31 Avqust 2024 18:23
188
DÜNYA
A- A+

İran XİN-in sözçüsü Ukraynanın iddialarını təkzib edib

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Ukrayna Təhlükəsizlik Xidməti və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Rusiya hərbçilərinin təlimində iştirak etməsi barədə Ukrayna Baş Prokurorluğunun irəli sürdüyü ittihamı təkzib edib, onu əsassız və siyasi motivli iddia adlandırıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Kənani deyib: “Bu cür əsassız ittihamlar konkret siyasi məqsəd və motivlər güdür, habelə İran İslam Respublikasının Ukraynadakı münaqişə ilə bağlı prinsipial mövqeyinə ziddir. Tehran hesab edir ki, bu münaqişəyə son qoyulmalı və Rusiya ilə Ukrayna arasındakı fikir ayrılıqları sülh yolu ilə həll edilməlidir”.

Avqustun 24-də Kiyev ilk dəfə olaraq üçüncü ölkənin nümayəndəsinə qarşı Rusiyanın xüsusi əməliyyatında iştirak etməsi iddiası ilə ittiham irəli sürüb. Ukrayna Baş Prokurorluğu qiyabi olaraq SEPAH-ın generalı Abbas Musa Şərifi Mollasareyi rus hərbçilərinə PUA-lardan istifadə etmək təlimi keçməkdə ittiham edib. Bu kontekstdə Tehranın Moskvaya pilotsuz aparatları təhvil verməsi də qeyd edilib ki, bu da əvvəllər hər iki ölkənin hakimiyyət orqanları tərəfindən təkzib olunub.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bu cür xəbərləri saxta adlandırıb və Rusiya ordusunun sırf yerli istehsal olan təyyarələrdən istifadə etdiyini vurğulayıb. 2022-ci ilin noyabrında İran Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya Federasiyasına az miqdarda PUA-ların tədarük edildiyini, amma bunun Ukraynada hərbi əməliyyatların başlanmasından bir neçə ay əvvələ aid olduğunu bildirmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video