21 Aprel 2026 18:21
457
İQTİSADİYYAT
A- A+
İspaniya ilə iqtisadi tərəfdaşlıq genişləndirilir

İspaniya ilə iqtisadi tərəfdaşlıq genişləndirilir

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İspaniyaya səfər edib. Səfər çərçivəsində İspaniya-Azərbaycan Dəyirmi Masası, İkinci İspaniya-Azərbaycan Strateji İqtisadi Dialoqu və İspaniya rəsmiləri ilə görüşlər keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Madriddə təşkil olunan İspaniya-Azərbaycan Dəyirmi Masasında hər iki ölkədən dövlət qurumları və şirkətlərin nümayəndələri iştirak ediblər.

Elnur Əliyev Azərbaycanın İspaniya ilə münasibətlərə önəm verdiyini vurğulayıb. Qeyd olunub ki, İspaniya ilə ticarət, investisiya, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, texnologiya, innovasiya və digər sahələr üzrə birgə fəaliyyətin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Ölkələrimizin bu potensialı real nəticələrə çevirməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycanın işgüzar mühiti haqqında da məlumat verilib. Bildirilib ki, ölkədə ticarət, istehsal və logistikanı dəstəkləyən investisiya platformaları fəaliyyət göstərir. Bu kontekstdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası, sənaye zonaları, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sərmayədarlar üçün yaradılan imkanlar diqqətə çatdırılıb.

İspaniyanın ticarət üzrə dövlət katibi Amparo Lopes Senovilya ikitərəfli iqtisadi münasibətlərin inkişafını yüksək qiymətləndirib, qarşılıqlı investisiya və biznes əlaqələrinin genişləndirilməsi barədə fikirlərini bölüşüb.

Dəyirmi Masada İspaniya Ticarət Palatasının baş direktoru İnmakulada Riera, İspaniya Sahibkar Təşkilatları Konfederasiyasının Beynəlxalq Əlaqələr Komissiyasının sədri Marta Blanko, Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov Azərbaycan-İspaniya iqtisadi əlaqələrinin genişləndirilməsi imkanlarını qeyd ediblər.

Tədbirdə Azərbaycanın investisiya mühiti və biznes imkanları barədə təqdimat keçirilib, tərəfdaşlığın möhkəmləndirilməsinə dair müzakirələr aparılıb.

İkinci İspaniya-Azərbaycan Strateji İqtisadi Dialoqunda vurğulanıb ki, İqtisadi Dialoq mexanizmi vasitəsilə ticarət dövriyyəsinin artırılması, investisiya axınının genişləndirilməsi və prioritet sahələr üzrə əməkdaşlığın gücləndirilməsi üçün əlverişli imkanlar var. Bununla yanaşı, tərəfdaşlığın gələcəkdə daha geniş institusional formatda inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Tədbirdə Azərbaycan Respublikası və İspaniya Krallığı arasında Strateji İqtisadi Dialoqun 2-ci iclasının Protokolu imzalanıb, həmçinin Protokolun əlavəsi olaraq ticarət, investisiya, nəqliyyat-tranzit və digər istiqamətlər üzrə tərəfdaşlığı nəzərdə tutan Yol Xəritəsi qəbul edilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin İspaniya Krallığının ticarət üzrə dövlət katibi Amparo Lopes Senovilya ilə görüşündə qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya əməkdaşlığının genişləndirilməsi, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və digər məsələlər haqqında müzakirələr aparılıb.

İspaniya Krallığının Deputatlar Palatasının İqtisadiyyat, Ticarət və Rəqəmsal Transformasiya Komitəsinin sədri Pedro Puy Fraqa ilə müzakirələrdə parlamentlərarası əlaqələrin iqtisadi əməkdaşlığa töhfəsi qeyd olunub. Eyni zamanda, Azərbaycanın regionun strateji logistika və enerji qovşağı kimi rolu, Orta Dəhliz çərçivəsində imkanları, nəqliyyat bağlantıları və İspaniya şirkətləri üçün investisiya perspektivləri haqqında məlumat verilib.

İspaniyanın Rəqəmsal Transformasiya, Nəqliyyat və Dayanıqlı Mobillik, Kənd Təsərrüfatı, Balıqçılıq və Ərzaq nazirliklərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə rəqəmsal iqtisadiyyatın inkişafı, dövlət idarəçiliyində məlumat əsaslı həllər, innovasiya ekosisteminin gücləndirilməsi, nəqliyyat-logistika və ərzaq təhlükəsizliyi üzrə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Beynəlxalq Zeytun Şurasının icraçı direktoru Jaime Lilyo Lopes ilə görüşdə Azərbaycanın qurum çərçivəsində fəaliyyəti, zeytunçuluq sahəsində beynəlxalq standartların tətbiqi, texniki əməkdaşlıq, sertifikatlaşdırma, ekspert dəstəyi və yerli istehsalçıların beynəlxalq bazarlara çıxış imkanları nəzərdən keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pəncab əyalətinin Baş nazirinin müavini: Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur  

13:15
19 May

Sabah hava əsasən yağmursuz olacaq

13:14
19 May

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 149-cu kitabı çapdan çıxıb

13:13
19 May

Malayziya mediası: WUF13 Bakıda qlobal şəhərsalma əməkdaşlığını gücləndirir

13:12
19 May

WUF13-də “Yaşıl evlər, yaşıl eyvanlar: İqlimə dayanıqlı şəhərlər üçün hidroponik həllər” adlı xüsusi təlim sessiyası

13:11
19 May

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı: WUF13 dünyamızı daha dayanıqlı yerə çevirmək üçün fürsətdir

13:08
19 May

Sosial inklüzivlik və mənzil təminatı cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynayır

12:59
19 May

WUF13: “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda beynəlxalq təlim təşkil olunub - YENİLƏNİB

12:43
19 May

Qarabağda postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri WUF13-də təqdim olunub - YENİLƏNİB  

12:37
19 May

Moldova xəbər portalı Prezident İlham Əliyevin WUF13-ün rəsmi açılış mərasimindəki çıxışına geniş yer ayırıb  

12:23
19 May

Rusiyada nüvə qoşun bölmələrinin təlimi başlayıb

12:13
19 May

Avrokomissar: Qlobal mənzil böhranından ən çox əziyyət çəkən gənclərdir

12:04
19 May

Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarları xidmətinin bərpası barədə razılığa gəlib  

12:01
19 May

Asiman İlyasov: WUF13 BDU-nun tələbə və gənc tədqiqatçıları üçün böyük imkanlar yaradır  

11:58
19 May

DSMF-nin fəaliyyət istiqamətləri üzrə 67 minə yaxın elektron arayış alınıb

11:52
19 May

Prezidentin xüsusi nümayəndəsi: Xankəndi Şəhər Dəmir Yolu və Avtovağzal Kompleksinin tikinti işlərinin 40 faizi yekunlaşıb  

11:51
19 May

Tramp: ABŞ-İran danışıqlarında müsbət irəliləyişlər var

11:46
19 May

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

11:45
19 May

UN-Habitatın xoşməramlı səfirinə Azərbaycanda şəhid ailələrinin xanımlarına göstərilən dəstək barədə məlumat verilib  

11:44
19 May

Dünya Gözdən Əlillər Birliyinin prezidenti: Fiziki məhdudiyyətli insanların evlə təmin olunması əlçatan olmalıdır VİDEO  

11:32
19 May

Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub

11:28
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!