10 Dekabr 2024 08:35
755
SİYASƏT
A- A+
İnsan hüquqlarının qorunması istiqamətində Azərbaycan çox mühüm addımlar atır 

İnsan hüquqlarının qorunması istiqamətində Azərbaycan çox mühüm addımlar atır 


Tarixin səhifələrində insanlar üçün əlamətdar günlər çoxdur. Belə günlərdən biri də dekabrın 10-dur. 74 ildir ki, həmin gün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu günün tarixinə nəzər salanda öyrənirik ki, "Bütün insanlar azad və bərabərdir" tezisinə əsaslanan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 10 dekabr 1948-ci ildə bu günü  İnsan Hüquqları Günü olaraq qəbul edib. İnsan hüquqlarının qorunmasının əhəmiyyətini nəzərə alan BMT Baş Məclisi 1950-ci ildə bütün dövlətlərə dekabrın 10-nu gününü İnsan Hüquqları Günü kimi qeyd etməyi tövsiyə edib. 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçərək həm BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə, həm də bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdu. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuş, hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan vermişdir.

Dünyada yaşayan bütün insanların doğulduğu gündən toxunulmaz hüquq və azadlıqları var. İnsan hüquqlarının əsas qayəsi yer üzündəki bütün insanların eyni hüquqa malik olmalarını aydın şəkildə göstərir. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyət və vəzifələrini də müəyyən edir. Vətəndaşın hüquqları dövlət tərəfindən etibarlı şəkildə qorunur. İnsan haqları ölkələrin konstitusiyalarında əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə bir hüquq kimi qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanuniləşdirilmişdir. İnsan haqları bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq bu cür ifadə olunur: "Hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir".

Dərindən diqqət yetirdikcə görürük ki, insan hüquqları insanlar üçün ən etibarlı qoruyucudur. Qəbul olunmuş qanunlar insanların müdafiəsində dayanmaqla yanaşı, həm də onlara cəmiyyətdə, həyatda necə davranmalı olduğunu öyrədir, düzgün yol göstərir, davranış qaydalarını izah edir. İnsan hüquqları hər şeydən əvvəl insanlara həm özünə, həm də başqalarına qarşı hörmətlə yanaşmağı tələb edir. Hər kəsə yüksək insani keyfiyyətlər, mənəvi dəyərlər aşılayır. 

İnsan hüquqları ideyasının əsasında dayanan iki başlıca amil insan ləyaqəti və bərabərliyidir. İnsan ləyaqəti və  bərabərliyi insanlara verilən ən yüksək dəyərdir. Bu dəyər beynəlxalq konvensiya və qərarlarla daim etibarlı şəkildə qorunur. 

Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra bu istiqamətdə uğurlu addımlar atmışdır. Ombudsman haqqında konstitusiya qanunu qəbul edilmiş, bunun əsasında ölkəmizdə ilk Ombudsman təsisatı yaradılmışdı. Ölkəmizdə insan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən Ümummilli Lider Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi məqsədilə 1998-ci il 22 fevral tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı, habelə 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması nəzərdə tutulmuşdu. 2001-ci il dekabrın 28-də isə Milli Məclis "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Konstitusiya Qanununu qəbul etmişdir. Qısa müddət ərzində müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılmışdı. 2002-ci il martın 5-də "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikası konstitusiya Qanununun tətbiq edilməsi barədə fərman imzalanmışdır. Göründüyü kimi, insan hüquq və azadlıqlarına diqqət və qayğı daim dövlətimizin diqqət mərkəzində olmuşdur.

Azərbaycanda insan hüquqları sahəsində yol xəritəsi rolunu oynayan "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı" və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" kimi üç mühüm strateji sənəd qəbul edilmişdir.

Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü elan edilməsi Azərbaycanda insan hüquqları ilə bağlı fəaliyyətin dəyərləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. 2012-ci ilin dekabrında təsdiq olunmuş "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da insan hüquqlarının səmərəli qorunması üçün yeni cəmiyyətdə imkan və perspektivlər açmışdır. 

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs ölkədə dayanıqlı inkişafa, insanların həyat səviyyəsinin yüksəlməsinə, hüquq bərabərliyinin təmininə əlverişli şərait yaratmışdır. Bu günə qədər ölkəmizdə insan hüquqlarının daha da inkişaf etdirilməsi məqsədilə çoxsaylı qanunvericilik aktları qəbul olunmuşdur. Hazırda Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri bərabər şəkildə yaşayırlar. Təbiidir ki, buna ölkəmizdə insan hüquqlarının müdafiəsini təmin edən mükəmməl qanunvericilik bazasının yaradılması imkan vermişdir.

Azərbaycan insan hüquqlarının qorunması sahəsində olduqca fəaldır. Buna görə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn bütün öhdəliklər yüksək səviyyədə yerinə yetirilir. Ölkəmiz insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən bir sıra qurumları mühüm yer tutur.

İnsan hüquqları və əsas azadlıqların təmin olunması istiqamətində ölkə daxilində həyata keçirilən tədbirlərlə yanaşı, Azərbaycan beynəlxalq insan hüquqları müdafiə sisteminə də əvəzsiz töhfələrini verir. Azərbaycan 2006-cı ildə yaradılmış BMT-nin İnsan Hüquqları Şurasının ilk üzvləri sırasında olub. 

Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycanda azad mətbuatın fəaliyyət göstərməsi, söz və fikir azadlığının hərtərəfli şəkildə təmin olunması istiqamətində də çox mühüm addımlar atılmışdır. Ümummilli Lider Heydər Əliyev 1998-ci ildə imzaladığı sərəncamla mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-in inkişafı üçün onların qarşısında geniş imkanlar açmışdır.  Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən azad mətbuatın inkişafına yönəlmiş sərəncamlar imzalamışdır. "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" bu uğurlardan biridir.

Noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirilməsi də insan hüquq və azadlıqlarına böyük töhfələr verdi. Bu mötəbər tədbirdə dünya xalqları Azərbaycanda birləşdi. Xalqlar, millətlər bir-birinə daha da yaxınlaşdı, daha da mehribanlaşdı.  Həmin günlərdə dünya bir  daha gördü ki, ölkəmizdə demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərin qorunması istiqamətində Azərbaycan dövləti çox mühüm addımlar atır.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!