22 İyun 2025 09:00
816
İQTİSADİYYAT
A- A+
Kənd təsərrüfatı məhsullarının istehsalı 1,5 faiz artıb

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,5 faiz artıb


Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-may aylarında ölkə üzrə istehsal olunan kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 3 milyard 706,1 milyon manat olmuşdur. Onun 2 milyard 838,9 milyon manatlığı heyvandarlıq, 867,2 milyon manatlığı bitkiçilik məhsullarının payına düşür. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 1,5, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1, bitkiçilik məhsulları istehsalı 3,1 faiz artmışdır.

Ölkədə yazlıq kənd təsərrüfatı bitkilərinin əkini əsasən başa çatmışdır. Bu il iyunun 1-i vəziyyətinə 369,8 min hektarda yazlıq bitkilərin səpini aparılmışdır. Həmin dövrdə 73,1 min hektarda dənli və dənli paxlalı bitkilər (ondan 33,9 min hektarı dən üçün qarğıdalı), 44,8 min hektarda kartof, 59,3 min hektarda tərəvəz, 17,3 min hektarda bostan bitkiləri, 100,6 min hektarda pambıq, 12,7 min hektarda dən üçün günəbaxan, 7,2 min hektarda şəkər çuğunduru, 2,5 min hektarda tütün, 47,8 min hektarda çoxillik otlar, 3,8 min hektarda birillik otlar və 0,7 min hektarda sair yazlıq bitkiləri əkilmişdir. 

Yaz-tarla işləri ilə yanaşı, kənd təsərrüfatı məhsullarının yığımı da aparılır. İyun ayının 1-nə kimi tarlalardan 437 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,8 faiz çox tərəvəz, 168,7 min ton (5,3 faiz çox) kartof, 99 min ton (11,3 faiz çox) taxıl, 34,8 min ton (3,3 faiz çox) meyvə və giləmeyvə, 498,7 ton (10 faiz çox) yaşıl çay yarpağı yığılmışdır.

Cari ilin yanvar-may aylarında quş əti də daxil olmaqla ölkə üzrə diri çəkidə 233,6 min ton ət, 916,5 min ton süd, 1 milyard 11,2 milyon ədəd yumurta, 11,2 min ton yun, 1,3 ton barama istehsal edilmiş, ötən ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 2,8, ət istehsalı 1,2, süd istehsalı 0,2 faiz artmış, yun istehsalı 1,4, barama istehsalı 58,1 faiz azalmışdır.       


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!