01 Sentyabr 2024 08:55
81
İDMAN
A- A+

İlk qızılımız

 

Fransada yenidən Azərbaycan himni səsləndi

 

Fransada idman həvəskarlarının həyəcanı artmaqdadır. Parisdə sayca XVII Paralimpiya Oyunları davam edir. Planetin ən güclü idmançılarının yarışdığı turnirdə gərgin idman mübarizəsinin şahidi oluruq. 
Azərbaycanda da hamı Parisdən medal xəbəri eşitmək  ümidi ilə yarışları izləyir. Bundan əvvəl  iştirak etdikləri son 7 paralimpiadada qazandıqları medallarla xalqımızı sevindirən paralimpiya yığmamızda parataekvondoçuların çıxışları hamının diqqətini çəkdi. Belə ki, ilk yarış günündə bu idman növündə Sabir Zeynalov (58 kq) bürünc medal qazandı. 
Sevindirici haldır ki, ikinci yarış günündə qazanılan medalın əyarı qızıl oldu. Belə ki, 70 kq çəkidə yarışan parataekvondoçumuz İmaməddin Xəlilov "Paris-2024"də ölkəmizin hesabına ilk qızıl medalı yazdıran idmançı kimi tarixə düşdü.
Təmsilçimiz mübarizəyə 1/4 finaldan başlayıb. Miçel Ernesto Uolkerlə (Kuba) üz-üzə gələn idmançımız 12:2 hesabı ilə qələbə qazanıb. İ.Xəlilov yarımfinalda özbəkistanlı Cavoxir Alikulovla qarşılaşıb. İmaməddin rəqibinə 7:2 hesabı ilə qalib gələrək finala yüksəlib. Həlledici mərhələdə rəqib türkiyəli Fatih Çelik olub. Rəqibinə 15:2 hesabı ilə qalib gələn İmaməddin Xəlilov Paralimpiya çempionu olub.
Bununla da, Fransada növbəti dəfə himnimiz səsləndi, bayrağımız yüksəkdə dalğalandı. Xatırladaq ki, bir ay bundan öncə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında da himnimiz iki dəfə səslənmişdi.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video