25 Dekabr 2025 08:00
743
SİYASƏT
A- A+
İntibah, inkişaf və tərəqqi illərinin müəllifi

İntibah, inkişaf və tərəqqi illərinin müəllifi


Bu gün Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin qarantı, inkişafının memarı və beynəlxalq arenada söz sahibi olan lider kimi ölkəmizin gələcəyini formalaşdırır. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü dövlətçilik ənənələrini daha da möhkəmləndirərək xalqın birlik və iradəsinin əsl təcəssümünə çevrilib. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləyir.

Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalan Prezident İlham Əliyev Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirib. Dövlət başçısının liderliyi ilə Azərbaycan ötən illər ərzində möhtəşəm tarixi uğurlara imza atıb. Cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi müddətdə bütün sahələr inkişaf edib, əhalinin rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Belə ki, uğurlu siyasət, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkədir. Eyni zamanda ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. 

Prezident İlham Əliyevin beynəlxalq münasibətlərə dair dərin bilikləri və çevik diplomatik manevrləri Azərbaycanın xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı ölkələrin suverenliyinə hörmət edilməsinin, qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının və gücləndirilməsinin vacibliyini vurğulayaraq Azərbaycanın xarici siyasət strategiyasını məhz bu prinsiplər əsasında formalaşdırıb. Azərbaycan beynəlxalq hüququn aliliyi, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsiplərinə sadiq qalaraq əməkdaşlığa daim açıq olduğunu nümayiş etdirib. Bu yanaşma Azərbaycanın beynəlxalq aləmdə söz sahibi kimi tanınmasını təmin edib və Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərə geniş dəstək qazandırıb.

Ötən illər ərzində beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq əlaqələri Azərbaycanın qlobal mövqeyinin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edib. Ölkəmizin 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi və COP29 kimi möhtəşəm tədbiri keçirməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb. Ötən il Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslərlə iqlim dəyişmələri sahəsində mühüm qlobal qərarların qəbul edilməsinə şərait yaradaraq öz liderliyini bir daha təsdiqləyib.

Prezident İlham Əliyev Azərbaycan dövlətinin inkişafında mühüm rol oynayan həm qurucu, həm də islahatçı Liderdir. O, hadisələrin gedişatını dəyişməyə qadir, dövlətçilik fəaliyyətində milli maraqları ən yüksək məqsəd kimi qəbul edən və bütün gücünü bu məqsədə həsr edən dövlət başçısıdır. Prezident İlham Əliyev xalqının birmənalı şəkildə dəstəklədiyi və etimad göstərdiyi Lider olaraq Azərbaycanı yeni zirvələrə daşıyan strateji addımlar atır. Cənab İlham Əliyev dövlət başçısı seçildiyi ilk gündən bəyan edirdi ki, Ulu Öndərin siyasi kursunu dönmədən davam etdirəcək, hər bir vətəndaşın Prezidenti olacaq. Eyni zamanda deyirdi ki, biz öz torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağıq, Azərbaycan ərazilərində ikinci Ermənistan dövləti yaradılmasına yol verməyəcəyik. Bəli, cənab Prezident bu taleyüklü vəzifənin də öhdəsindən layiqincə gəldi!

 Prezident İlham Əliyevin fəaliyyətinin ən parlaq səhifəsini Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması təşkil edir. Dünyanın hərb və siyasət tarixində xüsusi yer tutan, xalqımızın şanlı qəhrəmanlıq dastanına və Zəfər simvoluna çevrilən 44 günlük Vətən müharibəsi, Qarabağda erməni separatizminin kökünün kəsilməsi  təkcə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərpasını deyil, eyni zamanda həm Cənubi Qafqaz regionunda, həm də Avrasiyada yeni geostrateji reallıqların yaranmasına səbəb olub. Ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslər regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfə verməklə yanaşı, Azərbaycanın qlobal arenada mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə möhtəşəm quruculuq işlərinin aparılması, tarixi, dini və mədəni abidələrimizin bərpası regional inkişafın əhatə dairəsinin genişlənməsinə səbəb olmaqla yanaşı, milli tərəqqinin yeni mərhələsinə transformasiya deməkdir. Şanlı Zəfərin qazanılmasında ən başlıca amillərdən biri lider-xalq-ordu birliyi oldu. Bu birlik və həmrəylik nəticəsində Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi adını Azərbaycanın tarixinə qızıl hərflərlə yazdırdı.

Artıq beş ildir ki, postmüharibə dövrünü yaşayırıq və bu dövrün də öz hədəfləri var. Qürurla deyə bilərik ki, postmüharibə dövrünün gündəliyini Azərbaycan lideri diktə edir. Beynəlxalq güclər, dünyanın böyük dövlətləri regionda yaranmış yeni reallıqları qəbul edir, bununla hesablaşırlar. Prezidentimizin cəsarətli, təmkinli addımları, taleyüklü məqamlarda nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq bizi qələbədən-qələbəyə aparır.

Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirib, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət nümunəsi təqdim edib. Məhz dövlət başçısının iradəsi sayəsində ölkədə yeni siyasi konfiqurasiya qurulub, siyasi dialoq mühiti formalaşıb. Siyasi dialoqu və əməkdaşlıq mühitini təşviq edən Prezident İlham Əliyev qeyd edir: "Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var". 

Son illər siyasi dialoqun müsbət demokratik təzahürləri də özünü göstərməkdədir. Belə ki, "Siyasi partiyalar haqqında" yeni qanun qəbul edilib, siyasi partiyalara dövlət maliyyə yardımının həcmi 2022-ci ildən başlayaraq 4 milyondan 5 milyona manata, 2025-ci ildən isə 6 milyon manata çatdırılıb. Parlament seçkilərində etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar da 2024-cü ilin IV rübündən etibarən dövlətdən maliyyə yardımı almağa başlayıblar. Eləcə də partiyaların mütləq əksəriyyəti dövlətçilik məsələləri ilə bağlı Vətən müharibəsi zamanı və digər dövrlərdə siyasi və milli birlik nümayiş etdirərək ümumilikdə 14 birgə bəyanat və müraciətə imza atıb. Siyasi partiyaların işğaldan azad edilmiş rayonlara birgə 8 səfəri həyata keçirilib. Bütün bunlar yeni siyasi konfiqurasiyanın nümunələridir. 

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər intibah, inkişaf və tərəqqi ilə səciyyələnir. Bu gün xalqımız formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoyub. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin prioritet istiqamətləri olacaq. Xalqımız və dövlətimiz cənab İlham Əliyevin liderliyi ilə bu hədəflərə də nail olacaq!


Pərvin KƏRİMZADƏ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstan və Özbəkistan liderləri Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədini imzalayıblar  

17:27
22 Yanvar

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib  

17:13
22 Yanvar

Burkina Fasoda silahlılar 11 polisi öldürüblər  

17:09
22 Yanvar

Türkiyəli ekspert: Ermənistanla münasibətlərin normallaşması Bakı ilə İrəvan arasında sülh sazişindən asılıdır  

17:02
22 Yanvar

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Ağsuda vətəndaşların müraicətlərini dinləyib, təsərrüfatlara baş çəkib  

17:00
22 Yanvar

Olimpiya və dünya çempionları Şuşada

16:57
22 Yanvar

Gürcüstan polisi radikal qruplaşma üzvlərini ələ keçirib

16:54
22 Yanvar

YAP Veteranlar Şurasının iclası keçirilib

16:44
22 Yanvar

Davosda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü olub YENİLƏNİB

16:39
22 Yanvar

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb  

16:33
22 Yanvar

Dünya mediası: "Qarabağ"ın Avropa arzusu davam edir  

16:27
22 Yanvar

Tramp Venesuelanın neft fondlarına nəzarəti ələ alıb  

16:23
22 Yanvar

Almaniya Kansleri: Böyük güclərin formalaşdırdığı bir dünya artıq yeni reallıqdır  

16:19
22 Yanvar

Putin Sülh Şurasına 1 milyard dollar ayırmağa hazır olduğunu bildirib

16:13
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Marko Rubio: Tramp sülh naminə hər kəslə dialoqa hazırdır  

15:41
22 Yanvar

Kəşmirdə hərbi avtomobil dərəyə aşıb: 10 əsgər həlak olub

15:39
22 Yanvar

Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

15:33
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!