28 Iyul 2024 03:34
139
CƏMİYYƏT
A- A+

Hesablama Palatası: "ClimateScanner"in nəticələri COP29-da təqdim olunacaq"

 

"ClimateScanner" ("İqlim Skaneri") layihəsinin nəticələri bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təqdim olunacaq. "Report" bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Məlumata görə, Braziliya Ali Audit Orqanı (AAO) - Federal Hesablama Məhkəməsi ilk dəfə olaraq BMT-nin Auditorlar Şurasına üzv seçilib. Braziliya AAO-su 2030-cu ilə qədər Fransa və Çin AAO-ları ilə birlikdə altıillik müddətə bu vəzifəni icra edəcək.

Bununla əlaqədar, BMT-nin Baş katibi Antonio Quterreş Braziliya AAO-nun sədri Bruno Dantası Nyu Yorkdakı mənzil-qərargahda qəbul edib. Görüşdə B.Dantas "ClimateScanner" layihəsinin cari vəziyyətinə dair məlumatları Baş katibə təqdim edib və qeyd edib ki, Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı (INTOSAI) çərçivəsində Braziliya və 17 ölkəni təmsil edən AAO tərəfindən hazırlanmış iqlim siyasətlərinin auditi üçün qlobal metodologiya olan "ClimateScanner" layihəsinə 127 ölkə qoşulub. Bildirilib ki, həmin ölkələrin AAO-ları üçün nəzərdə tutulmuş təlimlərdən sonra müvafiq qiymətləndirmələrin aparılması planlaşdırılır.

Baş katib layihənin gedişatından məmnun qaldığını, iqlim dəyişikliyi ilə mübarizə təşəbbüsləri üzrə hökumətlərin cəmiyyətə təqdim etdiyi məlumatların etibarlılığını təmin etmək üçün məlumatların yoxlanılmasının zəruriliyini bildirib. Onun sözlərinə görə, Paris Sazişinin məqsədlərinə riayət olunması ilə bağlı ölkələrin dərc etdikləri məlumatların araşdırılmasına ehtiyac var.

Bu kontekstdə B.Dantas qlobal iqlim dəyişikliyi ilə bağlı siyasətlərdə ali nəzarət institutlarının roluna dair BMT-nin rəsmi qətnaməsinin vacibliyinə toxunub.

Sonda Braziliya AAO-nun sədri "ClimateScanner"in nəticələrinin noyabrda Azərbaycanda keçiriləcək COP29-da təqdim olunacağını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video