26 Aprel 2025 08:05
548
SİYASƏT
A- A+
İkitərəfli əlaqələr yeni müstəviyə keçir

İkitərəfli əlaqələr yeni müstəviyə keçir


Avropa İttifaqı Azərbaycanın regional və geosiyasi əhəmiyyətini qəbul edir


"Azərbaycan regionda əhəmiyyətli tərəfdaşdır və əlaqələrimizin gücləndirilməsi baxımından müəyyən gözləntilərimiz var. Əlaqələrimiz ikitərəfli yol kimi inkişaf edir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Münaqişənin izlərinin aradan qaldırılması və həyatların xilas edilməsi üçün görülən işləri yüksək qiymətləndiririk".

Bu fikirləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas xarici işlər naziri Ceyhun Bayramovla dünən keçirdiyi birgə mətbuat konfransında söylədi. 

Avropa İttifaqının Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu deyən diplomat bəyan etdi ki, Aİ Azərbaycanla ticarət əlaqələrini yeni razılaşma əsasında daha da genişləndirməyi planlaşdırır.

Prezident İlham Əliyevlə keçirilən görüşdə də Kaya Kallas Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd etdi.

9 illik fasilədən sonra Avropa İttifaqının ali nümayəndəsinin Azərbaycana səfərinə və Kaya Kallasın səsləndirdiyi fikirlərə əsaslanaraq deyə bilərik ki, Aİ Azərbaycanın regional və geosiyasi əhəmiyyətini qəbul edir, Azərbaycanın Xəzər dənizi - Qara dəniz regionunda oynadığu rolu, Avropanın enerji təhlükısizliyinin təmin edilməsində yerini yüksək qiymətləndirir. Çünki bu gün Azərbaycan Avropanın 10 ölkəsinə qaz verir və Avropada təchizatın coğrafiyasına görə birinci yerdədir. 

Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin səsləndirdiyi fikirlərdən o da bəlli olur ki, Aİ Azərbaycanın  əhəmiyyətini artıq görür və əvvəl mövcud olmuş stereotiplər və yanaşmalardan geri çəkilir.  Səfərin nəticələri onu deməyə əsas verir ki, ikitərəfli əlaqələr yeni müstəviyə yüksəlir.

Kaya Kallas Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüşdə, həmçinin Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları, eləcə də minatəmizləmə prosesində iştirakı barədə fikirlərini bölüşüb.  

Qeyd edilib ki, Avropa İttifaqı Azərbaycanda minaların təmizlənməsi prosesinə töhfə verməkdədir və ölkədə münaqişənin izlərinin aradan qaldırılması istiqamətində səylərini davam etdirəcək.

Sülh danışıqlarına gəlincə isə, Kaya Kallas əlavə edib ki, iki ölkə arasında münasibətlərin gücləndirilməsi, sülh sazişinin dayanıqlı və davamlı olması istiqamətində göstərilən səylərə Avropa İttifaqı olaraq dəstəyini ifadə edir: "Sülh sazişinin mətn hissəsinin razılaşdırılmasını məmnuniyyətlə qarşılayıram və ümid edirəm ki, növbəti addımlar daha məhsuldar olacaq" deyən Kaya Kallasın səfəri və Prezidentlə görüşü Azərbaycan-Aİ əlaqələrində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. 

Bir sözlə, Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin bu səfəri ikitərəfli münasibətlərdə yeni səhifə açdı və onu yeni səviyyəyə qaldırdı, desək yanılmarıq.

Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan hər zaman beynəlxalq təşkilatlarla qarşılıqlı,  ikitərəfli münasibətlərin inkişafında maraqlı olub və bu istiqamətdə müsbət addımlar atıb. Lakin Azərbaycanın Cənubi Qafqazdakı liderliyi, əldə etdiyi uğurlar bəzi Qərb dairələrində, beynəlxalq təşkilatlarda qıcıq hissi yaradıb. Xüsusən də, İkinci Qarabağ müharibəsindəki Şanlı Zəfərimizdən sonra Azərbaycana qarşı edilən basqılar, təzyiqlər bunun bariz təcəssümüdür. 

Avropa İttifaqının son addımı bir daha sübut edir ki, artıq Qərb təsisatları da Azərbaycanın reallıqları ilə, regionda yaratdığı vəziyyətlə barışırlar və Prezident İlham Əliyevin sülh gündəliyini təqdir edirlər.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!