24 Aprel 2026 15:39
557
Elm və texnika
A- A+
“İnnovativ potensial: əqli mülkiyyət+intellekt” mövzusunda dəyirmi masa təşkil edilib

“İnnovativ potensial: əqli mülkiyyət+intellekt” mövzusunda dəyirmi masa təşkil edilib


Aprelin 24-də Əqli Mülkiyyət Agentliyi tərəfindən “İnnovativ potensial: əqli mülkiyyət+intellekt” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir 26 Aprel – Əqli Mülkiyyət Günü münasibətilə təşkil edilib.

Agentliyin İdarə Heyətinin sədri professor Kamran İmanov seminarda çıxışına Azərbaycan Prezidenti İlham Əliyevin bu fikirlərini sitat gətirməklə başlayıb: “Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir. Gələcəyimiz – innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir”. Professor vurğulayıb ki, bu fikirlər sinkretik məna daşıyır, mövcud reallıqları əks etdirir, uzaqgörən kreativlik gücə malik olaraq, bu günümüzlə gələcəyimiz arasındakı körpüdür. Bununla belə, qarşımızda istər əqli mülkiyyət sisteminin, istərsə də elm və təhsilimizin yeni vəzifələrini müəyyən edir.

Kamran İmanov diqqətə çatdırıb ki, innovasiya ekosistemi iqtisadiyyatın innovasiya fəaliyyətini birgə stimullaşdıran, qarşılıqlı əlaqəli institutlar, təşkilatlar və imkanlar şəbəkəsindən ibarət olan sistemdir. Bu kontekstdə innovasiya potensialı dedikdə, konkret innovasiya sahələrində rəqabət üstünlüyü yaratmağa imkan verən biliklər, ixtisaslaşmış bacarıqlar və institusional imkanlar nəzərdə tutulur.

“İnnovasiya ekosistemi böyük və mürəkkəb sistem kimi bir sıra amillərin qarşılıqlı təsirindən asılıdır. Bunların ən mühümləri onun elmi, texnoloji, sahibkarlıq və istehsal aspektləridir. Bu dördlük ən vacib amillərdir. Məhz qeyd olunan amillər arasındakı qarşılıqlı əlaqənin dərəcəsi - yəni müxtəlif innovasiya imkanlarının ümumi bilikləri, bacarıqları və ya infrastrukturunu nə qədər paylaşması və birgə istifadə imkanları - ekosistemin bir sahədən digərinə asanlıqla diversifikasiya edə bilməsini müəyyən edir və bununla da mövcud amillərin qarşılıqlı təsirindən yaranan emergentliyi və akkumulyasiya effektini formalaşdırır”, - deyə professor Kamran İmanov bildirib.

Agentliyin rəhbəri qeyd edib ki, dünyada əqli mülkiyyət innovativ inkişafın əsas drayverlərindən biri kimi qəbul olunub. Süni intellektin istifadəsi vasitəsilə gücləndirildiyi halda, əqli mülkiyyət innovasiya potensialına təsir imkanlarını genişləndirmək üçün tamamilə əlverişli olur. Bunun üçün süni intellekt “hazırlanmış” olmalı, əvvəlcədən qeyd olunan amillərin empirik və ekspert təhlilindən irəli gələn mürəkkəb qarşılıqlı təsirinin arzuolunan formasını əks etdirən müəyyən normativ modelə malik olmalıdır.

Professor Kamran İmanov bildirib ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən Harvard Universitetinin “Growth Lab” laboratoriyası ilə birgə hazırlanmış “İnnovasiya Potensialına Baxış (İPB) 2026” adlı tədqiqata əsasən, 193 ölkədə 2,5 milyard məlumat (datalar) vahidi təhlil edilib və 2500-dən çox innovasiya imkanını əhatə edən xəritə yaradılıb.

“Müəyyən olunub ki, hazırda tədqiq edilən ölkələrin yalnız 10 faizi öz texnoloji potensialını tam şəkildə reallaşdırır. Bu da ildə təxminən 339000 texnoloji innovasiyaya bərabərdir.

Başqa sözlə, texnoloji innovasiyalar sahəsində iqtisadiyyatların yalnız 10 faizi öz patent potensialını reallaşdırır. Eyni zamanda 27 faizi ticarət nişanları üzrə gözlənilən həcmə nail olur, 32 faizi isə elmi nəşrlər potensialını həyata keçirir. Bu isə qlobal innovasiya sistemində kritik dar boğazı təşkil edir və elmi biliklərin və istehsal güclərinin patentləşdirilə bilən innovasiyalara çevrilməsi prosesində mövcud olan sistemli maneələri göstərir”, - deyə professor Kamran İmanov bildirib.

Agentliyin rəhbəri qeyd edib ki, iqtisadiyyatlar innovasiya ekosisteminin müxtəlif mürəkkəblik səviyyələrinə malikdir. Bu isə əsas imkanların mürəkkəblik dərəcəsindən və müxtəlif innovasiya sahələri arasındakı əlaqələrin sıxlığından asılıdır. Elmi imkanlar məhdud mürəkkəbliyə malik iqtisadiyyatlar üçün ən əlçatan hesab olunur (buraya fundamental tədqiqatlar, elmi nəşrlər və araşdırmalar daxildir). Texnoloji imkanlar isə yüksək inkişaf səviyyəsi tələb edir və sürətli iqtisadi artıma malik iqtisadiyyatlara yönəlib. Sahibkarlıq bacarıqları aşağı mürəkkəblikli ekosistemlərlə daha uyğunluq təşkil edir, lakin sürətli inkişafı təmin edir. İstehsal imkanları isə adətən yüksək mürəkkəblik tələb edir və orta səviyyəli artımla xarakterizə olunur. Bu deyilənlər innovasiya potensialının inkişafını planlaşdırmağa imkan verir.

Professor Kamran İmanov deyib ki, ÜƏMT innovasiya ekosistemini innovasiya nəticələrinə təsir edən maraqlı tərəflərin (stakeholderlərin) məcmusu kimi nəzərdən keçirir, “Global Innovation Index” isə onu tək bir göstərici ilə deyil, təxminən 80 indikatorla, yəni təhsildən və infrastrukturdan tutmuş bilik yaradılması və biznes mühitinə qədər ölçür. Buna görə də dörd amilin hər biri üçün universal və sabit “təsir payı” mövcud deyil: onların töhfəsi ekosistemin inkişaf mərhələsindən və iştirakçılar arasındakı əlaqələrin keyfiyyətindən asılı olaraq dəyişir.

Yeni biliklərin generasiyası mərhələsində ən güclü təsir edən amillər elm və texnologiyalardır. Kommersiyalaşma mərhələsində ən güclü təsir edən amillər sahibkarlıq və texnologiyalardır. İqtisadiyyata miqyaslandırma və geniş təsir mərhələsində isə ən güclü təsir edən amillər istehsal və texnologiyalardır. Beləliklə, elm potensial yaradır, texnologiyalar onu tətbiqi formaya salır, sahibkarlıq onu bazar məhsuluna çevirir, istehsal isə nəticəni miqyaslandırır və möhkəmləndirir.

Əqli Mülkiyyət Agentliyinin rəhbəri vurğulayıb ki, bu günə qədər dünyada süni intellekt tərəfindən yaradılan məhsul tək onun adından qeydə alına bilmir: “Çünki qeydə almaq o deməkdir ki, süni intellekt insan imkanlarına bərabərdir. Amma bu, belə deyil. Qeydə almaq üçün süni intellektlə birgə işləyən şəxs öz adını qeyd etməli, süni intellektin yardımını göstərməlidir, o zaman bu, qəbul olunur. Tutaq ki, hər hansı dövlət süni intellekti müəllif kimi qeydə almaq qərarına gəlib. Lakin bu da mümkün deyil. Çünki dövlətlər əqli mülkiyyət sahəsində çoxtərəfli müqavilələrlə bağlıdır, məsələn, sənaye mülkiyyəti, patentlə bağlı Paris Konvensiyası, müəlliflik hüququ ilə bağlı Bern Konvensiyası mövcuddur. Yəni bir dəyişiklik olarsa, bu, bütün ittifaqlara aid olub yenilənməlidir. Hazırda süni intellektin əqli mülkiyyət subyekti olmaq haqqında danışmaq hələ tezdir. Azı 20-30 il lazımdır ki, bu məsələ öz yerini tapsın.

Dəyirmi masada çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri, professor Hicran Hüseynova diqqətə çatdırıb ki, süni intellekt bu gün texnologiyanın, müxtəlif sahələrin inkişafında çox mühüm yer tutur. Süni intellektin sürətlə yayılması əqli mülkiyyət sahəsində ciddi hüquqi və konseptual məsələlər doğurur.

“Xüsusilə alqoritmlər tərəfindən yaradılan məhsullarda, yəni bu məhsulun real sahibinin kim olması getdikcə daha aktual mövzuya çevrilir. Biz görürük ki, süni intellekt bir sıra yollarla əqli mülkiyyətlə kəsişir. Son zamanlar dünyada süni intellekt sahəsində ayrıca strategiyalar qəbul olunur və həyata keçirilir”, - deyə Hicran Hüseynova bildirib. O vurğulayıb ki, ötən il Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul edilib. Həmçinin “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Azərbaycanda süni intellektlə bağlı normativ-hüquqi baza formalaşıb.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxışında bildirib ki, süni intellektin yaxşı tərəfləri olsa da, formalaşdırdığı pis vərdişlərin qarşısını almaq lazımdır. Bu gün süni intellekt Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, mətbuatına təsir edir. Bəzi hallarda süni intellekt yanlış istiqamətdə istifadə edilir. Bu da müəlliflik hüququna təsir göstərir.

AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev qeyd edib ki, Azərbaycanda artıq süni intellekt inqilabına bənzər bir proses gedir. Son zamanlar Azərbaycan Prezidenti tərəfindən süni intellektlə bağlı mühüm sənədlər qəbul edilib. Ölkəmizin yeni rəqəmsal arxitekturasının ortaya çıxması, onun möhkəm, dayanıqlı altplatformasının formalaşması, ən başlıcası isə dataların toplanması, ölkənin milli data ekosisteminin yaradılması – bütün bunlar varsa, əlbəttə, o zaman süni intellekt məhsul verəcəkdir. Əqli mülkiyyət hüquqları həmişə aktual olub. Son zamanlar qlobal virtual məkan, rəqəmsal platforma bu aktuallığı daha da artırıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında bildirib ki, innovativ potensialın reallaşdırılması, əqli mülkiyyət, süni intellekt sahəsində görülən işlər kifayət qədər önəmlidir.

V.Şıxəliyev Azərbaycan Prezidenti tərəfindən Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradıldığını vurğulayıb. Qeyd edib ki, Komissiya çərçivəsində 25 işçi qrupu fəaliyyət göstərir vəonların 15-i bilavasitə qlobal innovasiya indeksinin müvafiq altindeksləri ilə bağlı fəaliyyət göstərir. Bu işçi qrupları müvafiq indeksin tələblərini düzgün şəkildə təhlil edərək, öncədən hansı tədbirlərin icra olunmasını bəyan edirlər. Həmin faktor bizə imkan verir ki, bu sahədə maraqlı tərəfləri prosesə cəlb edə bilək, yəni dövlət orqanları təkcə özləri tədbirlər həyata keçirmirlər, həm də akademik müəssisələrə, sahibkarlıq subyektlərinə, qeyr-hökumət təşkilatlarına qərarvermə prosesində maraqlı tərəf kimi iştirak imkanı yaradıla bilər.

“Bugünkü dəyirmi masada çox faydalı müzakirələr aparıldı və aktual fikirlər səsləndi. Biz innovativ fəaliyyətin nəticəyönümlü olmasını istəyiriksə, mütləq qaydada hər bir altindeksin, komponentlərin tələbləri və ölkəmizdə innovasiyaya giriş, innovasiyaya çıxış istiqamətində tarazlığı necə təmin etmək məsələləri üzərində düşünmək lazımdır. İnnovasiyaya giriş üzrə ölkəmizin mövqeyi kifayət qədər irəlidədir, innovasiyaya çıxış, yəni innovativ məhsulların yaradılması üzrə bizim ciddi potensialımız var. Müvafiq əlaqələndirmə vasitəsilə biz bu potensialı iqtisadi dəyərə çevirə bilərik”, - deyə Vüsal Şıxəliyev bildirib.

Digər çıxışlarda Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti yüksək qiymətləndirilib, konfransın mövzusunun aktuallığı vurğulanıb, birgə əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Yüksəliş” müsabiqəsinin qaliblərinə həssas qruplara göstərilən sosial xidmətlər barədə məlumat verilib  

16:39
29 Aprel

LNG qiymətləri artmağa davam edir

16:39
29 Aprel

Moskvada baş verən yanğınla bağlı beş nəfər saxlanılıb

16:38
29 Aprel

Nazir: Əmək müqavilələrinin 97 faizi e-qaydada bağlanılıb

16:36
29 Aprel

Prezident Ərdoğan: Türkiyə regionda yeni təhlükəsizlik paradiqmasına can atır

16:34
29 Aprel

Yaz allergiyası astmaya çevrilə bilər?

16:33
29 Aprel

Azərbaycanda zərgərlik sənayesi sahəsində yeni dövlət standartı qəbul edilib

16:32
29 Aprel

Azərbaycan ilə Çexiya arasında dostluq və əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir  

16:03
29 Aprel

Zelenski: Ukrayna Rusiyaya zərbələrin məsafəsini artıracaq

15:59
29 Aprel

Azərbaycan avarçəkmə üzrə "Prezident Kuboku"nda ilk medalını qazanıb

15:58
29 Aprel

Vətəndaşların rifahının yüksəldilməsi, təhlükəsizliyi və sosial müdafiəsi həmişə prioritet olub  

15:57
29 Aprel

Aprel: neysandan leysana, bərəkətdən fəlakətə

15:51
29 Aprel

“Neftçi” və “Qarabağ” azarkeşlərinə görə yüksək məbləğdə cərimələnib

15:46
29 Aprel

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib  

15:42
29 Aprel

May ayına olan hava proqnozu açıqlanıb

15:35
29 Aprel

“Sahibkarlar günü” qeyd olunub

15:20
29 Aprel

Hərbi qulluqçular arasında hüquqi maarifləndirmə işi gücləndirilir  

15:19
29 Aprel

Azərbaycan və Maldiv arasında vizasız rejim qüvvəyə minib

15:18
29 Aprel

Gömrük Məcəlləsi dəyişdirilir – Yeni qanun layihəsi  

15:16
29 Aprel

İƏT-in Təmiz Enerji Mərkəzi təcrübə mübadiləsinə dəstək verməyi planlaşdırır  

14:51
29 Aprel

Almanya Bundestaqının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

14:50
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!