09 Noyabr 2025 08:45
577
CƏMİYYƏT
A- A+
Heydər Əliyevin Naxçıvanda ucaltdığı şanlı bayraq 

Heydər Əliyevin Naxçıvanda ucaltdığı şanlı bayraq 


Şanlı tariximizin dərinliklərindən, savaş meydanında qəhrəmanlarımızın  nərələrindən, milyonların arzusundan, ana torpaq uğrunda canını qurban verən şəhidlərin qanından yoğrularaq azadlıq, müstəqillik simvolumuza çevrilən üçrəngli, ay-ulduzlu müqəddəs bayrağımız bu gün haqq etdiyi ən ali məqamda qərarlaşıb, ən uca zirvələrdə məğrur-məğrur dalğalanır. Azərbaycan adlı məmləkətin tarixinə, bu gününə, gələcəyinə əzəmətlə əbədi işıq saçan bu bayrağın keşməkeşli, qürur dolu azadlıq dastanı   xalqımızın qürur mənbəyidir. 

Uğrunda milyonların hər an can verməyə hazır olduğu Azərbaycan bayrağını cümhuriyyət qurucuları ilk dəfə 28 may 1918-ci ildə gənc dövlətimizin başı üzərinə qaldırdılar: "Bir kərə yüksələn bayraq, bir daha enməz", dedilər. 

70 illik istibdada, zülmə baş əyməyən məğrur Azərbaycan bayrağını yeni müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında bir daha enməyəcək şəkildə dalğalandırdı: 

Ümummilli Lider "İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir", söylədi.

Kölgəsi düşdüyü qaraca torpağı gülüstan Vətənə çevirən Azərbaycan bayrağını ölkəmizin tarixindəki ən qüdrətli məqamına yetirən Prezident İlham Əliyev şah zirvəyə ucaldaraq, ədalət ənginliklərində bərqərar etdi. 

Qarabağın xilaskarı İlham Əliyev "Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir", dedi. 


Üçrəngli bayrağın fəlsəfəsi 


Qürurverici gerçəklikdir ki, Azərbaycanın ta qədim zamanlardan dövlətləri və bayraqları olub.  Qəhrəmanlarımızın döyüşlərdə öz bayraqlarını sancdıqları yer onlar üçün müqəddəs ünvana, ana torpağa çevrilib. Buna görə də ulu babalarımız bayrağa sancaq deyiblər. Tariximizdə silinməz izlər qoyan Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər... kimi güclü dövlətlərimizin hər birinin müstəqillik rəmzi olan bayraqları  olub. Bu bayraqlar cəng meydanlarında qalibiyyətlə ucaldılıb.   

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı ilk dəfə 9 noyabr 1918-ci ildə Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. 

Xalqımızın milli-mənəvi dəyərlərindən ilhamlanaraq yaradılan və özünəməxsus fəlsəfəsi olan üçrəngli bayrağımızın rəngləri istiqlal ideologiyasının üç təməl prinsipini özündə ehtiva edir. Üç rəngli, ay-ulduzlu bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.


Heydər ƏLİYEV: "Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq"


"Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən etdik. Hələ Kommunist Partiyası da var idi, sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri çıxarılmalıdır. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq".

Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi fikirlərdən gətirdiyimiz bu iqtibasda da vurğulandığı kimi, 1990-cı ildə Azərbaycan milli bayrağının Naxçıvan Muxtar Respublikasında dalğalandırılması ölkəmizin, xalqımızın tarixinə yazılmış müstəsna əhəmiyyətə malik hadisələrdən biri oldu. Bu hadisəni əlahiddə edən Azərbaycanın ozamankı real vəziyyəti idi. Həm dövr, həm də baş verən siyasi proseslər Azərbaycanın müstəqillik simvolu olan üçrəngli bayrağının açıq-aydın ölkəmizin ərazisində qaldırılmasını mümkünsüz edirdi. Ancaq Ulu Öndər Heydər Əliyevin nümayiş etdirdiyi şəxsi şücaət və qətiyyət mümkünsüzü gerçəyə çevirdi. Tiran rejimin gözü qarşısında cümhuriyyətin yadigarı olan üçrəngli bayraq əzəmətlə dalğalandırıldı. Bununla da Azərbaycanın müstəqilliyi mövcud təhlükələrə, təzyiqlərə rəğmən faktiki olaraq elan olundu. 

Ümummilli Lider Heydər Əliyev yeni müstəqil Azərbaycanın ilk təməlini elə həmin gün - 17 noyabr 1990-cı ildə qədim yurdumuz Naxçıvanda atdı, milli dirçəlişdən milli zəfərə aparan tarixi yolun bünövrəsi qoyuldu. 

Ulu Öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərara dair fikrini belə bildirmişdi:  "Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı". 


Dünyanın ən böyük bayrağı


Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında" sərəncamı dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. Dövlət bayrağı meydanı Bakının ən görməli yerlərindən biridir. Dünyanın ən böyük bayrağı bu meydanda dalğalanır. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Bu gün dünyanın hər yerində qürurla dalğalanaraq müstəqil, suveren Azərbaycanın gerçəklərini bəyan edən Azərbaycan bayrağı haqq uğrunda mübarizə yolumuzda həmişə xalqımıza mayak olub. 

Uca millətimiz hər zaman bayrağa mənliyi, kimliyi kimi baxıb, onu qeyrət, qəhrəmanlıq simvolu olaraq hər zaman başının üstündə, ürəyinin üzərində gəzdirib. Ən qürurlu anlarında da, ən hüznlü məqamlarında da müqəddəs bayrağından güc alıb, ən dar məqamlarında ona sığınıb, ona tapınıb. 

Azərbaycan bayrağı hazırda Qarabağda dalğalanaraq özünün şah zirvəsinə yüksəlib. Qalib lider İlham Əliyev  bayrağımızı işğaldan azad edilən ərazilərimizdə, bütöv Azərbaycanda dalğalandırmaqla, son neçə yüz il ərzində tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytarıb. Haqq-ədaləti bərpa edib.

Necə ki bu barədə 2010-cu ildə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!"

Bəli, o gün - 2020-ci ildə apardığımız Vətən müharibəsində qazandığımız Zəfər gəlib çatdı.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan həqiqətlərini dünyaya çatdıran platforma

08:00
14 Mart

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətinə dair hesabatını təqdim edib

02:22
14 Mart

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə

02:20
14 Mart

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 374-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:19
14 Mart

Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:19
14 Mart

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş "AYNA" informasiya sistemi haqqında Əsasnamə"də və 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında 

02:18
14 Mart

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 aprel tarixli 365 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:15
14 Mart

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:14
14 Mart

Azərbaycan-Aİ münasibətləri hazırda fəal tərəfdaşlıq mərhələsindədir  

23:18
13 Mart

Xarici ölkə vətəndaşları Azərbaycan vasitəsilə təxliyə olunub  

22:53
13 Mart

Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb  

22:52
13 Mart

Cem Küçük: Orta Dəhliz Avropa ilə Asiya arasında yeni ticarət xəttini formalaşdırır və Azərbaycanın rolunu artırır  

22:10
13 Mart

Ceyhun Bayramov bu gün Türkiyəyə növbəti raket hücumunu qınayıb

21:19
13 Mart

Formula 1 üzrə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-priləri ləğv edilib  

20:57
13 Mart

Qəbələdə “Yaşıl marafon” layihəsi çərçivəsində 750-yə yaxın ağac əkilib  

20:28
13 Mart

Siqh Konfransı yekun bəyanat qəbul edib  

20:07
13 Mart

Parlamentdə Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB

19:36
13 Mart

Əmək pensiyasının hesablanma qaydası necədir?  

19:28
13 Mart

Milli Məclisin növbəti iclasında müzakirə olunacaq məsələlər açıqlanıb  

18:59
13 Mart

Ekoloji məsələlər üzrə İşçi qrupun üzvləri Zəngilanda - infrastruktur layihələri və ekoloji tələblər diqqət mərkəzində saxlanılıb 

18:44
13 Mart

Muxtar Babayev: Azərbaycan tərəfi COP31-in təşkilinə hazırlıq mərhələsində Türkiyəyə öz dəstəyini göstərir 

18:39
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!