25 Oktyabr 2024 21:36
573
DÜNYA
A- A+
İkinci Günəş sisteminin planetləri barədə yeni məlumatlar açıqlanıb

İkinci Günəş sisteminin planetləri barədə yeni məlumatlar açıqlanıb


Qırmızı cırtdan Süd Yolu qalaktikasında ən çox yayılmış ulduz növüdür. Yer kürəsinə ən yaxın olan qırmızı cırtdan “TRAPPIST-1”dir. O, bizim planetdən 40 işıq ili uzaqlığında yerləşir və onun ətrafında 7 ədəd sərt səthli planet dövr edir. Həmin planetlər ölçü baxımından Yer kürəsinə bənzəyirlər. Buna görə də bu ulduz sistemini çox zaman ikinci Günəş sistemi adlandırırlar.

Daha öncəki araşdırmalara əsasən, “TRAPPIST-1” ətrafında dövr edən planetlərdə həyat mövcud ola bilməz. Belə ki, ulduzun güclü şüalanması bu planetlərin səthlərindəki suyu tamamilə buxarlandırmalıdır. Aparılmış yeni tədqiqatın müəllifləri isə hesab edirlər ki, qırmızı cırtdan növ ulduzun ətrafında dövr edən sərt səthli planetlərin təkamül yollarındakı bəzi proseslər həmin planetlərdə həyat formasının dəstəklənməsi üçün stabil atmosferin formalaşmasına səbəb ola bilərlər. Mütəxəssislər bildiriblər ki, onların apardıqlarırı araşdırma bu cür ulduzların ətraflarındakı sərt səthli planetlərdə güclü şüalanma nəticəsində məhv olmayan atmosferin olduğuna dair əsaslar gətirir.

Nəticədə bu cür planetlərdə yadplanetli həyat növünün formalaşması və inkişafı üçün münbit şərait ola bilər. “James Webb” kosmik teleskopu vasitəsilə əldə edilmiş məlumatlar hələ ki, onu göstərirlər ki, “TRAPPIST-1”ə ən yaxın məsafədə yerləşən yüksək temperaturlu sərt səthli planetlər atmosferə sahib deyillər. Bununla belə kosmik teleskop “TRAPPIST-1”dən daha uzaq məsafədə yaşayış zonası (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) üzrə dövr edən sərt səthli planetlərdə qalın atmosferin olduğuna da dair sübutlar aşkar etməyib.

Tədqiqatın müəllifləri sərt səthli planetin təkamül modelini yaradıblar. Təkamül modeli 100 milyonlarla ili əhatə edib. Modelə əsasən, hidrogen və digər yüngül qazlar planetdən kosmosa uçublar. Lakin qırmızı cırtdandan daha uzaq məsafədə yerləşən və o qədər də yüksək temperatura sahib olmayan planetlərdə hidrogen oksigen və planetin dərinliklərində dəmir ilə reaksiyaya girib. Nəticədə bu proses suyun və daha ağır qazların formalaşmasına səbəb olub. Bu isə öz növbəsində atmosferin yaranmasına gətirib çıxarıb.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!