25 Dekabr 2025 09:39
179
CƏMİYYƏT
A- A+
Naxçıvanda YAP-ın təşkilatçılığı ilə ilin yekun tədbiri keçirilib  

Naxçıvanda YAP-ın təşkilatçılığı ilə ilin yekun tədbiri keçirilib  


Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində fəaliyyətin yekunlarına, eləcə də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası yaranan gündən etibarən milli maraqlara əsaslanan siyasəti, güclü dövlət idarəçiliyini, xalqla hakimiyyət birliyini və davamlı sosial-iqtisadi inkişafı əsas prinsip kimi qəbul edib. Bu ideyalar təkcə partiyanın deyil, bütövlükdə, Azərbaycan dövlətinin inkişaf fəlsəfəsinə çevrilib. Bu gün “Konstitusiya və Suverenlik İli”nin qeyd olunması da məhz bu siyasi-fəlsəfi xəttin davamı kimi xüsusi məna daşıyır.

Səlahiyyətli nümayəndə vurğulayıb ki, konstitusion dəyərlərin qorunması və dövlət suverenliyinin möhkəmləndirilməsi möhtərəm Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas prioritetlərindən biri olmaqla Yeni Azərbaycan Partiyasının fəaliyyətində də ideoloji əsas kimi çıxış edir. Partiyanın inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Onun partiya rəhbərliyində təmsil olunması Yeni Azərbaycan Partiyasının ictimai dayaqlarını möhkəmləndirib, humanist və müasir idarəçilik yanaşmalarını gücləndirib. Naxçıvan Muxtar Respublikasında da Yeni Azərbaycan Partiyasının üzvləri dövlət siyasətinin icrasında fəal iştirak edir, ictimai-siyasi sabitliyin qorunmasına və islahatların cəmiyyətə düzgün çatdırılmasına mühüm töhfə verirlər. Partiyaya artan maraq isə dövlətçilik dəyərlərinə sadiq, məsuliyyətli və milli maraqları üstün tutan yeni nəslin formalaşmasına xidmət edən sağlam ideoloji mühitin göstəricisidir.

Azərbaycan xalqının öz Prezidentini güclü dövlətçilik iradəsinin, qətiyyətli liderliyin və milli maraqlara sədaqətin simvolu kimi qəbul etdiyini və onun ətrafında sıx birləşdiyini bildirən Ceyhun Cəlilov xalqın etimadını qazanan Prezident İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və Azərbaycan dövlətinin inkişafı naminə şərəfli fəaliyyətində yeni uğurlar arzulayıb.

Səlahiyyətli nümayəndə, həmçinin tədbir iştirakçılarını qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, yeni nailiyyətlər arzulayıb.

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli ilin yekunu, nailiyyətlər və qarşıda duran vəzifələrdən bəhs edərkən bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin və ümummilli maraqların təmin edilməsi naminə cəmiyyətimizin bütün təbəqələrinin qüvvəsini səfərbər edən ən böyük siyasi partiyadır. Bu gün partiyanın 740 mindən artıq üzvü var. Naxçıvan Muxtar Respublikası üzrə bu say 58 mini ötür ki, onun da 18 min 600 nəfəri Naxçıvan şəhər sakinidir. Təşkilatın üzvlərinin 33 faizini gənclər təşkil edir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev qeyd edib ki, Yeni Azərbaycan Partiyası Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə daha da inkişaf edib, güclənib, nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Bu gücü, bu yeniliyi hər il inkişaf edən, çiçəklənən Naxçıvanın simasında da görmək mümkündür.

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid baş leytenant Amin Gülməmmədovun atası Mais Gülməmmədov çıxış edərək təbriklərini çatdırıb.

Tədbirin davamında fəal partiya üzvləri mükafatlandırılıblar.

Tədbir bədii hissə ilə davam edib.

Yeni Azərbaycan Partiyası himninin səsləndirilməsi ilə tədbirə yekun vurulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən  

12:39
25 Dekabr

WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin qəbulunun başa çatmasına 1 ay qalıb  

12:38
25 Dekabr

On bir ayda əlilliyi olan 40 min 600 uşağa reabilitasiya xidmətləri göstərilib  

12:37
25 Dekabr

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu nəzdində fəaliyyət göstərən Azərbaycan Klubunun sədri Murad Pirməmmədovdan  

12:36
25 Dekabr

İordaniya Haşimilər Krallığının Vəliəhd Şahzadəsi II Əl-Hüseyn bin Abdullahdan  

12:35
25 Dekabr

Lənkəranda alça ağacı dekabr ayında yenidən bar verib  

12:34
25 Dekabr

Birinci vitse-prezident Mehriban Əliyeva AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib  

12:30
25 Dekabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb  

12:29
25 Dekabr

Türkiyədə fəaliyyət göstərən Karabük Azərbaycanlıların Həmrəylik, Mədəniyyət və İncəsənət Dərnəyinin sədri Eşqin İsmayılovdan  

12:29
25 Dekabr

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayevdən  

12:28
25 Dekabr

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

12:24
25 Dekabr

Serbiyanın Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Günel Babanlıdan  

12:24
25 Dekabr

Avropa Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Zaur Əliyevdən  

12:23
25 Dekabr

Azərbaycanın strateji valyuta ehtiyatları 18 faizə yaxın artıb  

12:18
25 Dekabr

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkodan  

12:15
25 Dekabr

2026-cı ildә illik inflyasiyanın 5,7 faiz olacağı gözlәnilir  

11:53
25 Dekabr

Ukraynada yaşayan soydaşımız: Dünya azərbaycanlıları Prezident İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında birləşiblər  

11:31
25 Dekabr

Bu gündən bütün "BakuBus" avtobuslarında bank kartları ilə gediş haqqını ödəmək mümkün olacaq  

11:31
25 Dekabr

Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Millerdən

11:28
25 Dekabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

11:26
25 Dekabr

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

11:17
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!