10 Dekabr 2024 08:20
409
SİYASƏT
A- A+
İrəvanın militarizasiya siyasəti bölgədə münaqişə riskini artırır

İrəvanın militarizasiya siyasəti bölgədə münaqişə riskini artırır


Ermənistanın yenidən silahlanması Azərbaycan tərəfindən haqlı olaraq təhdid kimi qiymətləndirilir


Cənubi Qafqazda münaqişə ocağının qalmasında, gərginliyin artmasında maraqlı olan Qərb bölgə dövlətlərindən istifadə etməyə çalışır. Qərb Gürcüstan planından başqa, əlində oyuncağa çevrilən, daha asan vasitə olan Ermənistanın əli ilə yürütdüyü məkrli planlarından əl çəkmir.

Azərbaycan və Ermənistan arasında sülh istiqamətində danışıqların getdiyi vaxtda bəzi ölkələrin Ermənistana yeni silahlar verməsi, raket kompleksləri ilə təmin etmək niyyətləri də onların məkrli məqsədlərindən xəbər verir. Ermənistandakı müşahidə missiyasının da əməli, məqsədi əvvəldən bəllidir. 

Qərbin dəstəyi və təhriki ilə şərti sərhəddə müşahidə edilən aktivləşmə Ermənistanın yeni müharibəyə hazırlaşdığını bir daha göstərir. Paşinyan Azərbaycanla müharibə istəmədiyini desə də, Avropanın bəzi rəsmiləri çıxışlarında Azərbaycanla Ermənistan arasında sülhün yaranmasında maraqlı olduqlarını və dəstək göstərməyə hazır olduqlarını bəyan etsələr də, deyilən sözlərin həqiqəti əks etdirmədiyi, əməldə tam əksi Vətən müharibəsindən bəri görsənir. 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli qəzetimizə açıqlamasında bildirib ki, Ermənistanın silahlanmasını iki ölkə arasında davam etməkdə olan sülh prosesinə əsas maneələrdən biri kimi qəbul edilir: "Bu da təsadüfi deyil, çünki Ermənistan vaxtilə Azərbaycan torpaqlarını işğal edərək otuz il ərzində təcavüzü davam etdirmiş ölkədir. Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb, bölgədə davamlı sülhə nail olunmayıb. İki ölkə arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin razılaşdırılması ilə bağlı danışıqlar prosesi davam edir. Lakin hələ Ermənistanın konstitusiyasında daxili qanunvericilik sənədlərində Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən məqamlar dəyişilməz olaraq qalıb. Bütün bunların fonunda Ermənistanın yenidən silahlanması Azərbaycan tərəfindən haqlı olaraq təhdid kimi qiymətləndirilir". 

Ermənistanın hər il hərbi büdcəsini artırdığını deyən M.Məmmədli bildirib ki, bu il büdcəni 20 faiz artırıb. Ermənistan müxtəlif ölkələrlə hərbi əməkdaşlığını dərinləşdirir, yeni öldürücü silahlar alır. Fransa, Hindistan kimi bəzi ölkələr Ermənistanın silahlanmasında yaxından iştirak edirlər. Bütün bunlar Ermənistanda onsuz da mövcud olan revanşizm meyillərini daha da gücləndirir. Ekspert vurğulayıb ki, Ermənistanda həm revanşizm meyillərinin güclənməsi, həm silahlanma, bütövlükdə militarizasiya siyasəti bölgədə yeni münaqişə risklərini artırır.


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir YENİLƏNƏCƏK

14:05
08 Noyabr

Prezident İlham Əliyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir

14:04
08 Noyabr

Prezident: Enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik  

14:03
08 Noyabr

Azərbaycan Prezidenti: Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir  

14:02
08 Noyabr

Prezident: Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil

14:01
08 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi 

14:00
08 Noyabr

Azərbaycan Prezidenti: Bu gün hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür 

13:57
08 Noyabr

Prezident İlham Əliyev: Türkiyə Prezidenti İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana öz dəstəyini göstərirdi 

13:57
08 Noyabr

Böyük Britaniyada son üç ayda 25 məscidə 27 hücum olub  

13:03
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib  

12:57
08 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

12:43
08 Noyabr

Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini Azərbaycana səfərə gəlib  

12:41
08 Noyabr

Binəli Yıldırım: Bu zəfər dünyaya inamın, qətiyyətin və qardaşlığın gücünü göstərdi  

12:40
08 Noyabr

Alimlər nəhəng hörümçək toru aşkar ediblər  

12:35
08 Noyabr

Azərbaycanın gənclər və könüllü təşkilatları Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat yayıb  

12:33
08 Noyabr

Şuşada Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir  

12:29
08 Noyabr

Qələbəyə bir neçə saat qalırdı...  

12:26
08 Noyabr

“Qalib Azərbaycan: beş ildə Zəfərdən Zirvəyə” adlı tədbir keçirilib  

12:24
08 Noyabr

Bakıda Zəfər muzeyinin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

12:11
08 Noyabr

Şəhidlərin xatirəsinə ehtiram

12:09
08 Noyabr

Moskvada Azərbaycanın Zəfər Günü qeyd olunub  

12:07
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!