Avropa Parlamenti Azərbaycanın daxili hüquqi məsələlərinə qarışmağa cəhd etməzdən əvvəl öz köklü korrupsiya problemlərinin həllinə və ona münasibətdə zədələnmiş ictimai etimadın bərpasına diqqət yetirməlidir. Avropa Parlamentinin üzvləri eqoist siyasi oyunlar və ya maliyyə maraqlarını deyil, əsl həqiqət, ədalət və sülh arzusunu rəhbər tutmalıdırlar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış jurnalist, siyasi şərhçi Reyçel Avraham Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunmuş “Azərbaycanın ədalət hüququ: Avropa Parlamentinin erməni məhbuslarla bağlı ikili standartları” başlıqlı məqaləsində yazıb.
Məqalədə Azərbaycanın erməni məhbusların törətdikləri hərbi cinayətlərə görə mühakimə etdiyi bir vaxtda Avropa Parlamentinin öz korrupsiya qalmaqallarına və qərəzli müdaxilələrinə məhəl qoymadığı, əksinə, Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı əsir düşmüş Ermənistan vətəndaşlarının həbsdə saxlanması ilə bağlı absurd müzakirələrə rəvac verdiyi qeyd olunub. Belə ki, Avropa Parlamentindəki erməni lobbisi əndazəsiz şəkildə təhrif olunmuş versiya irəli sürərək bu məhbusları “günahsız qurbanlar” kimi qələmə verir. Halbuki, bu şəxslər Azərbaycanda işgəncə, muzdlu fəaliyyət, hərbi cinayətlər, terrorizm əməlləri və terrorizmin maliyyələşdirilməsi – Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin əhatə etdiyi cinayətlər də daxil olmaqla müxtəlif ağır ittihamlarla təqsirləndirilirlər.
Müəllif Avropa Parlamentinin bu yaxınlarda qəbul etdiyi "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" başlıqlı qətnaməni Qərb ictimaiyyətində ölkəmizin reputasiyasını zədələmək niyyəti daşıyan kampaniyanın tərkib hissəsi saymaqla əsassız, qeyri-obyektiv və qərəzli sənəd kimi səciyyələndirib. Keçmiş təcrübəyə istinad edərək Avropa Parlamentinin Azərbaycana qarşı düşmən mövqeyindən təəccüblənmədiyini vurğulayan politoloq sözügedən addımı erməni maraqlarının Avropa təsisatları hesabına təmin edilməsinin növbəti nümunəsi kimi dəyərləndirib. O, oxşar tendensiyaların Avropa Şurası Parlament Assambleyası və Avropa İnsan Haqları Məhkəməsi də daxil olmaqla digər Avropa təsisatlarında da müşahidə olunduğuna diqqət çəkib.
Yazıda, həmçinin vurğulanıb ki, davam edən bu qərəzlilik Azərbaycanın mübarizə aparmalı olduğu ikili standartlardan yalnız biridir. Halbuki Azərbaycan hökuməti həm milli, həm də beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərdiyini dəfələrlə vurğulayıb. Bildirilib ki, ağır cinayətlərdə təqsirləndirilən şəxslərin Bakıda davam edən məhkəmə prosesi ölkəmizin daxili hüquqi məsələsidir və burada hər hansı kənar müdaxilə əsassız olmaqla qəbuledilməzdir.
İsrailin də vaxtaşırı Avropa Parlamentinin ədalətsiz davranışına tuş gəldiyinə diqqət çəkilən məqalədə qeyd olunub ki, Avropa Parlamentinin bəzi üzvlərinin Azərbaycana qarşı mənfur davranışları gələcək nəsillər qarşısında bu qurumun nüfuzuna kölgə salır. Hüquqa dayanan ədalətli yanaşma budur ki, Azərbaycan onun ərazisində cinayət törətmiş şəxsləri mühakimə etmək kimi suveren hüquqa sahibdir və Avropa xalqları Cənubi Qafqazda baş verənlərlə bağlı həqiqəti bilməyə layiqdirlər.
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanidən
YAP Bərdə rayon təşkilatının kollektivi şəhid ailələri ilə birgə Şuşa, Xocalı və Xankəndiyə səfər ediblər
Maqnit qasırğası müşahidə edilir
Bəzi xarici şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa qoyulub
Ağdərə sakini: Ötən illər ərzində doğma yurdumuza qovuşacağımızı gözləmişik
Azərbaycanın xarici işlər naziri Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib
Özbəkistan Prezidenti Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında qlobal çağırışlardan danışıb
Britaniya parlamentarisi lord Con Man ilə Azərbaycan-Britaniya münasibətləri müzakirə olunub
EMTA fəaliyyət istiqamətlərinə dair 2025-ci ilin I rübü üzrə nəticələri açıqlayıb
Parlamentin növbəti iclasının gündəliyi bəlli olub
Azərbaycan və Böyük Britaniya parlament üzvləri ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər
Premyer Liqa: “Neftçi” səfərdə “Şamaxı”ya qalib gəlib
Azərbaycanın iki parabadmintonçusu Gimnaziadanın qızıl medalına layiq görülüb
Müstəqilliyimiz əbədidir: El gücünün qarşısında heç bir qüvvə dayana bilməz
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Yerin qütblərinə ilk kosmik uçuş həyata keçirilib
Birinci sinfə qəbulda prioritet tətbiq olunacaq paytaxt məktəblərinin siyahısı açıqlanıb
Britaniyada idarəçiliyin optimallaşdırılması məqsədilə dövlət orqanlarında yüzlərlə iş yeri bağlanılacaq
Gimnaziada: Azərbaycan qılıncoynadanı qızıl medal qazanıb
Abidələrin vahid formada pasportlaşdırılması üçün hüquqi baza yaradılır
İran XİN: Tehran heç vaxt nüvə silahı hazırlamayacaq
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!