24 Noyabr 2024 21:38
346
CƏMİYYƏT
A- A+
Ombudsman Səbinə Əliyeva İƏT ölkələrindən Azərbaycanın mina probleminə dəstəyin artırılmasını istəyib  

Ombudsman Səbinə Əliyeva İƏT ölkələrindən Azərbaycanın mina probleminə dəstəyin artırılmasını istəyib  

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein İbrahim Taha ilə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

Fəaliyyətində beynəlxalq əməkdaşlığa mühüm önəm verdiyini bildirən müvəkkil regional və beynəlxalq təşkilatlarla, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyası (İƏT OA) və Asiya Ombudsmanlar Assosiasiyası çərçivəsində üzv ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə mövcud olan qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində addımlar atdığını qeyd edib. Səbinə Əliyeva insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində İƏT OA-ya üzv ölkələrin milli insan hüquqları təsisatları arasında birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan torpaqlarının otuz ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdıran ombudsman həmin dövr ərzində İƏT-in ölkəmizə dəstək verdiyini, Xocalı soyqırımını tanıdığını, işğal altında olan torpaqlarımızın azad edilməsi tələbi ilə bağlı qətnamələrin qəbul edildiyini məmnunluqla xatırladıb.

Ermənistanın ərazilərimizdə törətdiyi ekosid cinayətləri barədə də məlumat verən müvəkkil ekologiyaya ciddi zərər vurulduğunu, torpaqlarımızın minalarla çirkəndirildiyini bildirib. Ombudsman basdırılmış minaların dəqiq xəritələrinin indiyədək ölkəmizə təqdim edilmədiyini, mina probleminin mülki şəxslərin həyat və sağlamlığına, keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz qayıdışına və həyata keçirilən bərpa-quruculuq işlərinə ciddi maneə törətdiyini qeyd edib.

Bütün bunlar nəzərə alınmaqla, mövcud problemin aradan qaldırılması üzrə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr tərəfindən dəstəyin artırılmasının olduqca mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein İbrahim Taha öz növbəsində səmimi görüşə görə təşəkkürünü bildirərək, Azərbaycanın İƏT-in fəal üzvü olduğunu qeyd edib. Baş katib dəfələrlə ölkəmizə səfər etdiyini, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin islam dünyasında rəğbətlə qarşılandığını, işğaldan azad olunmuş ərazilərimizdəki bərpa-quruculuq fəaliyyəti ilə yerində tanış olduğunu da diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Misli Premyer Liqasında XIV tura yekun vurulub  

21:40
24 Noyabr

Ombudsman Səbinə Əliyeva İƏT ölkələrindən Azərbaycanın mina probleminə dəstəyin artırılmasını istəyib  

21:38
24 Noyabr

BMT Baş katibi COP29-un təşkilatçılığında peşəkarlığı və könüllülərin töhfəsini yüksək qiymətləndirib  

21:37
24 Noyabr

Seçmə mərhələ: Azərbaycanın basketbol millisi İsveçrəyə məğlub olub  

20:51
24 Noyabr

Rumıniyada Prezident seçkilərində namizədlər arasında mübarizə güclənir  

19:53
24 Noyabr

Ombudsman: Bəzi islam ölkələrindəki silahlı münaqişələr insanların sağlamlıq hüququnun təmininə ciddi təsir göstərir

19:31
24 Noyabr

Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının 70-ci illik sessiyasında iştirak edir  

18:09
24 Noyabr

Azərbaycandan dəmiryolu ilə ilk ixrac qatarı Çinə yola salınıb  

17:53
24 Noyabr

HAVA: Azərbaycanda bəzi yerlərdə leysan, dağlıq ərazilərdə isə qar yağacaq  

16:19
24 Noyabr

Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır

16:06
24 Noyabr

Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!

15:49
24 Noyabr

Gürcüstan DİN müxalifət partiyalarına müraciət edib  

15:36
24 Noyabr

Bakıda 1,3 trilyon ABŞ dolları həcmində yeni iqlim maliyyəsi hədəf seçilib 

15:27
24 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

14:43
24 Noyabr

MOİK təmsilçiləri Türkiyədə keçirilən kikboksinq çempionatında 7 qızıl medal qazanıblar  

13:59
24 Noyabr

Rumıniyada prezident seçkiləri keçirilir

11:52
24 Noyabr

Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək  

11:51
24 Noyabr

Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb  

11:50
24 Noyabr

COP29-da yeni iqlim hədəfi müəyyən olunub 

11:49
24 Noyabr

Antonio Quterreş: COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur

11:48
24 Noyabr

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib  

11:06
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!