15 Noyabr 2024 10:12
789
Mədəniyyət
A- A+
Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb 

Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb 

Noyabrın 14-də Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunmasına çağırış edən MAMA “Ana təbiət” (Mother Nature) beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” (Participate!) sərgisinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgilərin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvləri iştirak ediblər.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyətə başlayan MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsinin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Layihə çərçivəsində nümayiş olunan ekspozisiya “IDEA” (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə təqdim edilir.

Ətraf mühitin mühafizəsi mövzusunda açılan “Öz töhfəni ver!” sərgisi isə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya və “IDEA” İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzi və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyası (Association of Swiss Women & Empowerment) tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva nümayiş olunan əsərlərin izləyicilərə müsbət enerji verəcəyinə ümidvar olduğunu bildirib. O, sərginin ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürlərini çatdırıb.



Leyla Əliyeva ölkəmizin ev sahibliyi etdiyi COP29-da Azərbaycanda aparılan işlər nəticəsində bir çox müsbət nəticələrin əldə olunacağına inamını ifadə edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti son dövrlərdə planetimizdə iqlim dəyişiklikliyi nəticəsində meydana gələn problemlərdən bəhs edib, hava, torpaq, suyun çirklənməsinin bir sıra mənfi təsirlərindən danışıb. Leyla Əliyeva iqlim dəyişikliyi və çirklənmə məsələsinin, həmçinin Azərbaycanın ekosisteminə ciddi təsir göstərdiyini bildirib, mövcud problemlərin həllinə çox nikbinliklə və kreativ üslubda yanaşıldığını diqqətə çatdırıb. O, 2011-ci ildə təsis edilmiş “IDEA” İctimai Birliyinin fəaliyyətinin məhz ətraf mühit problemlərinin həllinə yönəldiyini də qeyd edib.

Sonra çıxış edən türkiyəli rəssam Seval Özcan möhtəşəm beynəlxalq sərginin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, təbiətin insanlara deyil, insanların təbiətə ehtiyacı var və dünyamız bu gün böyük təhlükə altındadır. S.Özcan bu cür çətinliklərin olduğu bir dövrdə Bakıda iqlim dəyişikliyi ilə bağlı təşkil edilən tədbirlərin çox əhəmiyyətli olduğunu vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya tədbir iştirakçılarına videomüraciətində iqlim dəyişmələrinin qarşısını almaq və daha yaşıl dünyaya nail olmaq məqsədilə göstərdiyi qlobal səylərə, iki layihənin ərsəyə gəlməsinə görə Leyla Əliyevanın rəhbərliyi ilə “IDEA” İctimai Birliyinə, həmçinin Heydər Əliyev Fonduna və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasına təşəkkürünü bildirib.

"Bu iki sərgi "Gələcək Naminə Pakt"da əks olunmuş üzv dövlətlərin öhdəliyi, COP29 müzakirələrin əsas mövzusunu təşkil edəcək işlər ilə həmahəngdir. Həmçinin bu sərgilər qəlbimə xüsusən bağlıdır, çünki onlar incəsənət, texnologiya və ətraf mühit öhdəliyinin kəsişən məqamlarını əks etdirir. Bizi düşündürən bu cür işlər laqeydliyin fəsadlarını xatırladır və hər tamaşaçını planetimizdə carçı rolunda düşünməyə vadar edir. Həmin sərgilər bizi hərəkətə səsləyir və hamımızı seçimlərimizin təsiri, eləcə də gələcək nəsillərə hansı mirası qoyacağımız barədə düşündürür", - deyə Tatyana Valovaya videomüraciətində qeyd edib.

Sonra qonaqlar MAMA “Ana təbiət” və “Öz töhfəni ver!” sərgilərinə baxış keçiriblər.



Sərgi ilə tanış olan qonaqlar öz təəssüratlarını AZƏRTAC-la bölüşüblər. İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) dünyamıza və xüsusilə incəsənətə qayğının mütləq olduğunu bildirib. Onun sözlərinə görə, incəsənətə qayğının ən gözəl ifadəsində sənət, musiqi də istifadə edilməlidir. Əks halda, insanların ruhuna toxuna bilmərik.

Rəssam Kamran Məmmədov sərgidə nümayiş etdirilən əsərində peşəsindən asılı olmayaraq, hər kəsin planetimizə, təbiətimizə qayğı göstərməyin əhəmiyyətinə diqqət cəlb etdiyini deyib.

Heykəltaraş Ömər Heydərov isə sərginin çoxşaxəli olduğunu, bütün növ sənət nümunələrini əhatə etdiyini deyib. O, sərgidə həm təbiətin gözəlliyinin nümayiş olunduğunu, həm də onu qorumaq üçün çağırışların edildiyini diqqətə çatdırıb.

MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi Azərbaycan da daxil olmaqla, 28 ölkədən – ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Latviya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən 55 fərqli sənətkarı bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır. Fərqli ölkə və millətlərdən olan müəlliflər əsərləri ilə iqlim dəyişikliyi mövzusunda insanların şüuruna təsir göstərməyə cəhd edirlər.

Ekspozisiyada rəqəmsal instalyasiya, rəsm, qrafika və heykəltaraşlıq nümunələri daxil olmaqla, ümumilikdə 127 əsər təqdim olunur.



“Öz töhfəni ver!” sərgisi isə ətraf mühitin mühafizəsi, ekoloji maarifləndirmə və ekomədəniyyətin təbliğinə həsr olunub. Layihə insanların ekoloji maarifləndirilməsini artırmağa, uşaq və yeniyetmələri ekoloji gündəliyə cəlb etməyə, onların ekoaktivliyini populyar formatlarda dəstəkləməyə hədəflənib.

Sərgi üç hissədən ibarətdir. “Əvvəllər belə idi. Bundan sonra nə olacaq?” adlı birinci hissədə XIX-XX əsrlərin bir sıra görkəmli rəssamlarının müxtəlif qitələrin mənzərələrini əks etdirən əsərləri və süni intellekt texnologiyasının imkanları ilə həmin mənzərələrin qlobal istiləşmə nəticəsində necə dəyişəcəyi göstərilir. Burada Klod Monenin “Su zanbağı gölməçəsi”, Pol Sezanın “Sent-Viktuar dağı”, Albert Birştadın “Syerra-Nevada arasında, Kaliforniya” və digər müəlliflərin əsərlərindəki mənzərənin ətraf mühitə mənfi təsirlərin nəticəsində hansı dəyişikliklərə uğrayacağı təsvir edilir. Tamaşaçıya “Qlobal istiləşmənin qarşısı alınmazsa, həmin mənzərələr nə hala düşəcək? Növbəti nəsillər onları görə biləcəkmi?” sualları ünvanlanır.

Sərginin ikinci hissəsi “17 dayanıqlı inkişaf məqsədi” adlanır. Burada 2015-ci il sentyabrın 25-də 193 ölkənin iştirakı ilə BMT Baş Assambleyası tərəfindən qəbul edilən və “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” adlı sənədə daxil olan davamlı inkişafın hər üç komponenti - iqtisadi, sosial və ekoloji tarazlığın təmini nümayiş etdirilir.



Ekspozisiyanın “Öz töhfəni ver!” adlı üçüncü hissəsi isə insanları səyləri birləşdirərək təbiətin qorunmasında iştiraka səsləyir. Ziyarətçilər ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində maraqlı, qeyri-standart, yaradıcı ideya və təşəbbüslərini bədii şəkildə, əlvan boyalarla təsvir etmək imkanı qazanır. Layihə təşkilatçıları insanları tərəddüd etmədən ətraf mühitin qorunması, planetimizin xilası naminə hərəkətə keçməyə çağırır.

Xatırladaq ki, sərgi Azərbaycan ilə BMT arasında əməkdaşlıq çərçivəsində reallaşdırılan ilk layihə deyil. 2022-ci ilin iyununda BMT-nin Cenevrədəki bölməsində “Mənim dənizlərim, mənim okeanlarım”(My Seas, My Oceans) fotosərgisi, 2022-ci ilin oktyabrında Bakıda Heydər Əliyev Mərkəzində “Çağırışın 17 siması” (“17 Faces of Action”) fotosərgisi təşkil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Misli Premyer Liqasında XIV tura yekun vurulub  

21:40
24 Noyabr

Ombudsman Səbinə Əliyeva İƏT ölkələrindən Azərbaycanın mina probleminə dəstəyin artırılmasını istəyib  

21:38
24 Noyabr

BMT Baş katibi COP29-un təşkilatçılığında peşəkarlığı və könüllülərin töhfəsini yüksək qiymətləndirib  

21:37
24 Noyabr

Seçmə mərhələ: Azərbaycanın basketbol millisi İsveçrəyə məğlub olub  

20:51
24 Noyabr

Rumıniyada Prezident seçkilərində namizədlər arasında mübarizə güclənir  

19:53
24 Noyabr

Ombudsman: Bəzi islam ölkələrindəki silahlı münaqişələr insanların sağlamlıq hüququnun təmininə ciddi təsir göstərir

19:31
24 Noyabr

Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının 70-ci illik sessiyasında iştirak edir  

18:09
24 Noyabr

Azərbaycandan dəmiryolu ilə ilk ixrac qatarı Çinə yola salınıb  

17:53
24 Noyabr

HAVA: Azərbaycanda bəzi yerlərdə leysan, dağlıq ərazilərdə isə qar yağacaq  

16:19
24 Noyabr

Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır

16:06
24 Noyabr

Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!

15:49
24 Noyabr

Gürcüstan DİN müxalifət partiyalarına müraciət edib  

15:36
24 Noyabr

Bakıda 1,3 trilyon ABŞ dolları həcmində yeni iqlim maliyyəsi hədəf seçilib 

15:27
24 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

14:43
24 Noyabr

MOİK təmsilçiləri Türkiyədə keçirilən kikboksinq çempionatında 7 qızıl medal qazanıblar  

13:59
24 Noyabr

Rumıniyada prezident seçkiləri keçirilir

11:52
24 Noyabr

Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək  

11:51
24 Noyabr

Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb  

11:50
24 Noyabr

COP29-da yeni iqlim hədəfi müəyyən olunub 

11:49
24 Noyabr

Antonio Quterreş: COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur

11:48
24 Noyabr

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib  

11:06
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!