçün göndərilməsi həmin orqanlar tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilir.”;

6.3.4. aşağıdakı məzmunda 2.7-ci və 3.16-cı bəndlər əlavə edilsin:

“2.7. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qeydiyyatında olan hərbi vəzifəlilərə münasibətdə bu Qaydanın 2.1–2.6-cı bəndlərində nəzərdə tutulan tədbirlər həmin orqanlar tərəfindən həyata keçirilir.”;

“3.16. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qeydiyyatında olan hərbi vəzifəlilərə münasibətdə bu Qaydanın 3.1-ci, 3.4-cü, 3.6-cı, 3.9-cu, 3.10-cu və 3.11-ci bəndlərində nəzərdə tutulan tədbirlər həmin orqanlar tərəfindən həyata keçirilir.”.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 134 (Cild I); 2024, № 1, maddə 81, № 5 (II kitab), maddə 594, № 9, maddə 1067, № 11, maddə 1246; 2025, № 5, maddə 504; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 dekabr tarixli 367 nömrəli, 3 dekabr tarixli 371 nömrəli və 25 dekabr tarixli 412 nömrəli qərarları) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

7.1. 6.1-ci bəndin birinci abzasına “təşkili” sözündən sonra “onların hərbi qeydiyyatda olduğu” sözləri, “bölmələrə” sözündən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilsin;

7.2. 6.1-ci bəndin ikinci abzasına “Xidməti” sözündən sonra “, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qeydiyyatında olan hərbi vəzifəlilərə münasibətdə isə həmin orqanlar” sözləri əlavə edilsin;

7.3. 6.1-ci bəndin dördüncü abzasına “bölmələri” sözündən sonra “, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qeydiyyatında olan hərbi vəzifəlilərə münasibətdə isə həmin orqanlar” sözləri əlavə edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 451 (Cild I); 2024, № 1, maddə 124; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 dekabr tarixli 367 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 5.8-ci və 6.21-ci bəndlərə “Səfərbərlik” sözündən əvvəl “onların hərbi qeydiyyatda olduğu” sözləri, “bölməsinə” sözündən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilsin;

8.2. 2 nömrəli əlavədən “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin” və “idarəsində (şöbəsində, bölməsində)” sözləri çıxarılsın və həmin sətrin altına “(hərbi qeydiyyatda olduğu orqanın adı)” sözləri əlavə edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 939 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 dekabr tarixli 367 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

9.1. 3.2-ci və 3.4-cü bəndlərə “barədə” sözündən sonra “onların hərbi qeydiyyatda olduğu” sözləri, “bölmələrinə” sözündən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilsin;

9.2. 3.3-cü bəndə “çağırışçılara” sözündən əvvəl “hərbi vəzifəlilərə və” sözləri, “qeydiyyatda” sözündən əvvəl “hərbi” sözü, “bölmələrinə” sözündən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilsin;

9.3. 3.5-ci bəndə “bölmələrinə” sözündən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilsin;

9.4. 3.6-cı bəndə “bölmələrinə” sözündən sonra “, öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilsin;

9.5. 4.3-cü bəndə “hərbi vəzifəlilər” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən çağırılmış hərbi vəzifəlilər” sözləri əlavə edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 may tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 565 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 dekabr tarixli 367 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

10.1. 1.2-ci bəndə “bölmələrinin” sözündən sonra “, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra – Dövlət Təhlükəsizliyi Xidməti) və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin (bundan sonra – Xarici Kəşfiyyat Xidməti)” sözləri əlavə edilsin;

10.2. 1.6-cı bəndə “bölmələri” sözündən sonra “, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin hərbi qeydiyyatında olan hərbi vəzifəlilərə münasibətdə isə həmin orqanlar” sözləri əlavə edilsin;

10.3. 2.3.7-ci və 2.4.7-ci yarımbəndlərdə “Hərbi qeydiyyat üzrə Xidmətin yerli baş idarəsinin, idarəsinin (şöbəsinin, bölməsinin)” sözləri “Hərbi qeydiyyatda olduğu dövlət orqanının” sözləri ilə əvəz edilsin və həmin yarımbəndlərə “bölməsinin” sözündən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinin və ya Xarici Kəşfiyyat Xidmətinin” sözləri əlavə edilsin;

10.4. 2.3.8-ci və 2.4.8-ci yarımbəndlərə “bölməsində” sözündən sonra “, Dövlət Təhlükəsizliyi Xidmətində və ya Xarici Kəşfiyyat Xidmətində” sözləri əlavə edilsin;

10.5. 2.3.10-cu və 2.4.10-cu yarımbəndlərə (ikinci halda) “bölməsi” sözündən sonra “, Dövlət Təhlükəsizliyi Xidməti və ya Xarici Kəşfiyyat Xidməti” sözləri əlavə edilsin;

10.6. 3.1.1-ci yarımbəndin ikinci cümləsinə “olmayaraq” sözündən sonra “çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduğu” sözləri, “bölməsinə” sözündən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilsin;

10.7. 3.1.2-ci və 3.1.4-cü yarımbəndlərə “barədə” sözündən sonra “onların hərbi qeydiyyatda olduğu” sözləri, “bölmələrinə” sözündən sonra “, Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilsin;

10.8. 3.1.3-cü yarımbəndə “çağırışçılara” sözündən əvvəl “hərbi vəzifəlilərə və” sözləri, “qeydiyyatda” sözündən əvvəl “hərbi” sözü, “bölmələrinə” sözündən sonra “, Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilsin;

10.9. 3.1.5-ci yarımbəndə “bölmələrinə” sözündən sonra “, Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilsin;

10.10. 3.1.6-cı yarımbəndə “bölməsində” sözündən sonra “, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin hərbi qeydiyyatında olan hərbi vəzifəlilərə münasibətdə isə həmin orqanlarda” sözləri əlavə edilsin;

10.11. 3.1.9-cu, 3.1.10-cu və 3.1.11-ci yarımbəndlərə “Xidmətin” sözündən əvvəl “onların hərbi qeydiyyatda olduğu” sözləri, “bölməsinə” sözündən sonra “, Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilsin;

10.12. 3.1.13-cü yarımbəndə “bölmələri” sözündən sonra “, Dövlət Təhlükəsizliyi Xidmətinin və ya Xarici Kəşfiyyat Xidmətinin hərbi qeydiyyatında olan hərbi vəzifəlilərə münasibətdə isə həmin orqanlar” sözləri əlavə edilsin;

10.13. 1 nömrəli əlavənin 2.7-ci bəndində “Hərbi qeydiyyat üzrə Xidmətin yerli baş idarəsinin, idarəsinin (şöbəsinin, bölməsinin)” sözləri “Hərbi qeydiyyatda olduğu dövlət orqanının” sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 211 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 dekabr tarixli 412 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

11.1. 3.18-ci bəndə “bölmələrinə” sözündən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilsin;

11.2. 3.19-cu bəndin birinci cümləsinə “bölmələri” sözündən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri əlavə edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 noyabr tarixli 354 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 11, maddə 1277 (Cild I); 2024, № 3, maddə 294) ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilməsi Qaydası”nın 4.1.5-ci yarımbəndinə “Azərbaycan” sözündən əvvəl “şəxsin hərbi qeydiyyatda olduğu” sözləri əlavə edilsin və “şəxsin” sözü “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə onun” sözləri ilə əvəz edilsin.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 14 ” “ yanvar ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Davosda Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında görüş keçirilib YENİLƏNƏCƏK  

16:24
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

15:33
22 Yanvar

Tramp: İran danışıqlar aparmaq istəyir

15:16
22 Yanvar

Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib  

15:01
22 Yanvar

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

14:53
22 Yanvar

ABŞ Prezidenti: Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub  

14:49
22 Yanvar

ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır  

14:48
22 Yanvar

Donald Tramp: Bu gün dünya daha təhlükəsiz və sabit yerə çevrilib

14:43
22 Yanvar

ABŞ-ın müvəqqəti işlər vəkili: Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan son addımları alqışlayırıq  

14:43
22 Yanvar

Tramp: Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik  

14:42
22 Yanvar

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar  

14:39
22 Yanvar

Donald Tramp: Biz 8 müharibəyə son qoyduq

14:33
22 Yanvar

Azərbaycanla NATO arasında əməkdaşlıq imkanları müzakirə olunub  

14:28
22 Yanvar

Baş katib: TÜRKPA parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü keçiriləcək  

14:21
22 Yanvar

Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların sayı 150-yə çatıb  

14:11
22 Yanvar

Avropada qazın qiymətində rekord bahalaşma qeydə alınıb  

14:03
22 Yanvar

Media: Tramp Qrenlandiyanın hər bir sakininə 1 milyon dollar ödəyə bilər  

13:52
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!