03 Fevral 2026 08:00
9955
SİYASƏT
A- A+
Azərbaycan regionda sülhün və sabitliyin tərəfdarıdır

Azərbaycan regionda sülhün və sabitliyin tərəfdarıdır


Prezident İlham Əliyevin buna yönələn siyasəti ölkəmizi dünya arenasında önə çıxarır


Bu gün dünya geosiyasi qarşıdurmalarla dərindən silkələnir. Regional və qlobal miqyasda artan silahlı münaqişələr, qanlı müharibələr, siyasi böhranlar və təhlükəsizlik riskləri beynəlxalq münasibətlər sistemini demək olar ki, iflic vəziyyətinə salıb. Dünyanın bir çox bölgəsi "qaynar qazan"ı xatırladır. Bu mürəkkəb və təhlükəli proseslərin fonunda isə Azərbaycan sabitlik, inkişaf və sülh məkanı kimi ön plana çıxır. Hətta Azərbaycanın bilavasitə sərhədində, bir addımlığında yerləşən ölkələrin müharibə və xaos içərisində olduğunu nəzərə alsaq, respublikamızda hökm sürən sabitliyin və təhlükəsizliyin real dəyəri daha aydın görünür. Azərbaycan artıq təkcə öz vətəndaşları üçün deyil, region üçün də təhlükəsizlik adasına çevrilib ki, bu da məqsədyönlü və uzaqgörən dövlət siyasətinin məntiqi nəticəsidir.

" ...Reallıq budur ki, bu gün bizim ölkəmiz sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq", - deyə ötən ilin 24 iyununda Mingəçevirdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək 

"8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimində, Prezident İlham Əliyev ölkəmizin sabitlik məkanı kimi dünya miqyasında tanınmasının, əldə olunmuş uğurların formulunu açıqlamışdı. 


Sülh və əməkdaşlıq


Müstəqilliyini bərpa etdikdən sonra ağır sınaqlardan keçən Azərbaycan dövləti zamanla güclü siyasi iradə, milli birlik və strateji baxış ortaya qoyması sayəsində inkişaf yoluna qədəm qoydu. Bu yolun zirvə nöqtəsi isə 2020-ci ildə Qarabağda qazanılan tarixi Zəfər oldu. Uzun illər davam edən işğala hərb meydanında son qoyan ölkəmiz ərazi bütövlüyümüzü, dövlət suverenliyimizi tam təmin etdi. Qarabağ Zəfəri Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə çatdırdı. Bu gün ölkəmiz siyasi, iqtisadi və hərbi baxımdan bölgənin aparıcı gücünə çevrilib. Ordu quruculuğunda əldə olunan nailiyyətlər, iqtisadi dayanıqlılıq, sosial rifahın yüksəlməsi və beynəlxalq nüfuzun artması Azərbaycanın güclü dövlət olduğunu açıq şəkildə göstərir.

Xüsusi vurğulanmalı məqamlardan biri də Azərbaycanın geostrateji mövqeyindən səmərəli istifadə etməsidir. Enerji və nəqliyyat layihələri ölkəmizi Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm qovşağa çevirib. Bakı-Tbilisi-Ceyhan, "Cənub qaz dəhlizi", Bakı-Tbilisi-Qars dəmir yolu və Orta dəhliz kimi layihələr Azərbaycanın qlobal iqtisadi və siyasi əhəmiyyətini daha da artırıb. Təsadüfi deyil ki, dünyanın aparıcı dövlətləri, o cümlədən ABŞ, Çin kimi nəhəng siyasi-iqtisadi güclər Azərbaycanla əməkdaşlığa  xüsusi maraq göstərirlər.

Qarabağ münaqişəsinin birdəfəlik həlli ilə Azərbaycan həm öz təhlükəsizliyini möhkəmləndirdi,  həm də regionda dayanıqlı sülhün əsas təminatçısına çevrildi. Azərbaycan sülh istiqamətində atdığı real addımlarla  Cənubi Qafqazda qarşıdurma yox, əməkdaşlıq, düşmənçilik yox, qarşılıqlı etimad mühitinin formalaşmasında maraqlı olduğunu ortaya qoydu. 

Prezident İlham Əliyevin prinsipial mövqeyi, milli maraqlara əsaslanan qərarları və çevik diplomatik fəaliyyəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. Dünyanın müxtəlif bölgələrində gərginliklərin artdığı bir vaxtda Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yaranan real tarixi şərait məhz Azərbaycan liderinin düşünülmüş siyasətinin nəticəsidir.


Etibarlı vasitəçilik missiyası 


Bu gün Azərbaycan münaqişə edən tərəflər arasında vasitəçilik missiyasını üzərinə götürməyə hazır olan etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz sülh təşəbbüslərini dəstəkləyir, qonşularla münasibətlərdə qarşılıqlı hörmət və etimad prinsipinə sadiq qalır. Eyni zamanda ərazisindən üçüncü qüvvələrin istifadə edərək regionda yeni gərginlik ocaqları yaratmasına qətiyyətlə imkan vermir. Beynəlxal KİV-də ABŞ-nin qonşu İrana qarşı hərbi əməliyyatlara başlayacağına dair informasiyalar geniş yer alıb. Təbii ki, bu, İranın yaxın qonşusu olaraq Azərbaycanı da narahat edir, çünki hərbi toqquşmalar regiona yaxşı heç nə vəd etmir. 

İranla mehriban qonşuluq əlaqələrinə malik Azərbaycan eyni zamanda ABŞ ilə səmimi dostluğa dayanan strateji tərəfdaşlıq qurub. Bu mənada adıçəkilən ölkələr arasında hərbi qarşıdurmanın olması arzuolunan deyil və tərəflərin ortaq məxrəcə gələrək aralarındakı problemləri dialoq yolu ilə həll etməsi məqsədəuyğundur. Bu prosesdə Azərbaycan uğurlu vasitəçi ola bilər. Bakının buna qədər də aralarında gərginlik olan müxtəlif ölkələr arasında barışdırıcılıq missiyası həyata keçirməsini göz önünə gətirdikdə, Azərbaycanın strateji rolu və etibarlı vasitəçiliyi bir daha ön plana çıxır. 

Yanvarın 31-də Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng edən zaman dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında yanvarın 29-da telefon danışığı zamanı İran ətrafında yaranmış vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov bölgədə son gərginliyin narahatlıq doğurduğunu, bütün tərəflərin İranda və onun ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu qeyd edilib. 

Azərbaycanın hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulanıb.

Göründüyü kimi, bölgədə sabitliyin və təhlükəsziliyin təmin olunmasında maraqlı olan ölkəmiz daim sülhü təşviq edir, qarşılıqlı faydalı əməkdaşlığı əsas meyar kimi təqdim edir.

Bu gün dünya qeyri-müəyyənlik, münaqişə və təhlükəsizlik böhranları içərisində çabaladığı bir vaxtda Azərbaycan sabitliyin, təhlükəsizliyin və inkişafın real modeli kimi çıxış edir. Güclü siyasi iradə, milli maraqlara əsaslanan prinsipial mövqe və uzaqgörən dövlət siyasəti ölkəmizi regionda sülhün və etibarlı əməkdaşlığın əsas dayağına çevirib. Məhz bu amillər Azərbaycanın bu gün və gələcəkdə də təhlükəsizlik adası, sabitlik ünvanı və regionun aparıcı gücü olaraq qalacağını əminliklə deməyə əsas verir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hakan Fidan: Yaxın Şərqdə müharibənin daha da genişlənməsini istəmirik

23:10
07 Mart

Azərbaycan və Kot-d’İvuar XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr olub

23:08
07 Mart

Nazir: TDT son illər siyasi dialoq istiqamətində təsirli əməkdaşlıq platformasına çevrilib

23:07
07 Mart

Hakan Fidan: Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində atılan addımları məmnuniyyətlə qarşılayırıq

23:06
07 Mart

XİN: ABŞ Dövlət Departamentinin İranın Azərbaycana dron hücumlarını pisləyən bəyanatını yüksək qiymətləndiririk

23:05
07 Mart

Azərbaycan və Özbəkistan XİN başçılarının görüşündə ölkəmizlə həmrəylik ifadə olunub

23:04
07 Mart

Naxçıvana qarşı həyata keçirilmiş dron hücumları pislənilib

23:03
07 Mart

Azərbaycan və Türkiyə XİN başçıları hər iki ölkəyə qarşı həyata keçirilmiş hücumları qətiyyətlə pisləyiblər

23:02
07 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib

22:34
07 Mart

TDT-nin Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki son inkişaflarla bağlı birgə bəyanat yayıb

22:31
07 Mart

ABŞ İranın Azərbaycana dron hücumunu qətiyyətlə pisləyib

22:26
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

21:24
07 Mart

Livana qarşı hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb

20:34
07 Mart

Türkiyə Prezidenti TDT ölkələrinin xarici işlər nazirləri ilə görüşüb

20:16
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:41
07 Mart

İranla müharibənin başlamasından bu yana 28 mindən çox amerikalı ABŞ-yə qayıdıb

19:14
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:12
07 Mart

Livana hava zərbələri nəticəsində 41 nəfər ölüb

19:10
07 Mart

Avstriyanın İrandakı səfiri: Sərhəddə göstərilən əla münasibətə görə Azərbaycana minnətdarıq

19:08
07 Mart

Müharibələrə və fəlakətlərə hazırlıq: Türkiyədə 16 yeni idarə rəhbəri təyin edilib

19:06
07 Mart

XİN: Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır

17:59
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!