14 Fevral 2026 08:15
453
SİYASƏT
A- A+
Arzuları reallığa çevirən güclü Lider

Arzuları reallığa çevirən güclü Lider


İki il öncə - 14 fevral 2024-cü ildə Prezident İlham Əliyev Milli Məclisdə and içərkən Azərbaycanın qarşısında duran hədəf və məqsədləri çox aydın, korrekt və sistemli halda diqqətə çatdırdı. İlk növbədə seçicilərin böyük etimad və dəstəyini qazanması münasibətilə Azərbaycan xalqına öz təşəkkürünü bildirməsi bir liderin xalqa arxalanmasından və onun güvənini qazanıb güc almasından xəbər verir. 

2024-cü ilin 7 fevral tarixi Azərbaycan xalqı üçün sadə bir prezident seçkisi deyildi. Bu seçkilər Azərbaycan xalqının liderinə məhəbbətinin, sədaqətinin, etimadının ən ali forması idi. Çünki cənab İlham Əliyev xalqına tarixi Zəfər yaşatmış liderdir. 

Hələ 2018-ci ildə dövlət başçımız Milli Məclis kürsüsündə andiçmə mərasimi zamanı bildirmişdi ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Azərbaycan xalqı heç bir zaman öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. O gündən az bir zaman keçməsinə baxmayaraq, Azərbaycan xalqı birlik nümayiş etdirərək Vətən müharibəsini Zəfərlə başa vurdu. Mərd oğullarımız qan tökərək, torpaqlarımız uğrunda canlarından keçərək tarix ədaləti bərpa etdilər. 

İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı tarixidir. Bu savaş həm də dünya tarixinə yazılan bir müharibədir. Azərbaycanın döyüş qabiliyyəti, əsgərlərimizin, zabitlərimizin göstərdiyi qəhrəmanlıq dünyanın nüfuzlu hərbi məktəbləri tərəfindən də bu gün öyrənilir. Bu istiqamətdə fundamental araşdırmalar aparılır. Azərbaycanın uğurunu təmin edən digər amillərdən biri ondan ibarətdir ki, xalqımız müdriklik və təmkin göstərdi, liderinə güvəndi. Cənab Prezident İlham Əliyev hər bir kürsüdən Azərbaycanın haqq səsini çatdırdı və bütün platformalarda bildirirdi ki, artıq tarixə qovuşmuş hərbi rejim Azərbaycan xalqına qarşı o cinayətləri törətməyi təkbaşına bacarmazdı. Direktivlər birbaşa Ermənistan rəhbərliyi tərəfindən gəlirdi, qondarma qurum Ermənistan tərəfindən idarə olunurdu. 

44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri, zabiti görünməmiş qəhrəmanlıq göstərdi. Ermənistan tərəfində isə 12 mindən çox fərari var idi. Döyüşən əsgərlərimiz qan tökərək 5-6 müdafiə xəttini aşaraq sübut etdilər ki, torpaq uğrunda ölmək nə deməkdir. 44 gün ərzində tarixi və strateji vəzifələr yerinə yetirildi və Azərbaycan Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Təbii ki, müharibədən sonrakı dövr də asan deyildi. Azərbaycana qarşı siyasi təzyiqlər, təhdidlər davam edir, bunların ardı-arası kəsilmirdi. Ermənistan kapitulyasiya aktında ehtiva edilən məsələlərin icrasını bilərəkdən gecikdirirdi. Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında yol bağlantılarının təmin edilməsi ilə bağlı Ermənistanın öhdəliyi var idi. Lakin bununla bağlı İrəvan nə bir siyasi iradə ortaya qoyurdu, nə də texniki əsaslandırma işinə başlayırdı. O zaman dünyada baş verən hadisələr də təbii ki, Cənubi Qafqaza təsirsiz ötüşmür. Odur ki, Azərbaycan diplomatiyanın fərqli üsul və metodlarına əl atırdı. 

İkinci Qarabağ müharibəsindən sonra lokal xarakterli antiterror əməliyyatları ilə ölkəmiz demək olar ki, bütün təhlükələri Qarabağdan uzaqlaşdırdı. 2023-cü ilin 20 sentyabr tarixində qondarma rejim məhv edildi. 

Azərbaycan Cənubi Qafqaza sülh gətirib. Azərbaycan bütün gücünü səfərbər edib ki, Cənubi Qafqaz regionunda sabitlik bərqərar olsun. 

Qarşıda dayanan əsas məsələ Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Hazırda Böyük qayıdış proqramı uğurla icra edilir. Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işləri həyata keçirilir. Bu gün dövlət büdcəmizdə ən büyük vəsait hərbi xərclərə yönəldilib. Digər tərəfdən, Azərbaycan güclü hərbi sənaye kompleksi yaradır. Müdafiə sənayemiz yerli istehsal baxımından inkişaf etdir, dünyanın böyük dövlətləri ilə müqavilələr imzalanır. Dövlətimizin başçısı bildirir ki, regional sabitlik bizim üçün əsas faktordur. Cənubi Qafqazın artıq münaqişə və müharibələrdən uzaqlaşması son dərəcə labüddür. 

Ölkəmiz iqtisadi cəhətdən də güclənir. Azərbaycanın valyuta ehtiyatları tarixi rekord həddə çatıb. Belə ki, bu ehtiyatlar 80 milyard dollardan artıqdır. Xarici borcumuz isə aşağı düşüb. Bu, ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil edir. Bir çox inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir. Valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir.

Azərbaycan ABŞ ilə münasibətlərini tamamilə yeni bir mərhələdə inkişaf etdirir. 8 avqust tarixində Vaşinqtonda əldə edilmiş razılaşmalar sadəcə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına xidmət etmir, həm də münasibətlərin müəyyənləşdirilməsi və önə aparılması baxımından yol xəritəsi oldu. Bu həm də ABŞ investisiyasının regiona gəlməsi demək idi. Cənubi Qafqazdakı bu reallıqların əsasını qoyan tərəf Azərbaycandır. 

Azərbaycan Mərkəzi Asiyanın tamhüquqlu üzvünə çevrilib. Mərkəzi Asiyanın resursları uğrunda gedən mübarizədə Azərbaycan uzlaşdırma mövqeyində dayanır, aktorlar arasında körpü rolunu oynayır. Bu körpü sadəcə coğrafi mövqe baxımından deyil, həm də diplomatiya üzərindən dəyərləndirilir. Bunların hər biri tarixi hadisələrdir.  Vaxtilə bunlar xəyal kimi görünsə də, indi reallıqdır. Bu reallığı təmin edən isə Müzəffər Liderimiz cənab İlham Əliyevdir.


Azər BADAMOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynanın ticarət kəsiri ötən il 44 milyard dolları ötüb

22:48
14 Fevral

Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

22:29
14 Fevral

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək

20:53
14 Fevral

Vəkillər Kollegiyasının nümayəndə heyəti Avstriyada rəsmi səfərdə olub

20:09
14 Fevral

Prezident İlham Əliyevin Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub YENİLƏNİB

19:49
14 Fevral

Misli Premyer Liqası: “Zirə” autsayderi məğlub edib

19:37
14 Fevral

Prezident İlham Əliyev Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə görüşüb YENİLƏNİB

19:31
14 Fevral

Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olunub

19:26
14 Fevral

Prezident İlham Əliyev Münxendə panel müzakirələrdə iştirak edib YENİLƏNİB

19:21
14 Fevral

Avropa Komissarı: TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər

19:17
14 Fevral

Prezident: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

19:03
14 Fevral

Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı

18:58
14 Fevral

Prezident İlham Əliyev: Bağlantılar və dəhlizlər Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

18:50
14 Fevral

Azərbaycan Prezidenti: Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb

18:48
14 Fevral

Azərbaycan və Böyük Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər

18:32
14 Fevral

Prezident: Sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətinə gedən dəhlizin də çox böyük potensialı var

18:24
14 Fevral

Prezident İlham Əliyev: Regional nəqliyyat qovşaqlarına çevrilmək üçün qonşularınızla yaxşı münasibətləriniz olmalıdır

18:09
14 Fevral

Marko Rubionun Münxendəki çıxışı rezonans doğurub

17:38
14 Fevral

Premyer Liqa: "Qarabağ"dan çətin qələbə

16:33
14 Fevral

Azərbaycanın regional rəqəmsal qovşağa çevrilməsi strategiyası

16:00
14 Fevral

Ağcabədidə Milli Qəhrəman Namiq Abdullayevin xatirəsi anılıb

15:09
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!