23 İyul 2025 08:05
1751
SİYASƏT
A- A+
III Şuşa Qlobal Media Forumu Azərbaycan mediasının regionda və dünyada yeni rolunun anonsudur

III Şuşa Qlobal Media Forumu Azərbaycan mediasının regionda və dünyada yeni rolunun anonsudur


52 ölkədən 140 xarici qonağın, o cümlədən 30-a yaxın informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80 media strukturunun, eləcə də digər ixtisaslaşmış qurumların nümayəndələrinin iştirak etdiyi III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev Azərbaycan mediasının fəaliyyətini yüksək dəyərləndirdi. 

İyulun 19-da Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda öz işinə başlayan III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev bu dəfə də əsasən forum iştirakçılarının suallarını cavablandırdı.

Öncə onu vurğulayaq ki, bu, sayca 3-cü forum idi. I Qlobal Media Forumu 2023-cü ildə Şuşada keçirilib. Şuşanın erməni işğalından azad olunmasından sonra bu ilk böyük beynəlxalq forum kimi tarixə yazılıb. Məqsəd isə Azərbaycan həqiqətlərini beynəlxalq jurnalistlərə birbaşa yerində çatdırmaq idi. 50-dən çox ölkədən gələn jurnalistlərin qatıldığı forumda Prezident İlham Əliyevin çıxışı Qarabağ Zəfərinin ideoloji təqdimatı olmuşdur.

İkinci forum isə 2024-cü ildə daha geniş miqyasda idi. Bu dəfə tədbir daha çox texnoloji və strateji baxımdan zənginləşdirilmişdir. İştirakçı sayı artmış, mövzu spektri genişlənmişdir. Əsas mövzular sırasında dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, sosial media nizamlaması, media savadlılığı və süni intellektin rolu olmuşdur. 

III Şuşa Qlobal Media Forumu isə öncə Xankəndidə start götürdü, Şuşada davam etdi. Budəfəki forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunmuşdu. Aparılan müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönəlmişdir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin söylədiyi kimi, dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin və fikir adamlarınin dəvət edildiyi forumda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşmış və paylaşılmışdır. Şuşa Qlobal Media Forumu Prezidentlə birbaşa ünsiyyət platforması kimi də olduqca önəmli olmuşdur.

Xarici ekspertlərin də söylədikləri kimi, bu forumda müzakirə edilən məsələlər onu deməyə əsas verir ki, artıq Şuşa Qlobal Media Forumu təşəbbüsdən daha çox instituta çevrilib. Digər tərəfdən Şuşaya, Xankəndiyə təşrif buyuran qonaqlar rastlaşdıqları mənzərələri gördükdə Azərbaycanın həm də iqtisadi qüdrətinə şahidlik etdilər. İlk dəfə 2023-cü ildə Füzuliyə, Şuşaya gələn xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri ermənilərin xarabalığa çevirdikləri ərazilərdə Azərbaycanın qısa vaxtda yaratdığı möcüzələri görüb heyran qaldılar. 

Forumda Prezident İlham Əliyevin regionla və qlobal sülhün konsepti ilə bağlı söylədiyi fikirlər, geniş və məzmunlu çıxışı olduqca yaddaqalan oldu. Dövlət başçısı demək olar regionda baş verən bütün hadisələri dəyərləndirdi, yeni reallıqlarla bağlı fikirlərini bölüşdü və Azərbaycan həqiqətləri ilə yanaşı, ölkə mediasının bugünkü vəziyyətini qiymətləndirdi.   

Prezidentin Azərbaycan mediası haqqında qeydləri demək olar ki, KİV-ə göstərilən böyük etimadın göstəricisi və zəhmətinə verilən ən yüksək və ali qiymətdir. Dövlət başçısının media haqqında söylədiyi fikirlər həm də məsuliyyətdir və biz bu məsuliyyəti dərindən dərk edirik. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!